5'Cəmilə xala'

57 24 2
                                    

Evimizə daxil olub otağıma getdikdən sonra əsl gecə indi başlayırdı mənim üçün.

Yazı masamın üzərindəki dəftər kitablara baxıb köks ötürdüm. Paltarlarımı dəyişdikdən sonra otağımı səliqəyə saldım. Bu gecə yuxu mənə haram idi. Telefonu baterya yığması üçün zaletkaya qoyduqdan sonra masa arxasında əyləşib dərslərə başladım. Bir neçə saat sonra...

Başım dəhşət dərəcədə ağrayırdı. Üzümü buruşturup ayağa qalxdım. Ayağımın ağrısını hiss etdikdə ağzımdan çıxan səs ilə sağ ovcumu ağzıma tuttum. Kiminsə mənə ürəyi yanmasını istəmirdim.

Saata baxdıqda saatın hələ 05:23 olduğunu gördüm. Bizim universitet isə 9 da başlayırdı. Ora getməkdə hardan baxsan yarım saat idi. Yatsam belə 1-2 saatlıq yuxu ilə idarə edə bilməzdim. İmtahana hazır idim. Əsası bu idi.

Mətbəxə keçib soyuducunu açdım. Bir dilim pendir alıb boş qaba qoydum. Ondan sonra da 2 dilim çörək. İndi səhər yeməyim hazır idi. Düzü Ayişa mənə bu haqda nə qədər əsəbləşsədə, onu dinləmirdim. Bu yeməyi də, demək olar ki, məcburi yeyirdim. Sadəcə enerji versin deyə.

Yeməyimi bitirib otağıma geri döndüm. Üniversitet çantamı alıb içinə lazımlı dərs kitablarını qoyduqdan sonra, paltarlarımı dəyişməyə başladım. Payız fəslində olduğumuz üçün bir balaca qalın geyindim. Yığılıb kiçikləşə bilən çətirimi də çantama qoyduqdan sonra hazır idim.

Mətbəxə keçib ağrı kəsici dərmanı içdikdən sonra Ayişanın otağına getdim. Qapını döydükdən sonra açdım. Hələ də yatırdı. Otağına daxil olub pəncərənin pərdəsini açdım. Hava tutqun idi.

Yatağına yaxınlaşıb dedim:
"Ayişa... Qalx. Artıq hazırlaşmalısan. İmtahan var bu gün."

Ayişa oyanıb yatağında oturaq vəziyyətdə əsnədi. Gözləri yuxulu halda mənə gülümsəyərək dedi:
"Sabahın xeyir Ceyla. Səhərin gözü açılmamış sən həmişəki kimi oyaqsan. Bu qədər az yuxu ilə idarə etməyin doğru deyil. Axır bir gün yolun ortasında yıxılıb qalacaqsan."

Başımı oyan buyana sallayıb dedim:
"Ola bilər bəlkə də. Kim bilir. Amma belə yaxşıdı mənim üçün. İndi qalx tez hazırlan bu gün səninlə gedirəm universitetə."

O qəhqəhə çəkib dedi:
"Bax buna çox sevindim..."

O qalxıb ayaqyoluna gedərkən məndə mətbəxə keçdim. Onun üçün soyuducudan bir stəkan süd alıb qaynatdıqdan sonra, üzərinə kakao tozu əlavə edib masanın üstünə qoydum. Yanına da iki dilim çörək alıb üzərinə şokalad yağı çəkib kakaolu südün yanına qoydum.

O hər imtahandan əvvəl belə yeyirdi səhər yeməyini. Onu bacı kimi gördüyüm üçün bəzən məsuliyyət daşıdığımı düşünürdüm. Mətbəxdəki şkafları və soyuducunu açıb baxdım. Sonra otağıma keçib, qələm və kağız alaraq geri qayıtdım. Lazımlı ərzaqları və miqdarını kağıza yazaraq siyahı hazırladım.

