💔Ölüm hər zaman ayrılıqdırmı?(Final)💔

75 22 23
                                    

-Bu ki...Bu mənim seyfimin açarıdır...

Bu,Krisin atdığı bəlkə də,5-ci sakitləşdirici idi.Yuxusu tamam pozulmuş,gözləri qıpqırmızı olmuşdu.Elə hey açara baxıb düşünürdü.Nə baş verdiyini isə əsla dərk edə bilmirdi.

-İmelda,bu nə deməkdir...Mən heç nə başa düşmürəm...Heç nə dərk edə bilmirəm...

Çarəsizcə onun adını əzbərləyirmiş kimi sayıqlayırdı.

-Mənə kömək et İmelda...

•••••••••••••••••••••••••••••••••••••••••

Səhər öz şəfəqləri ilə bir daha açıldı.Gənc oğlan gözlərini güclə aralayıb ayağa qalxdı.Yenə gözlərini masanın üstündəki açara və yazıya zillədi.Amma bu dəfə uzun-uzun düşünmək niyyətində deyildi.Çünki dünənki düşüncələri ona heç bir fayda verməməklə yanaşı,günlərdir keçməyən baş ağrısını daha da şiddətləndirmişdi.

Üzünü buz kimi su ilə yuduqda biraz gözlərinin açıldığını hiss edib telefonunu cibinə qoyaraq evdən çıxdı.

Yol boyu beynindəki bütün düşüncələri məhv etmişdi sanki.Artıq heç nə düşünmək istəmirdi.Sadəcə beynini hər şeydən təmizləyib yumaq,sonra da özünü toparlayaraq sevdiyi qadının qatilini tapmaq.Tək istəyi bundan ibarət idi.Çünki belə həyat tərzi ilə heç nəyə nail ola bilməyəcəyini anlamışdı artıq.

Sadəcə addımladı.Çünki bəzən sadəcə addımlamaq lazım gəlir.Hara varacağının bir anlamı yoxdur,sadəcə addımlayırsan.Yanında sənə yol göstərən bir yol yoldaşın yoxdur.Ya da səni yol yoldaşına götürəcək bir yol yoxdur...Amma addımlayarsan...Çünki addımların səni təkcə ayaqda saxlamaz...Bəzən həyatda da saxlayar...

Nəhayət dənizin dalğalı sularının qumlu sahilində uzun bir gəzintidən sonra mənzilinə çatdı.Qapını açdıqda isə qarşısında çox qəribə bir mənzərə canlandı.

Bir cüt əl birdən-birə onun yaxasına yapışdı.

-Sənsən...Mənim qızımın qatili sənsən!

Kris qadının əllərini yaxasından çəkib heyrətlə qarşısındaki qəzəbdən alov olmuş iki cüt gözə zilləndi.

-İllərdir İmeldanı sevdiyin yalanı ilə bizi aldatdın!Nə istədin qızımdan hə,nə istədin?!

-Niyə öldürdün onu niyə?!Niyə qıydın qızıma Kris?!

Onlar danışarkən polis də bir tərəfdən gənc oğlana yaxınlaşaraq qollarını bağlamağa çalışırdı.

-Siz nə danışırsınız?!Siz ağlınızı itirmisiniz!Emma xala,acınızı başa düşürəm...Amma məni İmeldanı qətl etməkdə günahlandırmaq nə deməkdir?

Kristofor müqavimət göstərib özünü geri çəkdi.Emma və Mark isə hərarətlə danışır,kin,nifrət,qan qusurdular sanki.

-Sizi görən balıqçı hər şeyi danışdı...İmelda o gün elə səninlə görüşmək üçün evdən çıxmışdı!Tanrım,mən axmağam,axmaq...Necə də sənə inandım,necə də səndən heç bir şübhə duymadım?!

You've reached the end of published parts.

⏰ Last updated: Jul 27, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

🥀VAVEYLA🥀(Watty_Aze2020)Where stories live. Discover now