Ayrılığın rəngi olmur qadası
Qırmızı rəng deyil ki ayrılığın yarası,
Bir neçə də ümid ölür həmin gün,
Nə yadında qalası, nə başında qarası.
Gözdən gələn yaşın rəngi olmur ki
Dodağının kənarında qalası..
Yadındadır basdıranda qəmini?
Ayrılığın xatirinə gələn gün
Geniş də olmur ki yerlə göyün arası
Deyəsən ki mavisini görürdüm.
Buludlar bəyazını boza verib ağlamır
Rəngi solmuş ürək bir də dağlanmır
Ayaqların da səni yerdə saxlamır,
Dayaq verib ayaq üstə durası.
Elə hey seyr edirsən xəyal bağını
Xəyalı yetişmir ki, göyə baxıb qurası.
Dedim axı ayrılığın rəngi olmur qadası
Həsrətindən kor olur gözlərinin qarası.
ŞİMDİ OKUDUĞUN
"Göy üzünün pəncərələri"
PoesíaQarışıq şeirlər'im🌵 Bir gün yazmışdım bir kənara yazdıqlarımla əlaqəli: "Bir addım, bir başlanğıc və bir başlanğıc istər təməli sağlam istər zəif olsun, sənə sonsuz xoşbəxtlik və gözəl gələcəyə ümid verirsə bundan vaz keçməməlisən" Kiçik başlanğıcl...