Ayişa 5-6 dəqiqə sonra mətbəxə daxil oldu. Kakaolu südü və çörəkləri görüb gülümsədi. Masa arxasında əyləşib, əlinə telefonunu alaraq çörəkləri yeməyə başladı. Bu qızın yediyi yeməklər hara yox olurdu axı?! Onda bu iştah olduğu müddətdə hərşeyi yeyə bilərdi.

Başını qaldırıb dedi:
"Anam gələcək bu gün..."
Südündən bir qədər içərək davam etdi sözlərinə:
"Dedi soruş gör Ceyla qızım nəsə istəyirsə alım gətirim."

Ani olaraq bir neçə saniyəlik təbəssüm etdim. Və dedim:
"Nə gözəl. Xoş gəlir. Bu arada çox sağ olsun. Şükür Allaha bir problem yoxdur. Özü gəlsin bu mənə bəsdir. Qalacaqsa yatacaq yer hazırlayaq onun üçün?!"

"Qalar yəqin bir iki gün. Həm bu gün cümə axşamı günüdür. Sabah da bir dərsimiz var. Bilirsən. Mən ona görə də yəqin anam ilə vaxt keçirərəm böyük ehtimalla."

"Yaxşı olar məncə də. Nəticədə 1 aydır görmürsən. Həm mənim də işlərim var idi bu son günlər. Evə də ancaq yatmağa gələcəyəm. Buna əminəm."

Ayişa qaşlarını çatıb mənə baxdı və dedi:
"Bu evin pulunu halalçılıq olsun deyə ödəməyə çalışırsan. Başa düşürəm səni. Lakin özünü bu qədər də yorma. Amma fikir eləmə mən hesablamışam. Önümüzdəki günlərdə son ödənişi edəcəksən və bərabər olacaq ödədiyimiz pul. Ondan sonra artıq çox çalışmağına ehtiyac qalmayacaq. Hətta bir işdə çalışsan belə olar. Sonra da birlikdə ödəyəcəyik bütün xərclərimizi."

Başımı yaxşı anlamında salladım və ayağa qalxdım. Sol ayağımın ağrısını hiss etsəmdə səs çıxarmadım. Dişlərimi bir birinə sıxmaqdan qırılacaqdı az qala. Nəsə ilə məşğul olurmuş kimi davrandım. Ayişa da yeməyini bitirib qabları yuduqdan sonra yerlərinə qoyub otağına getdi.

O getdikdən sonra dərin bir nəfəs aldım. Bu gün universitet çıxışında həkimə getməliydim. Yada getməsəmdə olardı. Birdə ona görə pul xərcləyə bilməzdim. Məndə otağıma gedib əşyalarımı aldım. Ayişa ilə birlikdə ayaqqabılarımızı geyinib evdən çıxdıq. Evin qapısını kilidlədikdən sonra, açarı çantamın içinə atdım.

Binanın pilləkanlarını çox böyük çətinliklə endikdən sonra avtobus dayanacağına qədər yürüş etdik. Bu ağrı ilə necə bir gün keçirəcəyimi heç özümdə bilmirdim. Saatlar sonra...

İmtahan bitmişdi. Çox şükür yüksək bal toplamışdım. İşlədiyim kafeyə doğru gedirdim. Ayişa ilə universitetin girişində sağollaşıb ayrı yollara getmişdik. O Cəmilə xalanı qarşılamağa gedirdi. Bu gün evə qayıdanda gözəl bir axşam yeməyi məni gözləyəcəkdi.

Görəsən mənim də anam olsaydı belə olacaqdı?! Sus iç səsim. Beynindən sil bu cümlələri. Başımı oyan buyana sallayıb yoluma davam etdim. Kafenin önünə çatdıqda Bilal'ı gördüm. Oda məni gördükdə əl salladı. Kafeyə birlikdə daxil olduq. Geyinmə otağında paltarlarımı dəyişdim. Və beləliklə kafedə iş saatım başlamış oldu.

-------------------------------------------
Bu bölüm qısa olsada məncə yaxşı oldu. Oxuyan gözləriniz dərd görməsin.✨☘️

ATILMIŞ (Ara Verildi)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin