Kris sonuncu dəfə gözyaşlarını əlinin tərsiylə sildikdən sonra arxasını dönüb stula əyləşdi.Başını ovuclayıb gözlərini yumdu.Başı ağrıdan çatlamaq üzrəydi.Yatmağı isə o,ağlına belə gətirmirdi.O bu gün də bütün gecə boyu oyaq qalacaq,fikirlər onun yuxuya getməsinə imkan verməyəcəkdi...
Birdən gözləri fal daşı kimi böyüdü.Əlləri titrədi...Gözlərini dəfələrlə ovxaladı.Ona elə gəldi ki,sərxoşluqdan ətrafda qəribə şeylər görür.Amma nə qədər özünü zorlasa da,alınmadı...Stolun üzərindəki üstü yazılı kağız parçası gözünün qabağından getmədi...
"Mən burdayam,Kris,kirpiyuclarında"
Bütün bədənini qorxu bürüdü.Ayağa durub həyəcanla ətrafna baxmağa,tir-tir əsməyə başladı...Hətta bir anlıq dəli olduğunu belə düşündü.Bu,həqiqətən də dəhşət idi.Yenə ovuclarını başına aparmış evin küncündə yerə çökərək durmadan qışqırmağa başlamışdı...
-Yox!Yox!O burada deyil...O öldü!Kris!O öldü!
Sonra ayağa qalxıb evdəki əşyaları dağıtmağa və stolun üstündə nə varsa qırıb sındırmağa başladı.
Bu dəfəki hayqırışı gənc oğlanın gözlərindəki qorxunun,içindəki əzabın,ürəyində sevdiyi qadına qarşı duyduğu həsrətin əks sədası kimiydi...
-Başa düş Kris!O öldü!Öldü!Öldü!
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
Bu dəfə də həmişə görüşdükləri yerə-çayın sahilinə gəlmişdi.Boyunbağının yolda boynundan qırılıb yerə düşməsinə əvvəl üzülsə də,sonra üzünə böyük bir gülümsəmə yerləşdirmiş və səbirsizliklə onun gəlməsini gözləmişdi...
O,təbiətin səsinə qulaq asıb min cür toz pəmbə xəyallar qurarkən çay da öz axarı ilə axıb gedirdi.Həyat kimi...Məgər tək çay mı belə sürətlə axır?Harasa tələsirmiş kimi,mənsəbinə çatmaq istərmiş kimi?Yox,zaman və həyatda bu cürə axıb gedir...Amma zaman heç vaxt tək yola çıxmağı sevmir...
Həmişə özüylə kimisə aparır...🥀
Amma nə qədər insafsız və vəfasız olursa olsun,İmelda heyran idi bu həyata...Onun möcüzələrinə,ahənglərinə...Çayın və quşların nağıl və əfsanələrdə oxuduğu təsvirini yaşamaq onun üçün bu həyatda əvəzolunmaz bir xoşbəxtlik idi...
Bir anlıq gözlərini yumdu.Sarı saçları xəfif əsən mehin sədalarında rəqs edərkən bir neçə addımlığında ayaq tappıltıları eşidərək gülümsədi...O,həmişə belə edərdi...
-Kristofor...Bu sənsən?
Ancaq səs gəlmədi...Gənc qız bu dəfə daha da ürəkdən güldü və əllərini çarpazlayıb çaya baxmağa davam etdi...
-Bilirəm ki zarafat etməyi çox sevirsən...Amma bu dəfə inanmayacağam...
Aramla və yalançı bir kinayə ilə danışığına davam etdi və bir dəfə də olsun dönüb arxasına baxmadı...
-Həmişə sən məni burda gözləyirdin...Bu dəfə isə sən məni gözlətdin.Amma düzünü de ki,mən səni heç vaxt bu qədər gözlətməmişəm...
Addımların get gedə daha da yaxınlaşmasına baxmayaraq İmelda əsla qorxmadı.Çünki bu addımların ona aid olduğundan əmin idi...
CZYTASZ
🥀VAVEYLA🥀(Watty_Aze2020)
Paranormalne🦋Hara gedirsən get,həmişə mənim gözlərimdə olacaqsan.Bunu əsla unutma... Sənsə,mənim kirpiyuclarımda...🦋 🥀İmelda...Həyatının ən gözəl çağlarında amansızca öldürülərək böyük bir cinayətə qurban getmişdir.Bütün bunlardan sonra heç kəsin bilmədiyi v...