Qayıtmalı idin artıq , evinə dönməli idin. Dözə bilmirdim yoxluğuna,bezmişdim sol yanımda qalan boşluq hissindən, bunu hər dəfə dilə gətirməkdən, insanlara izah etməkdən necə bir hiss olduğunu və onların da məni heç kim kimi başa düşməmələrindən. Artıq söz keçirə bilmirdim içimdə qopan yardım çağırışlarına, boğulurdum sanki özümdə qara dənizin içində...
Çox az vaxt qalmışdı bilirdim , elə ona görə də dözə bilmirdim. Keçən onca gündən sonra əziyyət verirdi mənə iki gün daha dözmək. Fəqət əlimdən gələn bir şey yox idi. Edə biləcəyim tək şey dözmək , səbr etmək və dua etmək idi sadəcə...-
Yenə bir telefon zənginin ardından evdəki hamının üzü gülürdü. Bilirsiz niyə?! Çünki , atam nəhayət evinə, ailəsinə geri qayıdacaqdı.
Sevincim yerə-göyə sığmırdı. Kiçik bir uşaq kimi necədə xoşbəxt idim. Axı atam gəlirdi necə sevinməyim ?!
Atam gedəndən sonra uzun müddət idi ki anamı belə gülən görmürdüm. Atamın belə olmağı hamımızın qəlbinə bir xəncər vurmuşdu. Amma nəhayət o xəncəri çıxartmağın vaxtı gəlmişdi. Düzdür, xəncəri çıxartsaqda o yara həmişə orada qanamağa davam edəcəkdi , bilirəm. Heç vaxt qabuq tutmayacaq o yara, hətta hər dəfəsində qopacaq və yenidən qanayacaq biz xatırladıqca . Bəlkə də, beləsi yaxşı idi,hə?! Unudulmaması , çünki bəzən unutmaq istəməzsən olanları ,hər nə qədər onlar səni incitsə də. Xatırlamaq istəyərsən, necə çətin günlərdən necə səbrlə keçdiyini. Necə düşdüyün anda, necə qalxdığını. Sən düşəndə sənə kimin yardım etdiyini , kimininsə əksinə səni daha da aşağı çəkdiyini xatırlamaq istəyərsən . Unutmaq ağır gələr insana bəzən...-
Atam xəstəxana otaqlarını heç sevməzdi əzəldən bəri. Necə dözürdü o əzaba əziyyətə Allah bilir.
O da sevinirdi evə gələcəyinə. Ancaq bilmədiyi bir şey var idi . O da atamın evə qayıtmayacağı idi. Çünki , axı atam hələ tam sağalmamışdı. Onu gözləyən başqa bir reanimasiya otağı da var idi. Spirt qoxulu , ağ geyimli, sistem dolu otaqlarla dolu 3 gün daha. Səbr etməliydi evinə sağlam qayıtmaq üçün. Öz ayaqları üzərində durub bizə doğru gələ bilməsi üçün, məni tam qucaqlaya bilməsi üçün.Heç istəmirdi evə dönmək varkən yenidən xəstəxanaya qayıtmaq ,əlbəttə. Fəqət əlacımız yox idi.
Qardaşım atamın xəstəxanasının dəyişildiyi günü danışanda səsi necədə titrəyirdi hələdə xatırlayıram. Yanlız o görə bilmişdi atamı ambulansdan enərkən. Əlini tutub və "Hər şey yaxşı olacaq, Ata!" -demişdi.-
Atamın özəl hospitala köçürülməsi ilə onunla tez-tez əlaqə saxlaya bilirdik artıq. Yanlız bir gün reanimasiyada yatandan sonra palataya köçürülmüşdü. Palatada olduğu üçün istdiyimiz qədər onunla danışa bilirdik. Hətta o özü bizə zəng vurardı, danışardıq saatlarca. Müalicəsinin yaxşı getdiyini səsinin tonundan, danışığından anlayırdım. Gülürdü üzü bizi görəndə , bizimdə həmçinin. Xoşbəxt idik , çünki çətin günləri geridə qoyduğumuzu bilirdik.
Sadəcə məsafələr qalmışdı aramızda birbirimizə qovuşmağımız üçün. Buna da səbr edirdik, həmişə etdiyimiz kimi....
ŞİMDİ OKUDUĞUN
Son Ümid Yeri
Non-FictionHər şey bir iplik kimi bağlanmışdı bir-birinə. Sanki kiçik bir səhvlə söküləcəkdi bütün iplər ... Birdən-birə baş verdi hər şey , söküldü ipliyin bütün ipləri . Yanlız biri qalmışdı barmaqlarımın arasında , o ip də dilək ipi idi. Ən balaca və gücsüz...