11'Gizli köməkçi/film'

52 14 2
                                    

O anlar yenidən gözlərinin önünə gəlmişdi....

"Hələ 7 yaşı təzəcə olmuşdu. Ad günü axşamı uşaqlar yetimxananın həyətində yelləncəklərdə əylənirdi. Oda istəmişdi orda, onlarla birlikdə əylənməyi. Lakin qrup olan uşaqlar onu qəbul etməmişdi. Hətta onu itələyərək özlərindən uzaqlaşdırmışdılar. Ona ağır sözlər demiştilər. Ceyla o an yerə düşmüş və başını dirəyə çarpmıştı. Bir neçə gün xəstəxanada qalsada, yenidən dönmüşdü evi bildiyi yerə. Bir dəfə belə olsun orda əylənə bilməmişdi. Sonra o, sən söz dinləməz birisən deyə danlaq eşidirdi. Onun belə biri olmasına səbəb olan o lənətə gəlmiş uşaqlar idi. 7 yaşında nə istəmişdi ki?! Sadəcə uşaqlar ilə əylənmək. Həyat ona hələ kiçik yaşlarında öyrətmişdi ayaqları üstündə durmağı."

Ceyla durub baxırdı boş boş. Turan onu belə gördükcə qorxurdu. Onun çiyninə toxunub parkın yelləncəklər olan hissəsinə yönləndirdi. Ceyla daldığı düşüncələrdən ayrılıb, Turan'a baxdı. Turan isə dedi:
"Niyə çəkinirsən, bilmirəm. Amma... Qorxma. Mən burdayam. Yıxılmazsan. Tutaram səni."

Ceyla ona baxıb dedi:
"Məsələ başqadır. Yıxılmaqdan qorxmuram. Sadəcə... Nəysə boş ver."

Turan irəli atılıb dedi:
"Sən mənə güvən. Məsələ nə olursa olsun... Çəkinmə, qorxma. Özünə inan. Hər nə yaşanıbsa keçmişdə yaşanıb. Keçmiş isə keçmişdə qalır."

Ceyla güvənmək istədi. İnandı və güvənib irəli addımladı. Bunu görən Turan gülümsəyərək onun ardınca irəliləməyə başladı. Yelləncəklərdə uşaq kimi əyləndilər. O gün Ceyla həyatının ilkini yaşadı. Köks ötürdü Ceyla. Həyatının ilklərindən birini Turan ilə yaşadığı üçün. Uşaq olanda bilmədiyi hisslərə indi sahib olmaqdan utandı. Lakin o bilmirdi ki, hələ Turan ilə yaşayacağı çox ilklər olacaq...

Ceyla hislərini gizlətməkdə usta idi. O ağlamazdı. Göz yaşları qəlbinə axardı onun. Sevindiyi vaxtlarda belə sadəcə bir neçə saniyəlik üzündə təbəssüm yaranardı.

Turan isə Ceyla'nın tərsi idi sanki. O hisslərini doya doya yaşardı. Ağlayacaqsa yanında birini istərdi. Çiynində ağlayacaq biri. Güldükdə isə ətrafında çoxlu insanın olmasını arzu edərdi. Səsli şəkildə gülmək isə onun bir parçası halına gəlmişdi.

Artıq hava təmamilə qaralmışdı.  Ceyla başını səmaya qaldırıb dedi:
"Artıq mən getməliyəm. Çox sağ ol bu gün üçün. Təşəkkürlər."

Turan böyük bir təbəssüm ilə cavab verdi:
"Bunun üçün təşəkkürə ehtiyac yoxdur. Əslinə qalsa mən sənə təşəkkür etməliyəm. Bu gözəl və xoş gün üçün təşəkkürlər."

Ceyla bu gün nələr demişdi ona? Hələ Ayişa'ya bu qədər yaxın olmamışdı. Fikirlərindən ayrılıb balaca it balasına yaxınlaşdı. Onu qucağına alaraq çantasına qoydu. Əşyalarını da topladıqdan sonra hazır idi getmək üçün. O avtobus dayanacağına doğru gedərkən Turan da onunla bərabər addımlayırdı.

Gələn avtobus ilə Turan'a saniyəlik gülümsəyib dedi:
"Gecən xeyrə qalsın."

"Sənində"

Adımını atıb gedərkən Turan'ın səsi ilə durdu. Turan əlində kiçik bir kağız ilə gələrək dedi:
"Nömrəmi yazmışam bura. Nə vaxt ehtiyacın olsa mənə yaza bilirsən."

Kağızı Ceyla'nın ovucuna qoydu. Ceyla üz ifadəsini pozmadan sağol dedi təkrardan və avtobusa mindi. Saatlar sonra...

Keçən saatlar sonrasında Ceyla evə gəlmiş, balaca it balasını təmizləyib, yer hazırlayıb, öz otağına yerləşdirmişdi. Ona Noyabr adını vermişdi. Gözəl səslənirdi Noyabr adı. Ona bu adı verməsinin səbəbi hal hazırda noyabr ayında olduqları üçün idi.

ATILMIŞ (Ara Verildi)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin