✨SÖNMƏZ BİR İŞIĞIN KÖLGƏSİ✨

64 24 0
                                    

Öldürmek için silah,hançer mi olmalı?
Saçlar bağ,gözler silah,gülüş,kurşun olmazmı?

                                        Viktor Hüqo

ELƏ HƏMİN AN BAŞA DÜŞMÜŞDÜM HƏR ŞEYİ...MƏN ARTIQ ONLARDAN BİRİ DEYİLDİM...

Bəs mən kim idim?Canlı?Yox...Canlı olmadığım dəqiq idi.Çünki canlı sözünü mənə aid etmək bəlkə də bu dünyanın ən mənasız fərziyyəsi olardı.

Onda ölü?Hə,mən ölmüşdüm...Amma...Yaşayan hər bir insanın düşüncəsində canlanan ölülərdənmiydim mən?

Və ən acısı da o idi ki...Mən öz ölüm səbəbimi belə yasdakı saysız hesabsız insanın dilindən tökülən fəryad və acı dolu sözlərdən öyrənmişdim...

Bax bu,bir insan üçün ən ağır yük ola bilərdi...

"Zavallı qızcığaz...Bu haqsızlıqdır,haqsızlıq..."

"Gənc bir qızın ürəyindən bıçaqlamaq,öldürürcəsinə döymək,sonra da çaya atmaq...Dəhşəttir,dəhşət..."

"Tanrı övladlarımızı qorusun!"

İnsan ölür,nəfəs alması dayanır,ürəyin fəaliyyəti bitir və sairə,və sairə...Sadəcə budur mu ölmək?Bununla bitirmi?Bəs insanın ruhu öldükdən sonra cismini tərk edib həyata qayıda bilməzmi?

Amansızca öldürülən bir qadın qatilinin axtarışına çıxa bilməzmi?

Anamın ovuclarımın arasından itib getməsi ağlımdan çıxmırdı.Birdə...Yağışın ara kəsmədən yağdığı,sanki göy üzünün də yasdakı onlarla insan kimi gözyaşı tökdüyü bir gündə kənarda təkbaşına duran tabutum...

O da tək idi,mənim kimi...Mənim cismim də,ruhum da tək idi...Mənim yanımda heç vaxt heç kim olmadı...Tək gəldim,tək də getdim...

Mən sönməz bir işığın kölgəsiydim...Çünki mən öz işığımı kölgəyə satmışdım...

Hər gün,hər saat,hər dəqiqə,hər saniyə keçdikcə sonsuz həyat yoluna bir addım daha yaxınlaşan bu qısa ömrümüzdə yaşadığımız,yaşamadığımız o qədər çox şey varki...

Amma hər iki halda peşman gedirik bu həyatdan.Ya yaşadıqlarımıza görə,ya da yaşaya bilmədiklərimizə görə...

Bir sözlə,yarım qalırıq həmişə...

Bu fikirlər ağlımda dolanarkən hər addım attıqca insan çoxluğundan uzaqlaşmağa davam edirdim...Tanıdığım,tanımadığım onlarca insan...Onların hamısına özümü göstərmək,sevdiklərimə sarılmaq istədim...

Amma anam belə məni görməyəndən sonra,kim məni görə bilərdi ki?

Səssiz və hüzünlü auradan uzaqlaşdıqda tək-tük adam var idi ətrafımda.Onlardan biri də o idi...

Hələ eynəyini çıxarmadan diqqətimi cəlb etmişdi bu sima.Əlini gözlüyünə aparıb onu çıxardıqdan sonra qızarmış gözlərini rahatlıqla görə bildim...Və...Qulağımda cingildəyən yorğun səs tonunu...

-Daha burada qala bilmirəm...Evə gələcəyəm...

Başını tutaraq ağrıdan gözlərini sıxdığında addımlarını bir anlıq saxlamışdı.

🥀VAVEYLA🥀(Watty_Aze2020)Donde viven las historias. Descúbrelo ahora