10'Park/Təsadüf'

48 17 14
                                    

Gözlərimi qapatmadan əvvəl düşündüyüm sabahın mənə nələr gətirəcəyi idi.

Səhər oyandıqda başımın ağrısını nəzərə almadan ayağa qalxdım. İlk gözüm qaralsada sonra yenidən normala döndü. Öz otağımdan çıxıb tuvaletdə əl üzümü yuyaraq mətbəxə keçdim. Ev niyə sakitlik idi? Özümə çay süzüb içərkən düşünməyə başladım.

Bunları yaşamağı heçdə haqq etmirdim. Mənə bunları yaşadan həyata nifrət edirdim. Axı niyə xoşbəxt olduğum anlar bir əlin barmaq sayısını keçmirdi? Axı niyə mənim ailəm yox idi?

Boş stəkanı yuyub yerinə qoyduqdan sonra öz otağıma keçərək telefonumu əlimə aldım. Ayişa'dan gələn mesaja baxdıqda bu gün axşam evə gec qayıdacaqlarını Cəmilə xala ilə birlikdə kiçik bir gəzintiyə çıxdıqlarını öyrənmişdim.

Necə hiss idi ana sevgisi? Ana ilə vaxt keçirmək mənə maraqlı gəlirdi. Axı görəsən xoşbəxt ola biləcəkdim?

Yazıçıdan;
Ceyla bunları düşünərkən bu gününün təmamilə boş olduğu ağlına gəldi. Özünü gümrah hiss edirdi. Heç bir yorğunluğu qalmamışdı. Bu gün maaşını alacaqdı. Və bundan sonra da 2 işdə birdən işləməsinə ehtiyac qalmayacaqdı.

Universitet açılandan bəri dincəlmək üçün boş vaxtı yox idi. Bu səbəbdən də özünə vaxt ayırmamışdı heç. Həbsxanaya düşməzdən əvvəl onunda xəyalları var idi. Lakin indi o xəyalları silib atmışdı bir kənara. Onun üçün sadəcə bu gün var idi. Onu keçmişi də, gələcəyi də maraqlandırmırdı. Düzdü ailəsinin kim olduğunu tapmaq istəyirdi. Lakin bir o qədər də bundan çəkinirdi.

Ağlına o məktub gəldikdə otağına keçib çarpayının altından məktubu aldı. Hələ açıb oxumağa çəkindiyi üçün, 'keçmişim' adlandırdığı kutunun içinə qoydu məktubu. Bəlkə daha sonra oxuyaram dəyə düşündü.

Bu gün hərşeydən uzaq bir gün keçirmək qərarına gəldi. İş yox idi onsuz. Otağını sonra da yığıb yığışdıra bilərdi. Havalar soyuq keçdiyindən orta qalınlıqda geyinib hazırlandı. Saçlarını yuxarıdan yığıb özünə baxdı güzgüdə. Gözəl görünürdü qız. Gözləri doldu qızın. Bəlkədə də illər sonra belə hazırlanmaq pis təsir etmişdi ona. Əslinə baxsaq, qızın yetimxanada qaldığı zamanlar, hər gün belə hazırlanardı.

Nəysə deyə iç çəkdi. Sonra əşyalarını alaraq çantasına atdı. Özünə yemək hazırlayıb onuda çantasına qoydu. Ayaqqabılarını geyindikdə artıq hazırdı. Qapını açarla bağlayıb, yürüş etdi avtobus dayanacağına qədər. Bu gün ən uzaq yerə getmək qərarına gəldi. Heç tanımadığı bilmədiyi bir yerə. Avtobusa əyləşdikdən sonra yanında əyləşən, tanımadığı xalaya dönüb gedə biləcəyi, gəzməli maraqlı bir yer soruşdu.

Xala ona bir neçə fikir təqdim etdi. Qız isə fikirlərdən sadəcə meşəlik park olan yerə getməyə qərar verdi. Xala parkın biraz uzaq olduğunu bildirirdi. Ceyla isə problem olmadığını dedi.

Yarım saat qədər bir vaxt keçdi. Qız artıq çatmışdı həmin parka. Ətrafına nəzər saldı. Necədə gözəl idi. Əsl xoşbəxtlik idi burda durmaq. Qız təmiz havanı içinə çəkdi. İstəmədəndə olsa gözləri qapanmışdı. Qız ona yaxınlaşan oğlandan bixəbər idi.

Çiyninə toxunan əl ilə diksinib gözlərini açdı Ceyla. Qarşısında Turan'ı görməyi gözləmirdi. Bu necə ola bilərdi axı? Hər yerdə qarşısına çıxması bir təsadüf idimi?

Turan əvvəl təəccüblə baxırdı Ceyla'ya. Lakin sonra hardan gəldiyini bilmədiyi bir gülümsəmə yerləşdirdi üzünə. Bir iki dəqiqənin ardından nəhayət ki, Turan sözə başladı:
"Salam. Bu nə böyük təsadüfdür. Yoxsa məni izləyirsən?"

Ceyla ona qınayan baxışlar ilə dedi:
"Axı mən səni niyə izləyim?"

"Zarafat edirdim."
Səsli bir qəhqəhə çəkdi Turan. Ceyla isə həmişəki kimi idi. Üzündə bir mimik belə oynamadı.

Turan marağına hakim ola bilməyib soruşdu:
"Bura nə üçün gəlmisən?"

"Özüm ilə vaxt keçirməyə gəlmişəm."

"Məndə qatıla bilərəm sənə?"

"Niyə?"

"Bilmirəm sadəcə qatılmaq gözəl olardı."

Ceyla Turan'a baxdı bir neçə saniyə. Sonra düşündü. Əslində heç də pis olmazdı. Dedi:

"Yaxşı, mənə qatıla bilərsən."

Onlar yan yana gəzərkən, Ceyla eşitdiyi səs ilə durdu. Addımlarını səsin gəldiyi tərəfə doğru çevirdi. Gördüyü körpə it balası ilə baxışları anında dəyişmişdi. Ətrafına baxdı. Lakin köməyə ehtiyacı olan bu balaca, yazıq heyvan tək idi burda. Əyilib qucağına aldı. Havalar soyuq keçirdi. Əgər bu iti burda qoysa, o zaman vicdanı onu rahat buraxmazdı. Körpə itin üşüdüyünü hiss etdi. Çantasından aldığı köynəyi körpə it balasına sardı. Sonra ayağa qalxaraq yaxınlıqdakı skamyada əyləşdi. Körpə iti dizlərinin üstünə qoyub gülümsədi körpə itə.

Acımışdı Ceyla. İtin də acıdığını düşünərək özünə hazırladığı yeməyi çıxardı çantasından. Yeməyi ikiyə bölüb yarısını geri qoydu çantaya. Özü üçün ayırdığı hissədən isə bir parça özü yedi. Çörəyindən balaca bir parça da bölüb körpə it balasına verdi. Körpə it balası əvvəlcə çəkinsədə sonra yedi çörəyi. O necədə şirin idi. Bir neçə dəqiqə sonra körpə it balası gözlərini qapatmışdı. Körpə it balası alışmışdı bu hala. Ceyla gördüyü mənzərəyə o qədər dalmışdı ki, Turan'ın onu izləməsindən xəbəri yox idi.

Yanında əyləşən Turan ilə itdən baxışlarını çəkdi. Ona baxmadan soruşdu:
"Acsan?"

Turan səssiz qalmışdı bu sual qarşısında. Qızı izləyərkən nə olduğunu anlamağa çalışırdı. Qəlbi tez-tez döyünür, nəfəs alışları yavaşlayırdı. Qız ona nə edirdi? Turan ilk dəfə hiss etdiyi bu hissləri başa düşmürdü.

Ceyla Turan'ın səssiz qaldığını görəndə çantasına qoyduğu yeməyi çıxardıb verdi Turan'a. Turan əlinə verilən yemək ilə həyəcanlandı. Özünə hakim olmaq istərcəsinə duruşunu düzəltdi. Yeməyi alıb baxdı Ceyla'ya. Ceyla 1 saniyəlik gülümsəyib yenidən əvvəlki vəziyyətinə qayıtdı.

Turan və Ceyla yan yana, qucaqlarında körpə it balası yemək yedilər birlikdə. Turan üçün bu axşam həyatında yaşadığı ən gözəl anlardan biri idi. Yeməyin dadı belə bir başqa idi. Yemək yedikləri müddətdə söhbət etdilər. Bir birlərini tanıdılar.

Yeməkləri bitdikdə Ceyla körpə it balasını qucağında Turan da bir addım arxasında ayağa qalxdılar. Biraz gəzdilər parkta. Ceyla nədənsə güvənirdi Turan'a. Səbəbini bilmirdi lakin ona güvənirdi.

Turan dərdli görünürdü. Ceyla ona nə olduğunu soruşduqda danışdı içini sıxan dərdləri. Ceyla isə qarşılığında dedi:
"Mən heç ana qucağı nədir bilməmişəm. Yada nə bilim sənin kimi ailə sevgisi, ailə istiliyi hiss etməmişəm. Məni anam danlamayıb, atam tərəfimi saxlamayıb, mən ailə nədir görməmişəm. Həmişə danlanmışam, heç bir şey etməsəm də, heç bir günahım olmasa da. Parka getməmişəm. Yelləncəkdə yellənməmişəm. Elə də çox dostum olmayıb. Həmişə əzilmişəm, təhqir olunmuşam, bir çox oyunlardan qovulmuşam. Mən sənin kimi gözəl həyat yaşamamışam. Sən indi öz həyatından şikayət edirsən elə deyilmi?! Bəs sən heç bu cür şeylərə sahib ola bilməyənləri düşünmüsən mi? Səndən daha acınacaqlı vəziyyətdə yaşayanları düşünmüsən mi? De görüm..."

Turan düşünərkən, Ceyla körpə it balasını skamyaya qoydu və batmasına az qalmış günəşə baxdı. Mənzərə çox gözəl idi. Turan ağlına gələn fikir ilə Ceyla'nın sol biləyini tutdu və ardınca apardı. 20 addım qədər uzaqda yerləşən yelləncəkləri gördükdə üzündə bir təbəssüm oldu Turan'ın. Ceyla isə istəmirdi ora getmək. Beynindəki xatirələrin canlanmasımdan qorxurdu. Qorxduğu kimi də oldu. O anlar yenidən gözlərinin önünə gəlmişdi....


-------------------------------------------
Yeni bir bölüm daha. Bu bölümü 15.04.22 tarixində metro, avtobus və kolecdə yazmışam 😂 harda oldu. Çalışırdım ki, bitirim və bölüm atım. Oxuyan gözləriniz dərd görməsin ✨🍀

ATILMIŞ (Ara Verildi)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin