"Benim olmayaaan güzekin adı yoook" deyə bağıra bağıra mahnı oxuyan tam olaraq bibim qızı Nurcan idi.
"Az biraz yavaş oxu qonşular köçdü"
"Ekmeksiz soğansız hayatın tadı yooook. Benim olmayaaaan güzelin adı yoookooooooook"
İçimdən 'mən kimə nə deyirəm axı 🤦🏻♀️. Ayaz düşüb deyəsən yadına qızın"
Mən mətbəx dəzgahlarını silmək üçün qızışmışdım ki telefonum çaldı. Ekranda "Evo" yazılmışdı.
"Hə Evo?"
"Tez gəlin piyanonu bir də çamadanları gətirdik"
"Tamam gəlirik"
"Nurcan tez gəl aşağı düşürük. Aşkını gətiriblər"
"Nə aşkı az Ay..." Deyirdi ki gözlərim böyüdü və qəhqəhə atdım.
"Az bicoook? Nə işdi?"
"Heşzad piyanonu gətiriblər?"
"Həəəə" dedim imalı imalı. Qapıdan çıxanda totomla birini vurdum divara dəydi. Təbii ki deyinməyə başladı yvndvjsnd.
"Bax mənim nə günahım var idi tanrım nəəəə"
" Az danış görüm tez ol Elvin nəyi var çığıracaq indi Kənandan betər"
...
35 dəqiqə sonra...
"Lan biraz sola solaaaa!" Deyə qışqırdı Nurcan.
"Asandısa gəl sən götür!" Dedi Ayaz qışqıra qışqıra
" Vapşe ver bura xahiş edirəm. Çəkil!"
" Nurcan kənara dur bu saat ayağımın altında qalacaqsan sonra da mən həbsə düşəcəm" dedi Kənan.
"😒" Sifət ifadəsini alan Nurcan qəfil qışqırdı.
"SÜRTDÜNÜZ LAAAAAN"
Elvin təlaşlanıb piyanonun altına girib yuxarı qaldırdı. Kənarda "sabaha yeni qırıjan mübarək olsun" deyə gülməklə acıyan ifadə ilə durdum.
Artıq bir neçə dəqiqə sonra piyano qonaq otağında kənarda dururdu. Elvin,Kənan və Ayaz divana sərilmiş şəkildə (birbirlərinin üstündə) otururdular.
"Hamınıza təşəkkür edirəm. Qardaşlarımızın işi olmasa sizə əziyyət verməzdik. Amma indiki belədir yenə də təşəkkürlər." dedi Nurcan həqiqətən minnət duyan səs tonu ilə. Yazıqlar it zülümü çəkdi bu 40 dəqiqədə 😂🤦🏻♀️.
"Özəlliklə də sənə Elvin müəllim" deyib saçını qarışdırdı. Tam bu an Ayazı cin vurmuş kimi ayağa qalxıb balkona tərəf getmək istəyəndə Evo'yla Nurcanın arasına girdi. Beləcə onlar birbirindən uzaqlaşdı. Mən məsələnin nə yerdə olduğunu anlamışdım təbii ki. Nurcan isə... Malak məncə heç nəyi anlamır 🤦🏻♀️.
Mən bunları düşünə düşünə şkafların tozunu silərkən qapı çaldı. Açan kimi içəriyə Kənan əmi, və qarşı qonşularımız(o iki oğlan) girdi.
"Uşaqlar? Necəsiniz? Nə edirsiniz belə?"-Kənan əmi
"Salamatçılıqdı desək yalan olar Kənan əmi. Buyurun keçin əyləşin"-Kənan
"Ay bala nolub?" Deyə sual verərkən əyləşdi Kənan əmi. Oğlanların biri yer tapıb oturdu. Digəri isə düz Mənim dibimdə durmağı tərcih etdi nədənsə. Burnuma heç yaxşı qoxu gəlmir bu usaqlardan...
"Nurcanın piyanosunu içəriyə daşıyanda biraz yorulduq. Elvin də belini incitdi biraz. Bağışla day ayağa dura bilmədik ona görə"-Kənan
"Ay oğlum elə söz olar? Heç nə olmaz. Nə qəşəng olub ev. Hər şey yolundadır qızlar? Bir narahatçılıq yoxdur ki?"
"Bu iki yetimdən başqa yox" dedim içimdən. Sonra səsli cavab verməyə qərar verdim. "Yox Kənan əmi. Çox sağolun. Hər şey qaydasındadır." Və sonra qutunu xatırladım. Kənana başımla işarət etdim. Sağolsun o dəqiqə anladı.
"Kənan əmi bir söz soruşmaq olar sizdən?"
"Buyur oğlum"
"Qızlardan əvvəl bu evdə yaşayan iki həyat yoldaşı indi haradadır bilirsiniz?"
"Nəyə istinadən soruşursan bala?"
"Biz kiçik bir qutu tapdıq evdən. Xatirə qutusu. Onlar üçün dəyərli olduğunu zənn edirik. Rəsmən özümüz onlara geri vermək istəyərdik"
"Oğul onlar uşaq anadan olmamış bir ay əvvəl burdan köçdü. Nazimin işi xarici şirkətlərlə bağlı idi. Hətta uşaqları olmamışdan bir ay əvvəl öz şirkətini qurub külli miqdarda gəlir əldə etmişdim buna görə öz evlərini almaq fikrinə düşmüşdülər. Məndə nömrəsi var, amma hal hazırda onu işlədir mi bilmirəm. Hə bir də şirkətlərinin adı var.
Bundan başqa heç nə bilmirəm. Hə bir də həyat yoldaşım Aygül bir neçə dəfə Nazlı ilə əlaqədə olmuşdu. Amma Nazlı içinə qapalı qız idi. Nədənsə narahatçılıq keçirirdi, ancaq nəyə görə demirdi."
Hamı bunun nədənini bilirdi təbii ki. Bu sırada Kənanın tam dibimdə duran oğlana necə dik dik baxdığını hiss etdim.
"Ayə bu saat bunun ağzını burununu əzəcək Kənan. Ən yaxşısı onun yanında divanın başında oturum" dedim çəkinən addımlarla ilərləyərək. Kənan mən orda oturanda başını məmnun şəkildə sallayaraq üzümə gülümsədi. Sonra lazımi məlumatları Kənan əmidən alıb işimizə davam etdik. Axşam düşdü və biz yenə ac idik.
"Elvin bəs Niqu hardadır?" Dedi Nurcan
"Nigarın maması biraz xəstədir. Ona baxmalı idi bu gün"
"Aa bizə niyə xəbər verməyib 😟"
"Çox vaxtı yox idi. Mən zəng elədim telefonu açıb bircə kəlimə mənə mamam xəstədi ona baxmalıyam dedi. Hə bir də başqa birşey amma onun sizə dəxxli yoxdu" dedi gözünü süzdürə süzdürə.
"Puahh, görməmişin sevgilisi olub" dedi Kənan qəhqəhə ataraq. "Omen tonrem qəmzəsi 🤤"
"Əziz içim! Xaiş edirəm yerində dur hara gedirsən??? Ahnkyvanvhnouv"
Başımı qaldırıb Nurcana baxanda mənə bicok bicok baxırdı gülümsəyərək.
"Ay Müjü bajı acdım mən. Bəlkə sözünü tutasan?"-Evo
"Oyy, indi?"
"Niyə olmasınnnn"-Evo
"Ahh başımın ikinci bəlası. Gəl görüm nə istəyirsən?"
"Hmm makaron?" Deyəndə Ayaz arxadan Elvinin başının arxasından şillə ilişdirdi.
"Gecənin bu vaxtında nə makaronu ayə"
"Qardaş sənə nəəə mənim makaron xoşuma gəlir". Ayazla Elvin qırışırdı ki Kənan "məncə adi sendviç olsa bəs edər" dedi qalın səs tonu ilə. Səslər kəsildi. "Ayəə keçən gün aldığımız şeylərlə əla sendviç çıxaaar" dedi Elvin həyəcanlı həyəcanlı.
Gülərək qarşılıq verdim.
"Yaxşı oturun gözləyin. Sendviçinizi hazırlayım". Bu sırada Nurcan piyano çalmağa başladı. Ayaz içəriyə doğru addımladı. Elvin də maraqlı, parıldayan gözlərlə o istiqamətə baxdı. Kənan isə qollarını çirmələyərək mənə doğru gəldi.
"Yardım edə bilərəm?"
"Əlbəttə ☺️" dedim içimi tutmağa çalışarkən.
Ümumiyyətlə bir kişinin mətbəxə girməsi, hələ ki də tək yox sənə yardım etmək üçün, məni çox cəlb edirdi. Və Kənan chedarları simmetrik kəsməyə çalısarkən olağan üstü erkeksi görünürdü...
Sendviçləri ortadan böləndə hərəyə iki dilim düşəcək şəkildə hazır etdim. Sonra evdən sanki bu günü təxmin edərmişcəsinə gətirdiyim qarğıdalıları çıxardıb "bu gecə kim film izləmək istəyirrr?" Dedim.
Hamı içəriyə bizim yanımıza qaçaraq "MƏNƏNƏNƏNƏNƏNƏNƏNƏN" dedi. Kənanla ikimiz də güldük və o qabları içəriyə apararkən mən də qarğıdalını partlatmaq üçün qazan götürürdüm.
"Müjgan mən axşam üçün cips,kola atışdımalıq şeylər almaq üçün gedirəm" dedi Ayaz. "Nəsə lazım deyil ki evə?" Deyə əlavə etdi.
"Yox Ayaz, çox sağol. Düşünmən yetərli.
Bu sırada içəridə səs kəsildi və Nurcan da bizə doğru gəldi. "Harasa gedirsən?" Dedi Ayaza yönələrək.
"Hə marketə gedib gələcəm"
"Məni də gözlə mən də gəlim" dedi geyinməyə başlayarkən.
"S-sən necə istəyirsən" dedi Ayaz "bu qızda birşeylər var" baxışını mənə atarkən.