6'Bilal'ın evi'

46 22 5
                                    

Və beləliklə kafedə iş saatım başlamış oldu.

Geyinmə otağından çıxdıqdan sonra Bilal'ı axtarmağa başladım. O kafenin sahibinin oğlu idi. Məndən 2 yaş böyük olsada, bizim universitetdə 2 kurs tələbəsi idi. Və o uşaq həkimliyi oxuyurdu. Bu kafedə də atasına - Rafiq əmiyə köməklik adına çalışırdı. Anası - Leyla xala, gözəllik salonunda işləyirdi. Bu gündə atası tez çıxmışdı işdən. Yəni kafedə yalnızca biz ikimiz qalmışdıq.

Ona bu günlük daha çox kömək lazım idi. Lakin mənim heç halım qüvvəm yox idi. Dişlərimi bir birinə sıxaraq işləməyə davam etdim. Mətbuatdaki iş dostuma mesaj atıb bu gün üçün icazə ala bilmişdim.

Bu gün elə bil mənim acığıma daha çox müştəri gəlirdi. Bilal mətbəxdə hazırlayırdı yeməkləri. Məndə ona köməklik adına, sifarişləri qəbul etdikdən sonra, mətbəxə keçərək köməklik edirdim...

Saatlar sonra...

... 6 saatın sonunda insanlar azalmıştı. İndi sadəcə iş çıxışı gələn bir iki müştəri var idi. Onlar da yeməkləri yedikdən sonra gedəcəkdilər. Artıq ayaq üstə durmaqda çətinlik çəkirdim. Bir neçə dəqiqə sonra da artıq kafedə təmamilə ikimiz qalmışdıq. Mən yerləri silərkən oda masaları düzəldirdi. Başım gicəllənir arada bəzi şeyləri 2 ədəd görürdüm.

Yerləri silməyi bitirib ayağımı güc ilə qaldıraraq geyinmə otağına getdim. Paltarlarımı necə dəyişdim heç özümdə bilmirəm. Əşyalarımı alıb otaqdan çıxdım. Bilal kafenin ortasında durub telefon ilə danışırdı. Məni gördükdə sağollaşıb telefonu söndürdü. Böyük təbəssümlə dedi:
"Ceyla, istəyirsən bu gün səni evə qədər mən aparım. Həm səndə çox yorulmusan."

Ağzımı açacaq halda deyildim. Sanki nəfəsim kəsilir, içim daralırdı. Bilal mənə baxıb davam etdi sözlərinə:
"Niyə danışmırsan?! Küsmüşük?! Nə isə problem var?!"

Onun dediyi cümlələri beynim anlamaqda çətinlik çəkirdi. Taqətimi saxlaya bilmədikdə əlimi atdım tutacaq bir yer olması üçün, lakin elə bir yer yox idi. Boşluqda dayandırdım hal hazırda. Bunu görən Bilal mənə tərəf qaçdı. Artıq dünyadakı səslər kəsilmişdi. Son xatırladığım şey başımın, Bilal'ın çiyninə dəyməsi və onun da mənim qollarımı möhkəm möhkəm tutması idi.

Huşum yerinə gəldikdə ətrafdəki səsləri yavaş yavaş uğultu şəklində eşidirdim. Bir neçə dəqiqə sonra daha dəqiq eşitməyə başladım. Eşitdiyim səslərdən biri Bilal'ın səsi idi.

O başımın üstündə durub telefon ilə danışırdı. Və səsində narahatlıq hiss olunurdu. Gözlərimi açdıqda işığın təsiri ilə geri qapamalı oldum. Bu vaxt öz adımı eşitməyim ilə gözlərimi açmayıb dinləməyə başladım.

Bilal deyirdi:
"– Ceyla.
– ...
–Hə ata.
– ...
– Yox. Sadəcə çox yorğun düşüb bu gün.
– ...
– Necə yəni siz evdə olmayacaqsınız bu həftə sonu?! Bəs kafe nə olacaq?!
– ...
– Ata axı bu həftə sonu planlarım var idi.
– ...
– Yaxşı ata. Elə edərəm. Eybi yoxdur. Siz işinizdə olun."

Qarşı tərəfin nə dediyini bilmirdim. Sadəcə Bilal'ın səsini eşidirdim. Demək ki, ailəsi yox idi bu axşam və bu həftə sonu. Kafedə daha çox işləmək lazım olacaqdı.

Ani olaraq gözlərimi açdım və ayağa qalxdım. Həqiqətən mən niyə yatırdım!? Və harda idim? Ayağa qalxar qalxmaz gözüm qaraldı və yerə dizlərim üstünə düştüm. Bilal səsi eşitmiş olacaq ki, arxasına döndü. Atasına sağol deyib telefonu söndürdükdən sonra yanıma gəldi.

Qollarımdan tutaraq qalxmağıma kömək etdi. Yatağa oturduqdan sonra ətrafa baxdım. Bura yəqinki Bilal'ın evi idi. Otaqda da Bilal'ın şəkilləri var idi. Bilal'a baxdığımda mənə baxırdı. Baxışlarında narahatlıq hissi var idi. Dizlərimə baxıb dedi:
"Niyə anidən ayağa qalxırsan?! Bax indi dizlərində yaralandı. Ağrıyır?"

Gözlərimi yumub cavab verdim:
"Yox. Heç ağrımır. Mən hardayam?"

"Bura bizim evdi. Hal hazırda bacımın otağındayıq. O özü Türkiyədə yaşayır. Arada bir gəlir, yəni rahat ola bilərsən."

Ona təəccüblə baxdım və dedim:
"Sənin bacın olduğunu bilmirdim. Heç adı belə keçməyib yanınızda axı."

Güldü:
"Hə ola bilər. O orda öz həyatını yaşayır. Ona görə də çox da problem etmirik. Həm artıq öyrəşmişik yoxluğuna. Çünkü artıq 5 ildir ordadı."

"Başa düşdüm. Bəs sən məni evinizə qədər necə gətirmisən?!"

"Evimiz kafeyə çox yaxındı. Hardasa 40-50 addım qədər. Səni gətirmək üçün dostumdan kömək aldım amma. Onun maşını var idi. Əvvəl xəstəxanaya aparmaq istədim amma bir dəfə söhbət etdikdə xəstəxanalardan qorxduğunu demiştin. Ona görədə öz evimizə gətirdim səni."

Biraz durub davam elədi:
"Sən xəstəxanalardan qorxursansa necə tibb bacısı olmağa hazırlaşırsan?!"

Bir neçə saniyəlik təbəssüm etdim və dedim:
"Qorxurdum. Amma insanların həyatını xilas etmək qorxu hissini yox edir məndə. Həm artıq getsəm yaxşı olacaq. Sənədə əziyyət verirəm."

"Küçədə şiddətli yağış yağır. Həmdə saat artıq çox gecdir. Bu gün burda qalsan olmaz mı?!"

"Saat neçədir ki?!"

"01:23"

"Axı necə ola bilər?!"

"Huşunu itirdikdən sonra yatırdın. İndiyə qədər. Hardasa 4 saat 20 dəqiqə falan yatmısan."

Tam ağzımı açıb birşey demək istəyirdim ki, məni susturub dedi:
"Yenədə gedim mən demə. Bu gecə burda qalacaqsan. Amma gəl əvvəl yemək yeyək. Huşunu itirməyinin səbəbi ac qalmağın və yuxusuzluqdu. Özünə niyə diqqət etmirsən?!"

Divara baxıb cavab vermədim. O getdikdən sonra onun ardınca yataqdan məndə qalxdım. Mətbəxə keçdikdə yemək masasının üstünə yeməklər qoymağa başladığını gördüm. Yanına gedib kömək etdim. Ayağımın ağrısı getdikcə artırdı.

Dişlərimi bir birinə sıxaraq masa arxasında əyləşdim. Yemək yedikdən sonra masayı toplamağa kömək edərək, qaldığım otağa getdim. Qapını örtüb elə qaranlıqda yatağın içinə girdim. Üstümü örtüb gözlərimi yumdum.

Tam yuxuya dalırdım ki, ayağımda hiss etdiyim əl ilə dik atıldım. Gecə lampasından düşən işıq ilə əlin sahibinin Bilal olduğunu gördüm. Amma nə olursa olsun beynimdəki xatirələr canlanmışdı...

-------------------------------------------
Yenə bir bölüm ilə qarşınızdayammm...

•Sizcə Ceyla'nın beynində canlanan xatirələr nə idi?

•Bundan sonra yeni bölümlərdə nələr olacaq?

Oxuduğunuz üçün təşəkkürlər 🥰

ATILMIŞ (Ara Verildi)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin