Miniyonun qiybətini etdikdən sonra içəriyə Qədir müəllim(ingilis dili müəllimimiz) daxil oldu. Hərkəs müəllimlə lazımi qaydada salamlaşdı (arxadaki soyuq nəvalə oğlandan başqa). Daha sonra Qədir müəllim danışmağa başladı. Bu sırada içəri yaşıl tişörtlü və kepkalı cavan oğlan və bir neçə qız daxil oldu.
"Uşaqlar bu gün siz həyatda valideynləriniz və ailənizdən savayı başqa ən böyük öhdəlik daşıdığınız varlıqlar olan itlər və pişikləri ziyarətə gedəcəksiniz. Starustalar xarici hərkəs sərbəstdir. Lakin tövsiyəm olardı ki hərkəs bir nəfər kimi bu möhtəşəm varlıqlara bir parça xöşbəxtlik vermək üçün getsin."
Heyvanlara qarşı yetərincə mərhəməti və sevgisi olan mən bu fikrə çox isti yanaşdım. Zatən starusta olduğum üçün getməyə məcbur idim. Ən azından könülsüz olmadı.
Nigar kiçik həyəcan krizi keçirdi. O heyvanları çox sevirdi. Ailəsi rus kökənli olduğu üçün evdə heyvan bəsləməsinə pis baxmırdılar. Səhv etmirəmsə uşaqlıqda pişiyi olmuşdu. Qocalıb vəfat etdikdə bu onun günahıymış kimi düşünüb bir daha hərhansı heyvanı sahiblənməmişdi. Bu sırada Elvin bu krizə qoşulmuş, Kənan da "özünü ağır apar" baxışları atmağa başlamışdı. (Bu ikisinin dostluğuna ba yı lı ram)
...
Bir müddət sonra.
Universitetdə dərslər bitdi və biz "TOPLAN-Sahibsiz itlərə qayğı mərkəzi'nə" getmək üçün yola düşdük. Bu gün maşınıyla gəlmədiyinə görə avtobusla gedəcəkdik. Sürü şəklində(bu bir zarafat deyildi) avtobusa mindik. Bakubusun ən arxa oturacağına tərəf bir qartal kimi şığıyan Orxan(bəlkə də sadəcə balası idi) köynəyinin yaxasından tutulub kənara çəkiləndə arxasındakinin Kənan olduğunu net bilirdi. Niyəsini bilmirəm amma oğlanların ağlına uyan Nigarla mən də orada oturduq. Arxa oturacağı tam olaraq tutduq. Ayaqda qalan təkcə soyuq nəvalə olan Əmir idi. Əmir türkiyədə doğulmuş, burada böyümüşdü. Ayaqda durma nədəni bizimlə çox sıxış təpiş olmaq istəməməsi deyil, gənəl olaraq özünü hərkəs kimi bizdən də uzaq tutması idi. Amma içimdən bir səs onun ruhunu bütün ətraf təsirlərdən qorumaq istəyən incə insan olduğunu deyirdi. Fikrimi Əmirdən çəkəndə qəfil fərq etdim ki Orxanla Elvin tam olaraq didişir. Kənan da onların ortasında sadəcə həyatdan bezmiş kimi görə bildiyi qədər çolə baxırdı. Nigar telefonla mənə nəsə göstərməyə başlayanda fikrimi ona yönəltdim və Neftçilərə kimi sadəcə bunu edəcəyimdən əmin oldum.Biz barınağa çatdıq. Bura yaxın yerdə olan "zoo" mağazadan yemək və oyuncaqlar aldıq. Kənan mənim seçdiklərimi bəyənmir, mən də onunkiləri. Axırda işə Nigar və Elvin daxil oldu.bu sırada Orxan nəfəssiz nəsə danışır və Əmir də onu başından sovuşdurmağa çalışırdı(tamamən susaraq). Barınaqdan içəri girəndə dilini çıxarıb quyruğunu oyun oynamaq istəyərək sallayan itlərlə qarşılaşdıq. Burada olan canlılar sevgiyə möhtac idi.
Artıq yarım saat idi ki biz bu möhtəşəm varlıqlarla oyun oynayır, yemək verir və sevələyirdik. Təbiiki universitetdə bizdən başqa tələbələr də gəlmiş, hər yer qarışmışdı. Kənarda bir daşın üstündə oturub mənlə yaxın dost olmuş Rey'lə(ona bu adı vermişdim) oynayırdım. Bir müddət sonra yanıma Kənan gəldi və onunla bərabər vaxt keçirdik. Burada bir çox şaşırdıcı şeylə qarşılaşmışdıq. Lakin bizi ən təəccübləndirəni Nigarın balaca golden model bir iti sahiblənməsi oldu. Onun sənəd işlərini gözlədik və yavaş yavaş getməyə hazırlaşdıq.
Elvinlə Kənan Kənan'ın qardaşı Ayaz gəldi və onun maşınıyla getdi. Bizim qrupla gələn hərkəsə təklif etdilər ki onlarla gəlsin. Ancaq heçkim qəbul etmədi. Əmir işim var deyərəkdən bəhanə etdi. Orxan zatən maması çağırdığı üçün çoxdan getmişdi biz Nigarın sənədlərini gözləyəndə. Ayazla kiçik salam sağol mərasimi etdik və vobusa doğru yönəldik. Elvin biz avtobusa minənə kimi Nigara (mənə yox ha) əl salladı və sırıtdı. Kənanın kimə baxdığını hələ ki anlamıram. Avtobusda əlində heyvan daşıma qabında Rey, onu tutan Nigar və mən minəndə sanki yadplanetli görmüş kimi baxmağa başladı xalalar. İyrənc yaratıqlar....
Evə gəldim və mamama "Şelam yavrum" dedim. Yandan gülüb "pff səydəş" dedikdən sonra öz dozamı aldım və beybim "yastığım" a doğru minik addımlar atdım ^-^