-Kris,Kris...
Jack əlindəki stəkana olan suyu divanda yöndəmsiz bir şəkildə,üst-başı dağınıq vəziyyətdə olan Krisin üzünə səpələdi.
-Oyan artıq özünə gəl...
Kris bu ani hərəkətdən diksinmiş,ayağa qalxmaq istəsə də,bunun üçüb özündə hal-qüvvət tapmamışdı.Qırıq-qırıq səslərlə güclə danışa bilmişdi.
-Başım ağrıyır...
-Dur səni həkimə aparım...Günlərdir başın ağrıyır...Özündə deyilsən...
Kris isə gözlərini yumaraq əlini alnına qoyub sayıqlayırmış kimi danışmağa başladı.
-İmelda...İmelda...
-İmelda öldü,Kris,o öldü...Bəsdir daha onun adını sayıqladın!Toparlan artıq Kris,özünü ələ al,bəsdir!
Krisin bu hərəkətinə Jackin belə ani və aqresif reaksiya verməsi onu əsəbləşdirmişdi.Onun üz ifadəsindən bilmək olurdu ki,o dostunun bu hərəkətinə heç bir məna qazandıra bilməyib.
-Sən necə məndən onu unutmağımı istəyirsən?!Mən onu 15 yaşımdan bəri sevirdim başa düşdün?!15 yaşımdan bəri!
Qarşısında dayanan laqeyd oğlan isə Krisin əsəbiləşdiyini görüb sözlərini biraz daha ehtiyatla seçməyə çalışmışdı sanki.
-Başa düşürəm amma artıq olan oldu...Bundan sonra heç nəyi dəyişdirə bilməzsən!
Amma gənc oğlanın əsəbi əsla soyumur,daha da artaraq alovlanırdı.
-Məgər bu qədər asanddır?!Öldü,getdi..Bitti?Bununla bitti?!Mənim sevdiyim qadın cinayətə qurban gedib,cinayətə!Və onun qatili bəlkə hələ də əlini qolunu yellədə- yellədə ortalıqda gəzir!İndi sən mənim sualıma cavab ver görüm,sən mənim ən yaxın dostum olaraq bura mənim yanımda olmağa gəlmisən yoxsa necə?!
Bir az əvvəlki sözlərdə bu oğlanın az da olsa empatiya qurduğunu düşünsəmdə son sözlərindən sonra başa düşdüm ki,o həqiqətən də hər şeyə-hətta ən yaxın dostunun dərdinə belə biganə qalan soyuqqanlı bir insandır.
-Bura gəlməyim elə qəbahət idi...Zavallı...Sən belə getsə özünü məhv edəcəksən...Mən gedirəm...
Kris kimi bir oğlanın bu cür laqeyd dostu olması mənə qəribə gəlmişdi.O qapını bərkdən çırpıb evdən çıxdı.Kris isə əsəbdən qıpqırmızı olmuş,dostunun arxasından son sözlərini demişdi...
-Get...Səndən adama təsəlli verən olmaz...Guya mənlə dərdimi bölüşməyə gəlib...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Otağa daxil olduqda qarşımda bərbad bir mənzərə canlandı.Ev çox dağınıq idi,demək olar ki,ucu-bucağı bilinmirdi.Ətraf zir-zibil içində,ortalıqda üstündə qəribə yazılar cızılmış kağız-kuğuz,divarlarda tanımadığım insanların üstü cızılmış şəkilləri var idi.
Mən heç nə başa düşmədim...
O özü isə evə daxil olduğundan bəri bütün döşəkləri ətrafa səpələnmiş divanına yayılaraq uzanmışdı.
YOU ARE READING
🥀VAVEYLA🥀(Watty_Aze2020)
Paranormal🦋Hara gedirsən get,həmişə mənim gözlərimdə olacaqsan.Bunu əsla unutma... Sənsə,mənim kirpiyuclarımda...🦋 🥀İmelda...Həyatının ən gözəl çağlarında amansızca öldürülərək böyük bir cinayətə qurban getmişdir.Bütün bunlardan sonra heç kəsin bilmədiyi v...