Heç bir şücaəli qəhramanın gösdərəyə bilmədiyi lətifliyi, vəfanı, sədaqət və insanlığı təzahür elədi. Atına qalxdı. İndi o vəzifəsinin qalan yarsını həyata keçirməli idi.
Təşnəklikdən od tutan xeymələrə su çatdırmalı idi. Tələsdi. Lakin düşmən qeyrətinə bələd olduğu üçün, indi ona məne olmaq üçün ikiqat artıq süvari toplayıb qarşısına çıxmışdı. Həzrət Əli və babalarının şücaətini qanında daşıyan Abbas, təkdə olsa Aslan kimi hücum edib, düşmənlə elə vuruşurdu ki, tab gətirmiyib pərəm-pərəm düşüb dağıldılar. Naçar qalıb yolunu açdılar. Zülfüqar parıltısı daşıyan qılıncı havada uçuduqca, təkbirləri qorxu, vəhşət təqlin edincə onunla bacarmayacaqlarına əmin olurdular. Odurki qorxaqların tarixən təkrar-təkrar işlətdiyi üsluba əl atdılar. Pusqu qurdular. Meydanı əlacsız görən Zeyd ibn Rəqqa Cehni bir xurma ağacının arxasında gizləndi.
O qəflətən hücuma keçdi. Namərdcəsinə Abbasın Sağ qolunu kəsdi. Kəskin ağrıya məhəl qoymayan Abbas məşki sol əlinə aldı ki, suyu qorusun. Kəsilmiş qolu ilə bayrağı bağrına basmış, sol əli ilə qılınc götürüb döyüşür və bu rəcəzi söylüyürdü.
- Allaha and olsun sağ tərəfimi doğrasanız belə, mən daim inamım və Peyğəmbər övladı olan sadiq imamı mühafizə edəcəm.
Savaşaraq özünə xeymələrə doğru yol açırdı. Həkim ibn Tüffeyni Səhmi pusqunun işə yaradığını görüb, başqa bir xurma ağacının arxasında gizləndi. Abbas yetişərkən arxadan həmlə elədi. Bir zərbə ilə sol qolunuda kəsdi.
ŞİMDİ OKUDUĞUN
Qəmər Bəni-Haşim
Historical FictionAbbas ibn Əli, Əbülfəzl Abbas (ərəb. العباس بن علي) ( 4 Şaban 26 AH - 10 Məhərrəm 61 AH, təqribən 15 may 647 - 10 oktyabr 680) İslam tarixinin parlaq simalarından biri, Həzrəti (Ə) oğlu Abbasdır. O, Əbəfəzl, Saqi, Şəhid, Ələmdar və.s adlarla məşh...