Çatmayan məktub.

4 1 0
                                    

Hicrətin 60 cı ili Rəcəb ayının 15 i Müaviyə öldü. Onun yaşıl sarayı onun iqamətgahına çevrildi. O öz hökümətini möhkəmləndirmək üçün ilk öncə müxalifət edənləri tabe etmək ya da aradan götürməyə əl atdı.

Mədinə

Mədinə valisi ibn Ütbəyə məktub yazıb, Hüseyn ibn Əli , Abdullah ibn Zübeyr , Əbdürrəhman ibn ƏbüBəkr və Abdullah ibn Ömərdən beyət almasını əks halda başlarının kəsilib Şama göndərilməyini əmr etdi. Vəlid gecə ilə Mədinə əhli xəbər tutumadan Hüseyni çağırıb beyət almağa adam göndərdi. Lakin axdaran şəxs nə Hüseyni, öz evində, nədə Həzrəti Abbası öz evində axdarıb tapa bilmədi. Məlum olduki olar həmişəki kimi bu gecənidə Həzrəti Peyğəmbərin hərəmində ibadətlə məşğuldular.

İmam Hüseyn bu dəvəti qəbul edib Həzrəti Abbasla 30 nəfər götürüb Vəlidin evinə gəldi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

İmam Hüseyn bu dəvəti qəbul edib Həzrəti Abbasla 30 nəfər götürüb Vəlidin evinə gəldi. Lakin Vəlid ondan beyət almağa nail olmadı. Üsdəlik İamama təyziq gösdərmək isdədikdə, Həzrəti Abbas qılıncın sıyırıb evə daxil oldu və Hüseyni müdafiə etdi.
Səhərsi Mərvan ibn Həkəm onların yanına gəldi. Gəldiki beyətə zəmin yaratsın. Lakin Abbasın qəzəblə parıldayan gözlərini və xəncərindən möhkəm tutmuş əlini görüb anladı ki zəhməti hədər gedib. Onlar odur ki, Yezidə yazmaqla kifayətləndi.

İmam Hüseyn dəfələrlə Yezid kimisinə beyət edilirsə, islamın fatihəsi oxunacaq kimi bəyanları , Həzrəti Abbasın qeyrətini cuşə gətirir, saf ürəyini döyündürürdü

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

İmam Hüseyn dəfələrlə Yezid kimisinə beyət edilirsə, islamın fatihəsi oxunacaq kimi bəyanları , Həzrəti Abbasın qeyrətini cuşə gətirir, saf ürəyini döyündürürdü. O baş verən hadisələri dərinliyinə qədər nüfuz edir, İmama dəsdək və həmrəylik gösdərir, onunla əlbir olduğunu bəyan edirdi. Bu əsnada Muhəmməd ibn Hənəfiyyədə imamla görüşüb, beyət etməyi məsləhət gördü. Lakin Hüseyn "Ey qardaşım bunu bilki əgər yer üzündə heç bir pənah yerim qalmasa və heç kim mənə yardım əlini uzatmasa belə, heç vaxt Yezidə itaət və beyət etmiyəcəm".

Məkkə

İmam Hüseyn qardaş və bacıları ilə və öz yaxınları ilə birgə rəcəb ayının 28 i Mədinəni tərk edib, Şəban ayının 3 ü Məkkəyə validə oldular. Onlar zilhiccənin 28 nə qədər 125 gün bu müqəddəs yerdə qaldılar. Allah eşqi ilə yaşayan eşq karvanı üçün bu aylar ilahi feyzə çatmaq üçün məxsusi şərait yaratmış, həcc mövsümü üçün müxdəlif şəxslərlə görüşüb, etirazlarını əsas məqsədini açıqlamaq üçün gözəl fürsət idi. Bu ilahi feyzlə dolu bir fəzada hiylə və təhlükə qoxusuda var idi. Həzrət Yezidin cəsuslarını müqəddəs məkana hörmətsizlik etməsindən, Kəbə ətrafından qan tökülməsindən ehtiyat edirdi. Odur ki, qadın , kişi , uşaqlardan ibarət 200 nəfərlik eşq karvanı zilhicənin 9 cu günü Məkkə şəhərini tərk edərək, İraqa tərəf yollanır. Həzrət yola çıxmamışdan əvvəl əshabını başına yığaraq belə xitab elədi.

Qəmər Bəni-HaşimHikayelerin yaşadığı yer. Şimdi keşfedin