Pəncərənin önündə durub onlar gələnə qədər gözlədiyimi xatırlayıram. Dayanmaqdan sıxılmışdım , həyətə düşdüm və qulaqcığımı taxıb biraz musiqi dinləmək qərarına gəldim . Sözsüz musiqiləri çox sevirəm , çünki məni anladıqlarını düşünürəm nədənsə . Bəlkədə musiqidəki notalar idi mənimlə danışan və ya bəlkədə mən idim musiqi ilə bağ qurmağa çalışan ... Gözümü yumub musiqinin səsini ucaltdım , beləcə daha yaxşı başa düşəcəkdim dərinlikdəki səsləri...
-
Maşın səsindən gəldiklərini anlamışdım. Qardaşım maşını həyətə sürdü . Tez gedib qapını açdım və atama kömək etməyə çalışdım . Amma gücüm çatmadı onu qaldırmağa . Məndə qardaşımdan mənə kömək etməsini istədim . Gedib evin qapısını açdım və pilləkanlarda onların gəlişini gözlədim . Bir-iki addımdan sonra atamın yorulduğunu görürdüm artıq . Ayaqlarını qaldırıb pilləkanı qalxmaqda çətinlik çəkdiyini hiss edirdim . Qardaşımın onu tutmasına baxmayaraq , atam getdikcə daha da zəifləyir və özünü aşağı doğru çəkirdi sanki. Tez gedib atamın sağ qolundan da mən tutdum . Hər bir pilləni qalxarkən atam birazda zəifləyirdi . Onun artıq dözə bilmədiyini görürdük qardaşımla, amma o bizə qulaq asmırdı .
Qardaşım :
" Ata biraz dincəl , çünki çıxa bilmirsən pilləkanları. Biz artıq səni güclə qaldırırıq . Nə olar , biraz otur "
Atam:
" Yox , mən çıxacam. Biraz qaldı , dözə bilərəm "
Çöl pilləkanları çıxıb bitirmişdik , qalmışdı evdəki üç pilləkan ..
Evə daxil olduğumuz an , o ki ilk pilləkana addım atanda ... atam qollarımın arasından yıxıldı yenə həmin an . Çöktü yerə birdən- birə dizləri üstə.. Mənə elə gəldi ki , o oturmaq istədi . Amma yox , o huşunu itirmişdi . Yerdə uzanmış can verirdi qollarımızın arasında... mən buraxdım qolunu , qardaşımla birlikdə onu yerə uzatdıq ki, heç olmasa qan dövranı işləsin. Bir əlində su butulkası var idi . Barmaqları elə bərk kilitlənmişdi ki, güclə barmaqlarını bir bir aralayıb həmin butulkanı aldım əlindən...
Qardaşım atamın yanında oturmuş çarəsiz şəkildə mənimlə bir yerdə ağlayır həm də qışqıraraq atamı oyatmağa çalışırdı . Suyu əlimə alıb atamın üzünə tökdüm ki bəlkə oyana , amma oyanmırdı ... Tez gedib telefonu aldım əlimə və təcili yardıma zəng vurdum , mən onların zəngə cavab verməsini gözləyərkən qardaşımın çarəsizcə yardım çağırışları qulağımdan hələdə getmir : " Ata yox !" " Ata dur!" "Ata dur noolar , indi yox ATA !!"Atamın gözləri bərəlmiş,donmuş halda idi . Sanki boş bir yerə baxarmışcasına donmuş və şişmiş haldı idi . O mənzərəni zehnimdən silə bilmirəm, ata bilmirəm..
Mən dayanmadan ambulansa zəng etməyə davam edirdim onlar zəngimi açana qədər . Nəhayət zəngimə cavab vermişdilər, adresi və atamın vəziyyətini onlara dedikdən sonra əlimdən gələn yanlız onların yardımını gözləmək olacaqdı ..
Atam bir müddət uzandıqdan sonra ayılmağa başlamışdı . Ayılan zaman mənə dediyi sadəcə - "zəng eləmə ambulansa ! mən yaxşıyam"
Halı bu qədər piskən , yenidən xəstəxanaya qayıtmaq istəmirdi . Amma mən onu yenidən müalicəyə göndərməyə qərarlı idim .
Özünə gəldikdən sonra, qardaşımla yenidən onun qollarından tutub qaldırmağa çalışdıq . Yerinəcən aparmağı bacarmışdıq .Atamın üzü , ayaqları , əlləri ağappaq və buz kimi olmuşdu ..
Nəhayət ambulans gəlib çatmışdı , uzun müddət sonra . Belə gec gəldiyi üçün o qədər əsəbləşmişdim ki. Həkim bir neçə yoxlama etdikdən sonra atamın ciyərlərində 15% buzlaşma olduğunu və hətta onun bəlkədə Covid ola biləcəyini söylədi . Bunu isə bu səhər verdiyi analizləri nəticəsindən çıxarmışdı . Heç bir çarəmiz yox idi , çünki onu evdə belə vəziyyətdə saxlaya bilməzdim .Fəqət atam heç getmək , bizdən ayrılmaq istəmirdi . Bizdə ondan ayrılmaq istəmirdik təbii ki, amma atamın gözümün önündə əzab çəkməsinə də dözə bilməzdim...Atamın hospitala yerləşdirilməsinə qərər verdik . Gedişini yenidən izləmək mənimçün çox çətin oldu ... Qardaşımla həmin gün o qədər çətinlik çəkdik ki ... atanı ambulansa yerləşdirdilər , qardaşım da onların dalınca getdi ...
Mən yenə tək qalmışdım evdə ... artıq divarlar üstümə gəlməyə başlamışdı sanki ... Ağlamaqdan gözlərim o qədər qızarmışdı ki ..Hər şeyi sorğulamaqdan, bir yandan özümü günahlandırmaqdan , digər tərəfdən atama orda necə baxacaqlarını düşünməkdən özümə əziyyət verirdim ...
"Niyə axı ?! Niyə mənim atam ?! Noldu axı bizə?! Noldu sənə ata ?! Sən axı güclü idin , sən mənim qəhrəmanım idin , ata !
Sən mənim ən böyük dayağımsan ! Sənə bir şey olsa mən nə edərdim ?! Sənsiz həyat necədə qaranlıq və qorxu dolu olardı ata ?! Biraz da döz , mənimçün , övladların üçün, anam üçün ... Vaz keçmə bizdən , həyatından ! Qarşıda bizi gözləyən neçə gözəl illər var bilirsən ?! Bəs sən mənim uğurlarıma şahid olmaq istəmirsən?! Qızının səsini ucalardan eşitmək üçün biraz daha səbr et xəstəxana otaqlarına , ağ paltarlı həkimlərə , acı dadan dərmanlara , səni incidən sistemlərə biraz da döz !
Döz ki , yenidən evinə qayıda biləsən . Ailənə , sevdiklərinə geri dönəsən . Mənə geri dönəsən ata ! Çünki sənə heç olmadığım qədər ehtiyacım var . Əskikəm ,ata sənsiz ! Yarım qalmış hiss edirəm özümü , gəl yenidən tamamla ailəmizi !
Rəbbim ! Yardım et !..."
![](https://img.wattpad.com/cover/294321489-288-k479336.jpg)
ŞİMDİ OKUDUĞUN
Son Ümid Yeri
غير روائيHər şey bir iplik kimi bağlanmışdı bir-birinə. Sanki kiçik bir səhvlə söküləcəkdi bütün iplər ... Birdən-birə baş verdi hər şey , söküldü ipliyin bütün ipləri . Yanlız biri qalmışdı barmaqlarımın arasında , o ip də dilək ipi idi. Ən balaca və gücsüz...