"Adsız şeir"

22 3 2
                                    

İlk şeirimdə də sən var idin,
Son şeirimdə də sən varsan.
Aradan illər keçib, xəyalın eyni
Elə bilirdim yoxsan,deyəsən varsan.
Mən bu dərd üstə düşündüm xeyli,
Deyəsən qəlbimdən biri qışqırır
Deyir heç gəlmirsən, sən necə yarsan?

Sən yağış olub üstümə yağsan,
Yanağımdan süzülən əllərin olar,
Elə ki gün çıxar, isti qurudar,
Göyə qalxan damlalar xəyalın dolar.
Mən günəşi sevmirəm, baxışın yetər
Mən yağışı sevmirəm, göz yaşım qədər
Gəlsən min əzab, gəlməsən betər
Qələm qarşısında vərəqlər solar.

Bu bir xülyadır biz oyanmamışıq,
Saflığın rənginə boyanmamışıq
Biz bu həyatdan doyammamışıq,
Nakam qalmışıq, həqiqətlərə.
Şairlər hər şeyi inkar edirlər,
Nə vaxt ki qəlblərə xəyanət dolar,
Son şeirlərini yazıb gedirlər.

"Göy üzünün pəncərələri"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin