gəzmək gəzmək və görüşmək

7 0 0
                                    

Qapını açdım və içəri girdim. Auditoriyaya ən gec mən gəlmişəm deyəsən. Hamı birbiri ilə söhbət edirdi. Taa ki məni fərq edənə kimi. Nigar mənə heyran olmuş şəkildə yanıma gəldi.
"Mügaaan bu ne kıız. Bu gün nəsə aşırı aşırı gözəlsən ha?"
"Yox əşi əlimə keçəni geyinib gəlmişəm"
"Ətək sənə əəla yaraşıb"
"Ah təşəkkürlər Nigar xanım sizin də qıvırcıq saçlarınıza söz ola bilməz"
"Təşəkkürlər təşəkkürlər. Söz deyirəm. Bura gəl" dedi əliylə ən arxa pəncərəni işarət edərək. "Səhər Elvinle gəlirdik. Kənandan və səndən bəhs edirdi durmadan"
"Iı hə. Keçən gün bəzi şeylər oldu." Deyib hər şeyi Nigara da danışdım."
"Vəə bundan mənim indi xəbərim olur? Ay qız Elvin nəsə gəvələyirdi. Dediklərindən sadəcə Kənan və Müjganı anlaya bilirdim. Çünki ağzında bir ton dönər var idi -_-"
"Səhər səhər nə dönəri? :D"
"Elvindi də bilmirsən? Tənbəllikdən səhər yemək yeməyib gəlib dönər alıb yeyib"
"Ayhh Evo ayh"
....
Dərs bitdi və Elvinlə Nigar tullana tullana(burda zarafat eləmirdim) çıxıb getdilər. Auditoriyadaki hamı getmiş sadəcə mən və Kənan qalmışdıq. Hər zaman olduğu kimi. Sanki mənə göz qulaq olurdu. Müəllim stolunu düzəltməkdə idim. Kənan da dəri jaketini asılqandan götürəndə orada qalan tək şey eynən onunki kimi dəri olan mənim geyimim idi. Onu da götürüb yanıma gəldi və incə bir şəkildə mənə verdi. Arxasını dönüb jaketi geyinəndə ağzından bir kəlimə çıxdı.
"Keçən gün etdiyin şeyə görə təşəkkür edirəm"
"Tam olaraq nədən bəhs edirsən?" Dedim dedim başımı asağıya salıb.
"Yaqut xanımdan xərbə almama icazə vərmədiyin və..."
Davam edəbilmədi. Onun yerinə mən dedim.
"Qürursuz bir qız kimi davranıb əlini tutduğuma görə?. Bilirəm etdiyim düz birşey deyildi. Nə də olsa sənin özəl həyatına mudaxilə edəbilər və məhv edəbilər..." Deyəndə arxaya çevrilib məni qucaqladı. Bunun qarşısında etdiyim əllərimi kənara açıb şok içərisində nələr olacağını gözləmək idi. Haradasa 1dəqiqə idi ki məni bağrına basıb buraxmamışdı. Ən son qulağıma "məni buraxma" dedi və mənim birşeybdeməmə, stməmə icazə vermədən kənara çəkildi. Gözlərimə baxa bilmədi və tavanı izləməyə başladı. Nə də mən başımı yuxarı qaldırıb ona baxa bildim. Açarı götürüb qapını bağladıq və pilləkənləri enməyə başladıq. Dəli cəsarət gəldi və mən sual verdim.
"Siyavuş müəllimi qucaqlayan 'at b.'" deyəndə qəfil hər şey dank etdi və durdum. Sonra davam elədim. "Qız kim idi?"
"O Lara, mənim əmim qızı idi" səsinin ən qalın tonu ilə.
" Siyavuş müəllimə baba deməsindən anlamalı idim"
"Eynən. Evə aparım? Siz tərəfdə işim var."
"Mən evə getmirəm. Soruşduğun üçün təşəkkürlər"
Tək qaşını qaldırdı və qısaca "hara?" Sualını verdi.
"Nurcanla görüşüb gəzmək istəyirik"
"Nurcan?"
"Ən yaxın dostum və eyni zamanda bibim qızı"
"Anladım. Sizə yaxın əyləncələr. Görüşərik"
"Görüşərik" dedim və istəməsəm də yanından ayrıldım. Telefonu kiliddən çıxarıb 'my witch' butonuna basıb zəng etdim
"Alo" dedi amma bir alodan çox hər şeyə bənzəyirdi.
"Alo. Hardasan? Niyə belə səs küy var arxada?"
"Sənin yanına gəlirəm. Az heçnə bizim düşüklər blogger Nəcibə var e. Onu görüb ona tərəf qaçır. Sən haradasan?"
"Universitetin yanındaki kafedəyəm. Buranın milkshake'i qəşəng olur. Sənə də alım?"
"Al al bizdə inkar yoxdu. Nə varsa al. Acından ölürəm. Harmoniya müəlliməsi boğaza yığıb ujye. Amk əsər bəstəliyəcəm mən birazdan"
Güldüm və dedim "yaxşı yaxşı sakit ol. Gəl gedək gəzəək"
"Tamam 10 dəq ordayam"
...
Saat 19:00
"Müjgan mən zaradaki koftanı bəyəndiiiim"
"Nurcan çox arvadıskoyudu e. Sən onu alıb heç geyinmiyəssən sonra"
"Pff ge yi nə jəəəəm. Geyinəcəm geyinəcəm geyinəcəm geyinəcəm". Nurcan geyinəcəm sözünü təkrar edə edə beynimi xarab etmə həddinə çatanda telefonuma zəng gəldi.
Zırınzırınzırınzırın
"Kənan"
"Allah Allah Kənan niyə bu vaxt zəng vurub?" Dedim səsli şəkildə. Qolumdan dürtən Nurcan mənə qısaca "tez ol aç deyirdi"
"Alo?"
"Alo. Müjgan sənin tarix kitabın məndə qalıb. Bilmirəm qrupa baxmısan ya yox,iki gün sonra bu kitabdan bir neçə kollokfum çıxarmaq lazımdır. Ona görə sənə lazım olacaq."
"Qrupa baxmamışdım. Xəbərdar etdiyin üçün təşəkkürlər. Sənə uyğun olan bir yer varsa biz gəlib götürək."
"Yox siz narahat olmayın mən də qardaşımla çölə çıxacaq idim zatən. İndi gətirib verərik."
"Aha yaxşı"
...




MüjganWhere stories live. Discover now