Kufənin elçisi.

4 1 0
                                    

İbn Ziyad Kufə sarayında diqqətlə Meysəmə baxırdı. Biraz baxandan sonra sözə başladı.
- Əlinin bütün mürüdləri bu cürdülər? Toz Torpağın bit birəsin təmizləyib hökümət evinə gətirərdiz. Neçə vaxtdır sənin bədənivə su dəymir xurma satan? Siz qüsul eləmirsiz?
Kufə sarayında olan məmurlar və şeyxlər güldülər. İbn Ziyadda bığ altı gülümsündü.  Meysəm isə onlara, sonra isə İbn Ziyada baxıb sanışmağa başladı.
- Əvvala torpağ pak edicidir. Su olamayanda rorpağlada paklanmağ olur. İkincisi bit birə qanımı içsə, qəbirdə ilan və əqrəblərin sancmasından yaxşıdır. Üçüncüsü bu haramzadələrin xasiyyətidir ki, düşmənlərini təhqirlə əziyyət eləsin. Yoxsa mənim nə toz torpağım nədə bit birəm var.
İbn Ziyad qəzəblənib yerindən sıçrayıb təpiklə Meysəmin ağzının üsdündən vurdu.
- Alçağın biri.
- Qurban olum sizə əmir! Bu qoca batan günəşə bənzəyir. Dövranını görüb gününü keçirib. Onunla mübahisə eləsəz mübarək ağzınızı yorarsız. Heyif deyilmi ki, onun birisi ilə mübahisə edəsiz?
- Onu rəzil bir ölümlə öldürəcəm. Aparın dilini ulğumundan çıxarın sonra xurma ağacının başından asın. Qoy camaat ağzının suyu ilə ona qüsul versinlər.
- La havlə vəla qüvvətə illa billah . Allaha and olsun ki mənimlə neynəyəcəni bilirdim. Mən necə öldürüləcəymi mövlam Həzrət Əlidən eşidmişdim.
- Əli ? sən Əlidən nə eşidmisən Alçağ qoca.
- Necə öləcəymin hekayəsi. Əli buyurdu Meysəm! Sən əxlaqsız qadının əli ilə edam olunacaqsan. Dilini kəsib sonra huri simnən yediyin ağacın budağından asacaqlar.
İbn Ziyad dişlərini qıcayıb bilmədi nə desin. Təkzib elədi.
- Əli yalançıdır. Yalançı! İndi onun yalançı olduğunu sənə gözdərəcəm alçağ. Səni elə öldürəcəm ki Əlinin söylədikləri düz çıxmasın. İbn Hüreys onu qaranlıq rütubətli bir çalaya atınki həşəratlar onun ətini gəmirsinlər.  Onu didsinlər.
- Əlinin doğru danışdığını bilirsən. Yalan canfəşanlıq eləmə. Şəriksiz Allaha and olsun Əlidən düzgünlükdən həqiqətdən başqa bir söz eşidməmişəm.
- İbn Hüreys bu qoca kaftarın ağzını yum. Gözdərim qarşısından rədd eləyin.
- Tərpənin görüm əmiri eşidmədiz? Aparın bunu.

Meysəmi əmrin gösdərişi ilə rütübətli qaranlıq bir çalaya atdılar

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Meysəmi əmrin gösdərişi ilə rütübətli qaranlıq bir çalaya atdılar. İbn Ziyad bununla kifayətlənmədi. Eşidəndəki Hani Müslüm ibn Əqli evində saxlayır. Gizli görüşlər təyin edirlər. Yaxında qiyam təhlükəsi yaxınlaşır. İbn Hüreysi on ,on beş məmurla Haninin evinə göndərdi. Məmurlar itaət edərək Haninin evinə gəldilər. Qapını açıb həyətə daxil oldular. Səs ərşə qalxdı. Qadın və uşaqların qışqıraqları hər tərəfi bürüdü.
- Tez olun başlayın. Heç kimə rəhm eləmiyin hamını bir bir yoxlayın. Qadınların başından çarşabları götürün. Bəlkə Müslüm çarşab altında gizlənib. Axdarın!
Hani isə yataqda uzanmışdı.Nökərlər ona xəbər verdilər ki məmurlar gəlib. İçəri daxil olub evi ələk vələk elədilər sındırıb tökdülər.
- Qalx Hani bizimlə getməlisən. Əmir bizə səni hökümət evinə gətirməyimizi əmr edib.
Hani isə tez sivişib çölə çıxıb tapşırıq verdi.
- Gedin tez Məshəçilərə xəbər verin. Mərcanənin oğlunun işi o həddə çatıb ki, müsəlmana bucür hörmətsizlik edir?
- Yeri görüm vaxtımız azdı.
- Müsəlman qadınlarının başından çarşabı götürürlər. Müsəlmanın evinin qapsını sındırırlar. Kufənin namüsəlmanlarının evini başına uçurdmasam mən Urvənin oğlu deyiləm. Söz veririəm sizə.
Məmurlar onuda hökümət evinə gətirdilər. İbn Ziyad yumaşaq halda ondan söz almaq isdədi.

Qəmər Bəni-HaşimHikayelerin yaşadığı yer. Şimdi keşfedin