O həyatı boyunca belə bir hadisəni nə yaşamış , nə də anlamışdı . Tâki öz başına gələnə qədər ...
Dünyaları versələr belə , dəyişmərəm atamı başqa biri ilə ... Kiçik qızlar atalarını öz qəhrəmanları adlandırarlar - bu həqiqətindən doğrudur . Fəqət mən bunu gec anladım ...
Həmişə atam kimi güclü olmağı istəmişəm , onun güclü oluşuna heyran olmuşam. O hadisələrdən sonra bu heyranlağım daha da artdı... Artıq atam mənim qəhrəmanım olmuşdu. Çünki, o doğurdan da bir qəhrəman kimi güclü və dözümlü idi, öz gücünü itirənə qədər...
Sizə mənim atamdan danışmaq istəyirəm. Öncə onun həyatından, özündən bəhs edim sizə ;Mənim atam 1971-ci il 31 oktyabrda soyuq bir payız gecəsi , kasıb bir ailədə dünyaya açmışdı gözlərini . Doğulduğu Biləsuvar rayonunda böyümüş , orta təhsilini almış , yaşamış və daha sonra Rusiyada hərbi xidmətini başa vurduqdan sonra Vətəninə qayıtmışdır. Ailə həyatı qurduqdan sonra, anam ilə birlikdə Bakıya yerləşmiş və öz işinə başlamışdı . Onun işi sürücülük idi ,sıradan bir taksi sürücüsü . Hər səhər tezdən durub qışın soyuğunda, yayın istisində maşınını təmizləyər sonra yola düşərdi . Hərgün bu işi bezmədən, yorulmadan edirdi . Çünki onun çörəyini gözləyən iki övladı və yoldaşı olduğunu bilirdi. Səhər tezdən gedər , axşamları isə gec gələrdi . Çəkdiyi bütün bu əziyyətlər sadəcə övladlarına gözəl bir gələcək qurmaq üçün idi...
ŞİMDİ OKUDUĞUN
Son Ümid Yeri
No FicciónHər şey bir iplik kimi bağlanmışdı bir-birinə. Sanki kiçik bir səhvlə söküləcəkdi bütün iplər ... Birdən-birə baş verdi hər şey , söküldü ipliyin bütün ipləri . Yanlız biri qalmışdı barmaqlarımın arasında , o ip də dilək ipi idi. Ən balaca və gücsüz...