Niyə gözləyirəm sənin yolunu
Bəlkə bu dünyaya yolun düşməyib?
Qəlbim nə sağı sevir, nə də ki solu
Elə hey səni, axtarır ki gələsən,
Niyə bu cür vəfasızdır görəsən?
Bəlkə dünyanın o tayındasan sən
Gəlməyərsən..
Bəlkə qəlbimin yollarına izin düşməyib?
Şeirimin misrasına sözün düşməyib?
Sən dünyaya çox gecikmisən..
Həm mənim dünyama, həm bu dünyaya..
Axı niyə gözləyirəm sənin yolunu
Bəlkə bu dünyadan keçib getmisən
Ötüb keçəndə mənim yanımdan,
Qəlbimi özünə məskən seçmisən?
Gözlərinin rəngindən xəbərsizəm
Bəlkə sənin də gözləməyindən
Gözlərinin qarası, ağlara çalıb?
Nə vaxtsa yad kimi rastlaşmağımız
Dərin xatirətək yadında qalıb?
Gözləyərkən dünyama yad bir adamı
Mənə baş çəkmək çıxıb yadından.
Bir dəfə də gəlsən sən bu dünyaya
Məni də sevmək çıxmaz yadından...
ŞİMDİ OKUDUĞUN
"Göy üzünün pəncərələri"
PuisiQarışıq şeirlər'im🌵 Bir gün yazmışdım bir kənara yazdıqlarımla əlaqəli: "Bir addım, bir başlanğıc və bir başlanğıc istər təməli sağlam istər zəif olsun, sənə sonsuz xoşbəxtlik və gözəl gələcəyə ümid verirsə bundan vaz keçməməlisən" Kiçik başlanğıcl...