🔮RUH KİMİ🔮

168 28 16
                                    



SOYUQ OTAQ...QARANLIQ DƏHLİZLƏR...VƏ İRƏLİLƏDİKCƏ AYAĞINA TOXUNAN ŞÜŞƏ QIRINTILARI...

HƏR BİRİ AYAĞINDA DƏRİN YARALAR AÇSA DA,GÖZLƏRİNİ DİKDİYİ BOŞLUQDAN AYIRA BİLMƏDİ...

NƏ KÖYNƏYİNDƏKİ İSTİ QAN İZLƏRİNİ HİSS EDİRDİ ARTIQ,NƏ DƏ AYAĞINDA ACISI SOYUMUŞ YARA İZİNİ...

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

Dəhşətli bir xəbərlə başlamışdılar günə...Bəlkə də başlamadan bitmişdilər...Gün hələ bitməmişdi,amma buna baxmayaraq övlad acısını qəlbinin ən dərinliyində bir faciə ilə duyan iki valideynin gözlərindəki işıq çoxdan sönmüşdü...

Gözlər solğun,sözlərsə susqun idi...
Sadəcə qulaqlar cingildəyirdi.Üstəlik sadəcə cingildəməklə kifayətlənmir,polisin ağzından kəlmələr çıxdıqca daha da uğuldayır,bir anlıq sanki bataraq heç nə eşitmirdi...

Emma artıq polisin nitqinin sonunu gözləmədən otaqdan çıxdı və qapının ağzında çöküb başını ovuclayaraq bütün bunların kabus olması üçün dua etmək gəldi sadəcə əlindən...

Mark isə səbrini,acısını cilovlayıb polisi dinləməkdə davam etdi.

"Qızınız çayın sahilində ölü tapılmışdır.Üst-başı islaq və dağınıq vəziyyətdə olub.Ürəyinə saplanmış bıçaqla üzüstə uzanmış vəziyyətdə tapılıb.Başında və gözlərində dərin yara izləri aşkar edilib.Aydın məsələdir ki,kimsə qızınızı vəhşicəsinə döyüb və bununla kifayətlənməyərək onu bıçaqlayıb...Yenə də meyit araşdırılma üçün yarılacaq.İstintaq davam edir.Ətraf ərazilər və orada yaşayan insanlardan ən son məlumatları alıb sizə bildirəcəyik.Qatilin axtarışı da davam edir.Son vaxtlar sizi narahat edən bir şəxs olmadığını və qızınızın da bu və ya digər adını çəkə biləcəyiniz düşmənlərinin olmadığını dediniz.Onun sevgilisindənsə,ümumiyyətlə şübhə duymursunuz...Yenə də,şübhələndiyiniz biri olsa,mütləq bizə bildirin...Başınız sağolsun..."

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

15.05.2017...Saat 15:00 u göstərirdi və televizorlarda demək olar ki hər kanalda eyni xəbər səslənirdi.Eşidənlərin qanını donduran,görənlərin qəzəbini artıran o cinayət...

Spiker hüzünlü və qəti bir səslə sözə başlamışdı.

"Bir gənc qız daha qadın cinayətinin qurbanı oldu...İki gün əvvəl itkin düşən 25 yaşlı İmelda bu gün saat 14:00 radələrində Temza çayı sahilində ölü tapıldı...Cinayətin səbəbi və bu qətli törədən şəxs araşdırılmaqda davam edir..."

➿➿➿➿➿➿➿➿➿➿➿➿

-Kristofor...

Emma gənc oğlanı görcək yerində biraz doğrulmağa çalışsa da halsız və yorğun düşdüyündən bunu edə bilmədi və özünü yenə stula atdı.

-Emma xala,necəsiz,ümidvaram az da olsa özünüzü toparlaya bildiniz?

-Yox,Kristofor...Yox,mən özümü heç yaxşı hiss etmirəm...Sanki qızım indi haradasa buralardadır...Çıxıb gələcək kimi bir hiss var içimdə...Ah,deyəsən başımı itirəcəyəm...

Kristofor hündür,yaraşıqlı,sarışın,25-30 yaşlarında bir gənc idi.Xoş siması və təmiz qəlbli davranışları ilə hər kəsin ürəyinə yol açmışdı.Göy gözlərinin tamamladığı siması bu gün hər zamankindən fərqli olaraq dərin bir hüznə bürünmüşdü...

🥀VAVEYLA🥀(Watty_Aze2020)Where stories live. Discover now