Mədinə 647 ci il!

30 2 0
                                    

Xanım Fatimeyi Zəhra (ə) şəhadətindən bir müddət keçmişdir. Həzrəti Əli (ə) körpə uşaqlarının əsilli nəcib bir anaya ehtiyac duyğuları üçün yenidən həyat yoldaşı seçməyi qərara aldı. O Həzrət nəsib əsil tanıçaqda mahir olan qardaşı Əqilə müraciət eliyərək şücaətli nəsildən olan bir qadını tanıtdırmağ isdədi. Əqil Həzrəti Əliyə kilab qəbiləsindən olan, Həzam qızı Fatiməyə evlənməyi məsləhət görür və bildirir ki, babaları cəngavərlikdə ad çıxartmış, at çapmış, nizə atmaqda usdalıq gösdərən, qəhramanlar olmuşlar. Beləliklə bu evlilik baş tutdu. Ümmül-Bənin Fatimə həzrəti Əlinin evinə köçdü. O fədakar qadın, bu evə əhli-beyitə olan dərin hörmət, böyük və sonsuz məhəbbət, qırılmaz sədaqətlə evə qədəm qoymuşdu. Hətda evliliyinin ilk günləri belə, xəsdələnmiş İmam Həsən və İmam Hüseyn (ə) həsr eliyərək, övladlarım sağalmayınca ailə səadətinə sevinmərəm söyləmişdi. Ümmül-Bənin peyğəmbər balalarını səmimi qəlbdən sevmiş onlara bağlanmış və xidmətlərində durmuşdu. Elə bu dərin məhəbbətin qarşılığı olaraq həzrəti Əli övladlarıda ona bağlanmış, ana mehrini, ana nəvazişini onun ağuşunda toplamışlar. Ümmül-Bənin çox uca və pak ruha malik qadın idi. İndi onun mərifəti Hz Əli ünsiyyəti ilə dahada çoxalmış, elmi həzrətin elm çeşmələrindən bəhrələnmiş əxlaqı təkmilləşmişdir. O ailəsinə qarşı duymuş xalis məhəbbəti hətda öz oğullarınada aşılamışdı. Onun Hz Əliylə evliliyindən Abbas, Abdullah, Osman və Cəfər dörd oğlu dünyaya göz açdı. Bu oğullar Kərbəla hadisələrində xüsusi yer tutmuşlar. Xüsusən insanlığ tarixindən, fövqaladə məqamə malik, Abbas onunHüseyn (ə) olan sosuz eşqi anasının güngünə artıb böyüyən məhəbbətindən qaynaqlanırdı.

       Tarixçilərin yazdığına əsasən, Hz Əli və Ümmül-Bənin Fatimənin Abbas adlı oğlu hicrətin 26 cı ili, Şəban ayının 4-ündə Mədinə şəhərində dünyaya göz açdı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Tarixçilərin yazdığına əsasən, Hz Əli və Ümmül-Bənin Fatimənin Abbas adlı oğlu hicrətin 26 cı ili, Şəban ayının 4-ündə Mədinə şəhərində dünyaya göz açdı. Yeni doğulmuş körpəni atasına gətirdilər. O Həzrət oğluna baxdıqda mübarək gözləri doldu, hətda bir neçə damla göz yaşı körpənin yanağlarını islatdı. Sonra atası onun din yolunda kəsiləcək sağ və sol qollarını nəvaziş etdi. Əmud zərbəsi ilə yaralanacaq başından öpdü. Düşmən oxlarına hədəf olacaq sinəsini sığalladı. Həyat yoldaşının rəftarını izləyən Ümmül-Bənin bu qüssə və kədərin səbəbini soruşdu. Həzrəti Əli ilahi elmi uzaq görənliyi ilə, xanıma müjdə verdi. Övladın Abbas Allah qatında uca bir məqama sahib olacaq. Allah tala behiştin fəzasında uçmaq üçün, ona iki qanad əta edəcək. Necəki bunu daha öncə Cəfəri Təyyara bəxş etmişdi. Həzrəti Abbas elə viladətin ilk günlərindən qeyri adi gözəlliyi, biçimli bədən qurluşu ilə başqa körpələrdən seçilirdi.
Ərəb adətinə görə gözəllik ayla təşbit edildiyi üçün, Abbası Bəni-Haşimin Qəməri adlandırdılar. Lakin gözəllik zahir ilə bitmirdi. Tarixçilər onu iti zehinli, gözəl xilqətli olduğunu müxtəlif rəvayətlərdə qeyd edirlər. Rəvayətdir ki, Abbasın 5 yaşı olarkən bir gün atası onu yanına çağırır və buyurur.
- Oğlum de bir.
- Allah birdir yeganədir deyə Abbas cavab verir.
- Oğlum de iki! İmam Əli buyurur.
Abbas sayğamdan imtina edir və deyir.
- Ata! Allahın vahidliyini iqarar etdiyimdillə iki deməyə utanıram.
O zaman Həzrəti Əli onu ağuşuna alır və surətini musəyə qərq edir.
Həzrəti Abbas pak və nəcib irsiyyətdən əlavə İmam Həsən və İmam Hüseyn kimi böyük şəxsiyyətlərlə ünsiyyətdə böyüyürdü. Bu onun fəzilətlər atası saleh bəndə kimi yetişməsində, daha bir ünsür idi. Artığ uşaqlıq illərini addımlayıb yetkinliyinə çatmışdı.

1 - ci bölümün sonu

Qəmər Bəni-HaşimHikayelerin yaşadığı yer. Şimdi keşfedin