Bu gün bir az sənin kimi olmuşam.
Duman sarıb gecələrin başını,
Ümidimi yatızdırıb xatirəylə dolmuşam,
Xəyallara dalmışam.
Ana mən bir az sənin kimi olmuşam
Başıboş hisslərimə hakim olmuşam,
Durub səhərin sübh çağında mən,
Ürəyimi isidib süfrə qurmuşam.
Ana mən bu gün sənin kimi olmuşam.
Gah gülmüşəm, gah sevmişəm həyatı
Gündüzlər izin vermir gecələr yatım,
Tutulmuşam arabir..
Bulud kimi dolmuşam,
Ana mən deyəsən sənin kimi olmuşam
ŞİMDİ OKUDUĞUN
"Göy üzünün pəncərələri"
PoesiaQarışıq şeirlər'im🌵 Bir gün yazmışdım bir kənara yazdıqlarımla əlaqəli: "Bir addım, bir başlanğıc və bir başlanğıc istər təməli sağlam istər zəif olsun, sənə sonsuz xoşbəxtlik və gözəl gələcəyə ümid verirsə bundan vaz keçməməlisən" Kiçik başlanğıcl...