novruz

5 0 0
                                    

Günlər tez keçir, biz bunun fərqinə belə varmırdıq. Düzdü imtahanların olduğu vaxtlar çətin olurdu. Amma qalan hər şey su kimi axır gedir, biz isə onu saxlaya bilmirdik. Novruz bayramı gəlmişdi. Bütün günü evdə mamaya və Amaliya bibiyə kömək edib paxlava,şəkərbura və badambura bişirmişdik. Bu novruzda həmişəkindən fərqli olaraq nənəm gil gələcəkdi bizə. "55A8" qrupu dağılıdı. Elvin gil nəsə yazır pozur, təbriklər falan atırdı. Arada hoqqa da törədirdilər orası ayrı. Amma nədənsə Kənandan səs soraq yox idi. Qrupa qısaca
"Salam, hər kəsin bayramını təbrik edirəm" deyib telefonu keçirdim. Sonra Nurcanın otağımda oturub məni gözlədiyini gördüm.
"Qız nə olub?" Dedim dərdli dərdli oturan Nurcana.
"Müjü day evdə məni boğaza yığıblar. Onsuz da 3-cü kursa keçirəm ujye. Yaşım da tutur. Uşaqlara da dərs deyirəm. Öz pulum da var yetərincə. Olmasa lap işləyərəm biraz da amma ayrı evə çıxmaq istəyirəm nə olursa olsun."
"Sən ciddisən?" Dedim şaşırmış şəkildə. "İcazə verər ki Amaliya bibi?"
"Məncə verəcək. Bu barədə danışmışdıq. Həm də elə yerə baxacam ki Asəfə də yaxın olsun"
"Imm əla olar ki. Onda istəyirsən gəl kiralıq evlərə baxaq" deyib telefonun kilidini açmışdım ki kiminsə durmadan siqnala basdığını eşitdim. Dedim ki yəqin Papam olar. "Amma o siqnala belə basmaz axı" deyə keçirdim içimdən. Həyətə gedib darvaza qapısını açdım və maşının mənə tanış gəldiyini sezdim. Bir neçə saniyə baxdıqdan sonra Ayazın pəncərədən başını çıxarmasıyla Kənan gil olduğunu anladım. Bir dəqiqə e? Nə Kənanı. Bunların nə işi var burda? Özümdən asılı olmayaraq qəribə baxa baxa darvazanın ağzında durdum. Təbiiki çiynimin üstündən boylananın Nurcan olduğunu bilirdim. Ayaz maşından endi və bir "Behlül" pozuyla durdu. Kənan da endi və "Salam Müjgan" dedi qısaca. Salamını başımla və az çıxan səsimlə "salam deyərək" aldım. Mən hələ də qəribə baxırdım. Bura niyə gəldiklərini anlamırdım. Sonra Kənan bəy maşının arxa qapısını açıb nəsə götürdü.
Maşından çıxardığı şey novruz xonçası idi. Baya bildiyimiz xonça. Özdə ki nə xonça ha. Bu sırada fərq etdiyim Nurcan və Ayazın çox susqun olduğu idi. Allahım bu ikisinə yox deyirəm. Yox yox yoxxx.
Xoncanı mənə verib "mama Leyla xanım üçün göndərib" dedi.
" ..... Xanım mamamı hardan tanıyır ki?"
" Mamanın işlədiyi sektorun müdiri mənim mamamdır. Leyla xanımın qızının da mənim tələbə yoldaşım olduğunu öyrənəndə çox sevindi. Bu xonçanı da novruz bayramınızı təbrik etmək üçün göndərdi xanım qız"
"Oha və mən bunu indi öyrənirəm..."
"Salax" dedi düz qulağımın dibində olan Nurcan. Təbii ki öldürücü baxışlar atmaqla yetindim.
"Çox sağolun. Mənim adıma da təşəkkür edin və .... Xanımı və Siyavuş müəllimi də təbrik edin olar?"
"Əlbəttə edərik" dedi Ayaz Kənana imkan vermədən.
Bir müddət qapının önündə söhbətləşdik. Sonra mövzu Nurcanın başqa evə daşınmağından düşdü. Kənan və Ayaz birlikdə başqa evə çıxmağımız mövzusunu beynimizə yerləşdirdi necə oldusa. Və mənə də çox məntiqli gəlməyə başladı. Və biz qərar verdik ki sabah bərabər ev baxmağa gedək. Qəribə tərəfi bizlə ev baxmağa gələcək insanların Kənan və Ayaz olması idi...

MüjganWhere stories live. Discover now