Mən sevməmişəm sevə bilmirəm,
Atamdan özgə bircə adamı.
Mən yağış deyiləm selə dönmüşəm
Buludam dolmuşam yağım yadamı?Mən bu dünyada nə görmüşəm ki,
Mən kor deyiləm,görə bilmirəm.
Mən bu dünyada sevməmişəm ki,
Həsrətin qapısın döyə bilmirəm.Demə sevgi yoxdur, yalandı qadam
Mən sevgidən çox özümə yadam
Lap elə birtəhər yaşayır adam,
Mən qoca deyiləm ölə bilmirəm.Ömrümü varaqlayır Allah da hər gün,
Bu ki hələ ilk səhifələrdir.
Sevgi anamdır yaşayır hər gün,
Mən anam deyiləm sevə bilmirəm.Şair olmaq nə gözəlmiş İlahi,
Sözlərim ömrümdən qocadır,qoca
Qınama sözlərim tükənir hərdən
Mən şair deyiləm, yaza bilmirəm.Bu dünya nəhəng bir quşdu qartaldı,
Dünyadan gedənlər uçdu qurtardı,
Kaş mən də quş olub uçaydım Allah
Qanadından lələktək qopaydım Allah.Çox olubdur öz qibləmdən çönəli,
Mən sənin qiblənə çönmüşəm Allah.
Üzümü dünyadan sənə dönəli,
Yolları əzbərlədim, azmıram Allah.Hələ ömrüm mənim 3 gün 3 gecə
Bəlkə də yenicə doğulmuşam mən.
Bu dünya da nəhəng ümmandı bəlkə,
Ha tutdum samandan, üzə bilmirəm.Deyirəm özümə sən də yazarsan
Saçının telləri ağaranacan,
Mən ki qocaman şair deyiləm,
Onlar tək şeirlər yaza bilmirəm,
Mən bu dünyanı sevə bilmirəm.#kamaqsud
ŞİMDİ OKUDUĞUN
"Göy üzünün pəncərələri"
PoésieQarışıq şeirlər'im🌵 Bir gün yazmışdım bir kənara yazdıqlarımla əlaqəli: "Bir addım, bir başlanğıc və bir başlanğıc istər təməli sağlam istər zəif olsun, sənə sonsuz xoşbəxtlik və gözəl gələcəyə ümid verirsə bundan vaz keçməməlisən" Kiçik başlanğıcl...