Müslüm ibn Əqil öz tərəfdarları ilə hökümət binasına gəldilər. Kufə sarayında böyük çaxnaşma var idi. İbn Ziyad riyanın qızıl sikkələrin ona köməy eləyəcəyini düşünürdü. Müslüm hökümət binasının qarşısında Kufəlilərə öz sözünü dedi. Müslümün hər bir tərəfi silahlanmış şəxslərlə qorunmaya alınmışdı. Müslüm sözə başladı.
- Ey Kufə camaatı! Siz haqqı dirilitmək üçün qiyam eləmisiz. Fəsadı aradan götürmək üçün. Siz elə şəxslərin üzərinə qılınc qaldırmısız ki, vəhid sözünü yüngül hesab edib, yalan danışıb sərvət yığdılar. Paxıllığ edib zalım oldular. İftira, rüşvətxorluğ, şərabxorluğu, qeybəti özləri üçün əyləncə və şənlik hesab ediblər. Namaz və orucu riya üçün, Həcci isə fəxr eləmək üçün yerinə yetirirlər. Seyyidlərin ağasından üz döndərdilər. Günah Allahsızlığın acı meyvəsidir. Günah cəza gününə inanmamağın nəticəsədir. Günahkar ölümü fəna hesab edər, əbədi yox. Ölüm haqqdır, mizan haqqdır, qiyamət haqqdır. Siz elə bir şəxslə beyyət eləmisiz ki, islamı canı bahasına qorumağa çalışır. Əmimoğlu Hüseyn sizə yaxın gəlir. Odurki beyətinizdə möhkəm dayanın. Allahınızdan başqa heç kimdən qorxmayın. Ey Kufə camaatı! Biz bu gün dosdumuz Hanini himayə eləmək üçün buraya yığılmışıq. Hakimiyyət kürsüsündə oturanlardan isdiyirik ki, kürsüdən düşsünlər. Bilsinlər ki! camaatın qarşısında inadkarlıq və təsrlik eləməyin, zəlalət və məhv olmaqdan başqa bir yol yoxdur.
Bu çıxışdan sonra hər kəs Ya Hüseyn deyərək beyətini təzələdilər. Hər kəs sadiq olacaqlarına and içdilər. Kufə sarayının daxilində isə çaxnaşma idi. Günorta namazı idi. Azan verildi Müslüm və tərədarları hökümət evinin önündə namaz qıldılar. İbn Ziyad isə qızıl torbalarını yanınada əllərini göyə qaldıraraq Allahda ona köməy etməyini istədi.
- İlahi bu daşın hikmətinə alim sənsən. Sən bu daşa dəyər və qiymət bəxş eləmisən. Onu qiymətli gövhər eləmisən. Adamları bunun qarşısında təzim etdirmisən. Odurki sənin bunda olan gizili möcüzənə and veririəm. Bunu şərdən xilas olmaq vasitəsi et. Parıltısını cahil bəndələrinin gözlərində tut, ram etmə vasitəsi et. Amin!Əlini qızılların üsdündə rəqs etdirdi. Dadına baxın dedi. Müftəxor şeyxlər və saray işçiləri gözlərini qızıldan çəkmirdilər. Sanki riyanın parıltısı ilk bunların gözlərini kor eləmişdi.
- Nədi bunları isdəyirsiz? Sizi və tayfanzı bunula doyuzduracam. Amma bir şərtim var. Xətəkarları Müslümün ətrafından uzaqlaşdırasız. Gedin və sarayın eyvanlarında dayanın. Camaatınızla danışın. Qızlı verməyi vəd edin. Şam ordusuyla qorxudun. Beytül mal vergisindən azad olmalarnı, qəm qüssə kədəri, şadlıqla əvəz ediləcəyini söyləyin. Yəbn Əşəs.
- Qulluğunazdayam əmr
- Sən ibn Şahab. Tayfanızın adamlarını meydanlardan keçirib, məhlələrdə dolandırıb elə gəzdirin ki, qiyamçıların qadınları qorxsunlar. Ərlərinin dalınca düşüb onları evə aparsınlar. Səndə Şimr ibn Zilcövşən.
- Anam atam sizə fəda əmir.
- Səndə sarayın gizli qapısından çıx, qəbilənin kişilərini qiyamçıların arasına göndər ki, özlərini mömin kimi aparıb təfriqə ordunu alovlandırsanlar. Kənara çəkilən susmaq qərarına gələn qiyamçıların arasında olmayan Suleyman Surədi, Xuzəyi kimilərin adı ilə nifaq yaratmağa çalışın.
- Bəli Əmir! Baş üsdünə.
- Sənsə İbn Hüreys.
- Bəli Əmr.
- Bir dəsdə ordunla ifratçı möminlərin evlərinə yürüş elə. Bacardığın qədər evlərində qarşıqlıq yarat. Xüsusən Murad Əndan, Rəbiyə qəbiləsinə rəhm eləmə.
Bunlar Əlinin dosdları deyillər. Əstfrullah Əlipərəstdilər. Bu siz, bu qiyamçılar, budaki qızıl. Bismillah.
ŞİMDİ OKUDUĞUN
Qəmər Bəni-Haşim
Historical FictionAbbas ibn Əli, Əbülfəzl Abbas (ərəb. العباس بن علي) ( 4 Şaban 26 AH - 10 Məhərrəm 61 AH, təqribən 15 may 647 - 10 oktyabr 680) İslam tarixinin parlaq simalarından biri, Həzrəti (Ə) oğlu Abbasdır. O, Əbəfəzl, Saqi, Şəhid, Ələmdar və.s adlarla məşh...