Hər şey bir iplik kimi bağlanmışdı bir-birinə. Sanki kiçik bir səhvlə söküləcəkdi bütün iplər ...
Birdən-birə baş verdi hər şey , söküldü ipliyin bütün ipləri . Yanlız biri qalmışdı barmaqlarımın arasında , o ip də dilək ipi idi. Ən balaca və gücsüz...
Günlər göz qırpımında keçirdi biz fərqində olmasaqda . Daha uşaq idik , anlamırdıq çətinliyin nə olduğunu bəlkədə. Fəqət illər ötdü , günlər bir birinin ardınca keçdi getdi . Mən və qardaşım artıq gənc , yetişkin insanlar idik . Qardaşım məndən 3 yaş böyükdü və həmin hadisələr baş verən zaman qardaşım tələbə, mən isə gələcək həyatını uğurlu şəkildə qurmağa çalışan bir abituriyent idim .
Yay tətilinin ikinci ayı idi - iyul ! Çox gözəl , yadda qalan bir yay tətili keçirirdim . Bir çox rayonlara istirahətə getmişdik , elə gözəl günlər idi ki .. Hələdə düşündükcə qayıtmaq istəyirəm o təmiz havası olan , mənzərəli heyrətamiz yerlərə ...
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Hər şey yuxu kimi gəlirdi mənə . İstirahətin ardından şəhərə , evimizə qayıtmışdıq . İyul ayının bitməsinə az bir vaxt qalmışdı . Fəqət bizi qarşıda nələr gözləyinin fərqində belə deyildik hələdə ... Ayın 25-i idi , sakit və isti bir yay günü ... Atam və anam işdə idi hər zamankı kimi, qardaşımla birlikdə evdəydik . Qardaşıma zəng gəldi və o tələm-tələsik hazırlaşıb evdən çıxdı . Ondan soruşanda xalamgilə getdiyini dedi . Onun getməsindən bir , iki saat keçməmişdi ki, mənə zəng edib hazırlaşmağımı və gəlib məni də xalamgilə aparacağını dedi . Xalamgilə tez-tez gedərdik yayda , ona görə mən də heç tərəddüd etmədən hazırlaşıb evdən çıxdım . Və budur maşında idim , atamın maşınında . Amma rol arxasında olan isə qardaşım idi . Hələdə heç nədən xəbərim yox idi , heç kim mənə bir kəlmə belə deməmişdi . Yolda gedərkən qardaşımdan nəyə görə maşının atamda deyildə , onda olduğunu soruşdum . O isə mənə elə açıqca atanı xəstəxanaya yerləşdirdiklərini söylədi . İlk başda inanmadım , çünki onun zarafat etdiyini düşündüm . Amma bu dəfə iş fərqli idi . Bir daha soruşdum, ciddi olduğundan əmin olmalıydım . Və yalan demədiyinə artıq əmin idim . Atam yenə infarkt keçiribmiş... Bu atamın ürəyinə artıq ikinci zərbə idi . Çünki, 2020-ci ilin dekabrında o ilk infarkti keçirmişdi .Bu bizim üçün gözlənilməz idi, çünki atamın ürəyində heç bir problemi olmamışdı. Bir müddət müalicə aldıqdan sonra o yenə əvvəlki həyatına qayıtmışdı. Bəlkədə ən böyük səhvi burda etmişdik. Ürəyi zəif olan biri üçün belə iş rejmi çox ağır gəlmişdi bəlkədə...Müalicədən sonra əvvəlki kimi olmasa da yaxşı idi atam , sən demə sadəcə bizə elə gəlirmiş...
Buna görə də atamin ikinci dəfə infarkt keçirməsinin çox ciddi olduğunu düşünməmişdim..Fəqət əksinə bu dəfə vəziyyət çox ciddi ve kritik imiş... Belə olduğunu anladığım zaman dünyanın üzərimə yıxıldığını hiss etdim sanki...Atamla olan bütün gözəl xatirələr zehnimde fraqman kimi fırlanıb dururdu...Yanağımdan süzülən damcılarla birlikdə hər şeyin necədə bir anda dəyişdiyinin fərqinə varmışdım artıq...