1'Partlayış'

208 41 20
                                    

Səhər pəncərədən vuran gün işığı ilə gözlərimi açtım.

Yenə bir səhərə gözlərimi açmışdım. Gördüyüm yuxu o qədər gözəl idi ki, oyanmaq istəmirdim. Yenə bu lənət yerdə olmaq istəmirdim.

Deyirlər yetimxanalarda uşaqlara yaxşı baxırlar. Yox bu heç də həqiqətlər deyil. Heç kim kamera arxasını görmür. Hərkəs ekran önündə əyləşib yalandan saxta videolara tamaşa edir. Bizi yazıq kimi göstərirlər özlərini də super qəhrəman.

Adilə xalanın səsi ilə hamı ayağa qalxdı. Bu qalxanlar içərisinə mən də daxil idim. Elə bil əsgərlikdə təlim keçirdik. Səhər tezdən əsgər rejimi yaşayırdıq. Adilə xalanın köməkçisi Nilufər müəllimə məni çağırdıqda daldığım düşüncələrdən ayrıldım.

Paltarlarımı dəyişib aşağı həyətə düşdüm. Qızlar 10-10 olaraq cərgələnmişdilər. O biri sırada da oğlanları görmək mümkün idi. Kiçik bir səhnə hazırlanmışdı. Yəqin yenə tədbir var idi. Mən gördüyüm ilk boşluğa keçib dayandım. 1-2 nəfər qız da gəldikdən sonra müdirəmiz Briliant xanım qurulmuş səhnəyə qalxaraq mikrafonu əlinə aldı.

İçimdən dedim. 'Yenə başladı bu başdan xarab.'

Müdirəmiz Briliant xanım dedi:
"Əvvəlcə sabahınız xeyir. Müəllimələr və uşaqlar. Nə isə. Bu gün yetimxanamıza dəyərli qonaqlar, varlıqlı şəxsiyyətlər gələcək. Özünüzü düzgün aparın."

Mənə baxıb dedi:
"Ən birinci də sən Ceyla."

Güldüm. Çünkü burda oğlanlardan çox mən idim dəcəllik edən. Əslində məni bu hala salan heç özümdə bilmirdim nə idi. Sadəcə haqsızlıq qarşısında susa bilmirdim.

Ağzımı açıb dedim:
"Yaxşı müdirə xanım sizə söz verirəm. Bu gün sakit duracağam."

Bundan sonra hərkəs yemək xanaya tərəf getməyə başladı.
Söz vermişdim. Və mən verdiyim sözləri nə olursa olsun tuturdum. Mənim ən sevdiyim səhər yeməkləri idi. Çünkü heç kim bizə qarışmırdı. Və ən ləzzətli yeməklər də səhər olurdu.

Yeməkxanaya daxil olduqdan sonra öz yerimdə əyləşdim. Önümdəki səhər yeməyinə böyük iştahla baxırdım. Səhər səhər o isti çörəkdən çıxan buxar, insanı bir neçə dəqiqə də olsun xəyala dalmağa izin verirdi. Sonra o yağın çörək üstündə əriməsi... Hələ bunları kağızlarda təsəvvür etmək daha gözəl idi.

Acıdığımı bildirən siqnallar sayəsində yeməyə başladım. Yemək yeyərkən başqalarını izləməyi heç sevməzdim. Yada ki, məni izləmələrindən nifrət edərdim. Nəticədə bu dünyada herşey qarşılıqlıdır. Mən onlara baxmırdım onlarda mənə.

Yeməkdən sonra biz olduğu kimi həyatımıza davam edirdik. Yeməkdən sonra həmişə bizə kurslar verilirdi. Gələcəkdə peşə sahibi olmağımız üçün. Yəqin ki bu yetimxananın tək yaxşı cəhəti bu idi.

Kurslar çox fərqli idi. Normal dünyada olduğu kimi. İlk yardım kursları, məşğələlər, rəsm kursları, musiqi aləti kursları, aşpazlıq kursları, kompüter kursları və bir çoxu.

