"Niyə gəlmisən?"

7 1 0
                                    

Neçə payız keçib ayrılığın üstündən
Bulud kimi dolub niyə gəlmisən?
Düşən min parçadır o gül üzündən,
Çiçək kimi solub niyə gəlmisən?

Vaxt vardı dünyaya sənlə baxardım,
Gözümə ağ olub niyə gəlmisən?
Vaxt vardı ölsəm də sənlə yaşardım,
Sinəmə dağ olub niyə gəlmisən?

Bu ömür dəftərinin yazarı səndin,
Yazdığın yalanmış niyə gəlmisən?
Əvvəl günlərimin axarı səndin?
Zamansız ömrümə niyə gəlmisən?

Basdığın quruca daşı sevərdim,
Qəlbimə daş olub niyə gəlmisən?
Mən buludlardakı yaşı sevərdim,
Gözümə yaş olub niyə gəlmisən?

#kamaqsud

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 04, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

"Göy üzünün pəncərələri"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin