Xoşbəxt Son

31 5 0
                                    

Nəhayət uzun həftələrdən sonra həsrətin sonuna yaxınlaşırdıq. Artıq hər şey əvvəlki kimi olacaqdı. Tamamlanacaqdı tablonun yarım qalmış hissəsi. Ailəmiz yenidən bir arada olacaqdı, olması gərəkdiyi kimi..

Atam gecədən zəng vurmuşdu bizə, səhər gələcəyini demək üçün. Hər kəsin üzü gülürdü. O gecəni həyəcandan yata bilmədiyimi xatırlayıram. Necədə həyəcanlı idim. Sanki illər keçmişdi üstümüzdən. Yayın o gündüz istisində, axşamüstü o sərin Bakı küləyi ilə , axşamlar ulduzlarla birlikdə gözləyirdik atamın gəlişini...

Artıq həsrətə son qoymaq vaxtı gəlib çatmışdı. Səbirsizliklə qapıda gözləyirdim maşının səsini, atamın gəlişini, məni yenidən "qızım" deyə səsləyişini. Əlim ayağım əsirdi bilmirəm nədən, bəlkə də həyəcandan, bəlkə də sevincdən, xoşbəxtlikdən...

"-Salam Ata..
-Salam , Qızım ! Necəsən?
-Mən yaxşıyam , əsas sən necəsən ? Səninçün çox darıxmışam Ata!!
-Mən də qızım , mən də ..."

Və qucaqlaşdıq...O anda qalmaq istəyirdim. Özümü yenidən güvən içində və güclü hiss edirdim artıq. Atam yanımda idi axı.
O mənim bu dünyadaki ən böyük dayağımdır. Hər nə qədər qocalsan da , bəlkədə əvvəlki kimi güclü ola bilməsən də sən mənim hələdə ən böyük dayağımsan, Ata! Və ömrünün sonuna kimi belə qalmağa davam edəcəksən. Mənimlə olduğun hər gün sənin qürurun olmaq üçün çalışacam . Harada olursam olum , mənim haqqımda danışılanda mənə qürurla : "O mənim qızımdır!" - deyə biləsən deyə çalışıram , Ata ! Hər daim sənin başını uca tutmaq üçün , sənin fəxrin olmaq , sənə laiq bir övlad olmağa çalışacam. Və ümid edirəm bunu bacararam...

-

Hər şey qaydasında idi artıq. Əziyyət bitmişdi , həsrət sona çatmışdı. Artıq göz yaşlarını gülüş səsləri əvəz edirdi. Hər gün evimiz qonaqlar- atamı ziyarət etməyə gələnlərlə dolu idi. Onu belə sağlam görmək həqiqətən qürur verici idi. O günü-günündən yaxşılaşacaqdı. Həkim onun ürəyinin zamanla düzələcəyini deyərdi. Bəlkə bizim sevgimizlə daha da sürətlə sağalacaqdı ürəyi...
Atama hər daim qulluq etməyə hazır idim. Məni bircə dəfə səsləməsi ilə həmən yanına qaçar, istədiyini edərdim. Təki atam yaxşı olsun, evində olsun. Mən hər əziyyətə dözərəm. Atam üçün hər şeyi qarşıma ala bilərəm, öz canımı belə...

Dönüb bir keçmişə baxdığım zaman çox düşünürəm. Necədə çətin zamanlar idi deyə və biz o günlərə necə əzmlə dözdüyümüzü xatırlayıram. Kim deyərdi axı belə hadisələrin baş verəcəyini?! Bilmirəm, tək bildiyim indi çox xoşbəxt olduğum idi.
Atamdan ötrü o qədər darıxmışdım ki bunu sözlər və cümlələrlə ifadə edə bilmirəm. Üzündəki qırışlar , saçlarının telləri daha da ağarmışdı sanki. Üzündəki yorğunluğu görürdüm . Fəqət bilirdim ki o bunun da öhdəsindən gələcək. Hər keçən gün daha da yaxşı olacaq...

Hər açılan səhərin daha ümid dolu olacağına həmişə inandım və indi də inanmağa davam edirəm. Bir gün hər şey daha-daha gözəl olacaq ,əminəm! Sadəcə bizə bunu yaşayıb görmək düşər. Səbr və əzmlə gözəl günləri gözləmək lazımdır sadəcə...
Heç vaxt ümidinizi kəsməyin. Bəzən Allah elə bir möcüzə yaradar ki heç gözlənilməyən bir vaxtda həyatınız bir anda dəyişər. Necəki , bir möcüzə ilə atam həyata geri döndü. Kiçik bir möcüzə sadəcə , bir insanın həyatını necə dəyişdi sizlər də mənimlə şahid oldunuz. Möcüzələr gerçəkdir!
Bəs siz möcüzələrə hələdə inanmırsınız...???

Son Ümid YeriHikayelerin yaşadığı yer. Şimdi keşfedin