Bu yetimxana nə qədər əsgərliyə bənzəsə də heç olmasa bizə icazə verilirdi həftədə bir dəfə küçəyə çıxmağa. Lakin sadəcə 16 yaş və 16 yaşdan yuxarılara icazə verilirdi. Məndə 17 yaşıma yenicə girdiyim üçün gedə bilirdim yolları öyrənirdim. Şəxsiyyət vəsiqələrimiz bizdə deyildi. Uzağa gedə bilməyək deyə. Hamısı müdirənin otağında saxlanırdı. Hətta bizim pulumuzda yox idi nəsə ala bilək. Sadəcə 18 yaşı olmuş və artıq sərbəst buraxılmış uşaqlara müəyyən qədər pul verildiyini eşitmişdim.

Telefonumuz yox idi. Lakin yetimxananın kompüterlərində mən sosial şəbəkələrdə axtarış etməyi bacarırdım. Hətta kilidli alətlərə girəcək qədər bilirdim.

Mən sadəcə bir işlə məşğul olmağı sevmirdim. Ona görə də bütün kurslara qatılmışdım. Bu gün də dil kursunda idim. Yeni dil öyrənməyi sevirdim. Xaricilər ilə tanışmağı və gələcəkdə öz işimin sahibi olmağı istəyirdim.

Bir çox qızın yetimxanaya gəlmiş qonaqlar haqqında danışdıqlarını eşitmişdim. Lakin gedib baxmamışdım. Axı mənim nəyimə lazım idi baxmaq. Onlar sadəcə bir-neçə saatlıq gəlib gedənlər idi. Mənim olduğum dil kursunda da bütün sinif gələn qonaqlar ilə tanış olmaq üçün getmişdi. Həm mən bu gün söz vermişdim müdirə xanıma, sakit olacağam deyə.

Mən qulaqlıq taxıb yeni cümlələr dinləyirdim ingilis dilində. Sanki mən o dildə danışmağı bacarsam bütün dünya mənim səsimi eşidə biləcəkdi. Özümü qəribə hiss edirdim. Bundan əlavə Alman və Çin dilinə də marağım var idi. Lakin ingilis dilini yarımçıq qoymaq istəmirdim.

Sinifin tamamilə boş olması necədə gözəl idi. Gözlərimi qapatmışdım. Dinlədiyim ingilis dilində dialoq məni xəyallar aləminə səyahət etdirirdi.

Anidən gözlərimi açdım. Və binanın otaqlarından birində bir siluet gördüm. Nə isə bu siluet mənə maraqlı gəldi. Ona görə də qulaqlığı bir kənara qoydum və otaqdan çıxdım. Yeməkxanaya doğru gedirdi. Səs çıxarmasın deyə ayaqqabılarımı da çıxarıb qoydum və izləməyə davam etdim. Bu şüphəli şəxs yeməkxananın içinə girdikdən sonra qapını örtdü. Mən onun ardınca gedə bilmədim lakin gizlənib gözlədim onun çıxmasını.

O əlində bir stəkan su ilə çıxdı qapıdan. Məndə çox üstələmədim. Sinifə geri döndüm. Amma ayaqqabılarım orda qalmışdı. Sinifdən çıxıb ayaqqabılarımı geri geyinmək üçün mətbəxin kolidoruna yaxın otağa getdim. Bu zaman növbətçi qızlardan biri gəlib məni çağırdı. Məcbur ayaq yalın corab ilə getməli oldum akt zalına.

Ora çatarkən partlayış səsinin gəlməsi ilə sanki bütün yetimxanada zəlzələ oldu.

-------------------------------------------

Bu öz dilimizdə yazdığım 2ci kitabdır. O biri kitabı (Bəlkə kitabını) oxumadan bu kitaba keçid etməməyiniz tövsiyə olunur. Əvvəl bunun axırını başqa cür düşünürdüm. Sonra dedim ki niyədə yox axı. Ona görə də bu kitab bəlkə kitabının davamıdır. Oxuyan gözləriniz dərd görməsin.

ATILMIŞ (Ara Verildi)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin