İstanbulun səs-küyündən bezmişdim. Uşaqlığım və vətənim üçün darıxırdım. Bura ilk gələndə heç düşünməzdim ki Bakı üçün bu qədər darıxaram. Uşaq vaxtı hər şey insanın gözünə çəhrayı görsənir, təəssüf ki, bu çox çəkmir. Çox yorulmuşdum, ailə problemləri, dərs, iş... Yaşamaq çətindir. Saat axşamüstü 6 ərəfələri olardı. Evə yeni gəlmişdim. Anamın deyintisini eşidməmək üçün son sürətlə otağıma getdim. Gecə heç 1 dəqiqə belə olsun yatmamışdım, çox yuxum gəlirdi. Makiyajımı silib özümü isti suyun altına atdım. İsti su azda olsa məni rahatladıb problemləri düşünməkdən azad edərdi bəlkə. Su bədənimdən süzülərkən sanki düşüncələrdə onun ilə birlikdə axıb gedirdi. Duşdan çıxıb üstümə rahat geyim geyindim. Yatağıma uzandım və bütün günü nələr baş verdiyini düşünməyə başladım.
"Orxan bəsdir, 20 il keçdi və hələ də sən o qızın canından əl çəkmirsən. Nə istəyirsən axı nə?" deyə qışqıran anamın səsinə oyandım. Fikirləşə-fikirləşə yatıb qalmışam. Artıq bilirdim söhbət nədən və kimdən gedir. Əslində alışmışdım bir yandan. Eybi yox deyib keçirdim amma hara qədər? Sona qədər dözə biləcəyimə əmin belə deyildim. Yanlarına getdim və "yenə nə olub? nə istəyirsiz? bitmədi sizin bu nifrətiniz,kininiz? hə ata? bezmədin? qızınam mən sənin, qanından canından parçayam. Nə istəyirsən axı nə? yorğunam mən...yorğun...canım çox yorğundur..." deyib dolu gözlər ilə atama baxdım. Boş və kin dolu gözlərlə üzümə baxıb başını yana çevirdi, dərin nəfəs alıb çıxıb getdi. Anamla göz-gözə gəldik. Heç onun da baxışları atamınkından fərqlənmirdi. Qaçaraq otağıma getdim, saatlarla yatağımda oturub ağladım. Ağlamaqla nə isə düzəlirdi? əlbəttəki yox...Nə isə etməliydim, çünki belə ola bilməz və davamda edə bilməz. Saatlarla düşündüm, artıq gecə yarısı olmuşdu. Tam beynimdə oturda bilməsəmdə planımı qurmuşdum. Bu gün bu ölkə ilə, ailəmlə, özümü ən rahat hiss etdiyim yer olan otağımla və ən əsas problemlərlə sağollaşırdım. Kəpənək olub uçub gedəcəkdim. Amma bəlkə də daha da böyük problemlərin gəlməyinə yol açacaqdım. Bu arada Nil mən.
ŞİMDİ OKUDUĞUN
Uzaqlardan Yaxınlara
RomantikSizcə də qəribə deyil? Hər cür insan var, hər gün yüzlərlə görürük. Yarısı dünyanın problemini və dərdini yaşayan, yarısı xoşbəxt və öz ayaqları üzərində durmağı bacaran, qalanları isə ailəsi sayəsində həyatın yaxşı tərəfini görə bilən insanlardır...