Kərbəla döyüşü.

7 1 0
                                    

Kufə

İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın.
Meysəm Təmmar zindanda elə vəlvələ yaratdı ki, məhbuslar hamısı dilə gəldi.

- Ey bu cəhənnəmin məhkumları! nədən qorxursuz? Sizi öldürəcəklərindən qorxursuz? Bu zillətdən? cəhənnəm və əzabdan qurtulub, azadlıq və səadətə qovuşacaqsınız

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

- Ey bu cəhənnəmin məhkumları! nədən qorxursuz? Sizi öldürəcəklərindən qorxursuz? Bu zillətdən? cəhənnəm və əzabdan qurtulub, azadlıq və səadətə qovuşacaqsınız. Mələklər aləminə tərəf gedəcəksiz. Allahın yolunda öldürülmək elə xoşbəxtlikdi, hər kəsə nəsib və qismət olmur. Müqərrəmlərə məxsusdur. Allaha məxsus olanlara qismət olur. Allah buyurub hər kim məni sevsə, mən onu öldürərəm. Hər kimi öldürsəm bilin, onun qanının bahası mən özüm olaram. Allahın yolunda öldürənlərin əciri Allaha qovuşmaqdır. Müslüm ibn Əqil öldürüldü xoş onun halına ki, məşuqunun görüşünə tələsdi. Özünü Allaha çatdırdı. Biz bədbət bir çarələrik ki, ruzigarın ibrətinə şahidik. Bu cəhənnəmdə yerimizi xoş eləmişik. Həşəratlara tay olmuşuq. Biz bu nəmli çalada, zülmət içində cənnətül nəvada seyr etməkdən geri qalmışıq. Tez olun bu qapını sındırın. Bu qapı Allahla sizin aranızda maniədir. And olsun Allaha sizin həyatınız ölmünüzdədir.
Ya Mənsur hami! YA Mənsur hamı ! hamı deyərək.
Məhkumlar bir birinə kömək edərək zənciri taxdanı qırdılar. Birlikdə qapını sındırıb çölə çıxdılar. Bir hissəsi zindanın yuxarsından, digərləri qapıdan. Gözətçilər hamısı qaçdı. Saraya gedən taxta körpünü qaldırdılar. Əmir verildiki heç kimə aman verilməsin. Bacada olan məhkumların bir neçəsi zindan ətrafı çalaya düşdülər, bir qismi zindanın su ilə dolu xəndəyinə. Əmir verildiki o suya zəhərli tullantılar tökülsün. Bir qismi oxla vuruldu. Məhv olacaqlarını düşünən qalan məhkumlar geri zindana tərəf döndülər. Meysəm isə gözləri dolmuş halda həlak olan məhbuslara baxırdı. Taxta körpü aşağı endirildi. Meysəmi əlini qolunu bağladılar. Döyərək zindana atdılar. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın.
- Cənab bu xurma satan namərd əl çəkən deyil. Elə hey söyüş söyüb məhbusları qızışdırır. Cilov buna təsir etmir.
- Əmirin göstərişi ilə zəhrimar dilini kəsin, camattın qarşısında xurma ağacından asın.
Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: "Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir." Meysəm dedi: "Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim." Həmin muzdur Meysəmin dilini ağzından çıxardı.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Qəmər Bəni-HaşimHikayelerin yaşadığı yer. Şimdi keşfedin