Saat 05:32. Yığdığım bir miqdar pul ilə topladığım kiçik çantamı götürüb çıxdım. Hara gedəcəyimini və nə edəcəyimi çox yaxşı bilirdim. Taksiyə minib aeroportda düşdüm. Telefondan nömrəmi çıxarıb qırdım, bütün sosial şəbəkə hesablarımı evdən çıxmamış silmişdim. Qeydiyyat bölməsinə yaxınlaşıb bilet işini həll etdim. Hara gedəcəyimi yəqin ki artıq təxmin etdiniz. Fevral ayının başları olduğu üçün hava çox soyuq idi amma planlarımı fikirləşdikcə içim isinirdi. Bir kənarda oturub təyyarənin vaxtını gözləyirdim. 2 oturacaq kənarda bir oğlan oturdu. Mən insanlarla münasibət qurmağı çox sevməzdim amma bu başqa bir şey idi, heç özümdə anlamamışdım. Bir neçə saniyəlik göz-gözə gəldik. Qara səliqəli saçları, qarışıq saqqalı, səliqəli geyimi və iri qara çantası diqqətimi çəkdi. Nə isə deyib gözümü ondan çəkdim. Artıq vaxt gəlib çatmışdı, sağollaşmaq vaxtı idi. Pəncərədən illərimi keçirdiyim səs-küylü İstanbul səmasına baxdım. "Sağol İstanbul, sən mənə heç xoş günlər yaşatmadın. Bir daha görüşməmək ümidi ilə" cümlələrini içimdən keçirdim. Təyyarəyə minib yerimə oturdum. Şanslı günümdə idim çünki yanım boş idi və pəncərə kənarında idim. Saata baxdım saat 7 tamam idi.
Təyyarənin enməyinə dəqiqələr qalmışdı. Artıq Bakı səmasını görürdüm. Burada son dəfə 13 il əvvəl 7 yaşımda olmuşdum. Təyyarədən enib aeroportdandan çıxdım. Bakı çox dəyişmişdi. Dərin nəfəs alıb Küləklər şəhərinin havasını içimə çəkdim. İndi gəldik çətin məsələyə...necə yaşayacam? harada qalacam? nə yeyəcəm? nə içəcəm?... Bunları düşünə-düşünə bir kafe tapıb oturdum. Çay istəyib fikirləşməyə başladım. İlk iş nömrə almaq olacaqdı. Ağlıma anam gəldi, məni tapa bilməyib dəli olacaqdı bilirəm. Atam isə bir qıza sahib çıxa bilmirsən deyib anamın yaxasından yapışacaqdı...hamısını çox yaxşı bilirdim amma əlimdən heç nə gəlmir çünki məndə yaşamaq istəyirəm...insan kimi. Çayımı bitirib kafedən çıxdım. Nömrə satan kiçik bir telefon mağazası tapıb bu işidə həll etdim .İkinci iş ev tapmaq idi. Həmin telefon mağazasından buralarda kirayə ev varmı deyə soruşdum, buralarda yox amma 2-3məhəllə sonra var dedi. Yeriyərək ev axtarışına çıxdım və bir yandanda telefondakirayə evlər axtarırdım. Birinə gözüm ilişmişdi, pis görsənmirdi. Evin sahibinin nömrəsin götürüb zəng etdim və həmin evi görməyə getdim. pis ev deyildiamma səliqəyə salınmalı şeylər çox idi. Ən sevdiyim yanı hündür mərtəbədə olması idi, tam 14-cü mərtəbə. Çox ev axtarıb özümü yormaq istəmədim və ilk iki ayın kirayəsini verdim. Başladım evi təmizləməyə. Çox böyük ev deyildi, bir yataq otağı, zalı və mətbəxi bir olan otağı, hamam və tualeti var idi. Tez tələsik binadan çıxıb market tapdım. Azda olsa ev üçün bazarlıq etdim.
Saat axşam 19:40 idi. Anamı düşünürdüm, gözümdən damcı düşdü. Əlimdən tərsi ilə silib duşa girdim. Duşda bütün yorğunluğum çıxdı. Yatağıma uzandım və gözümü yumub sabahın necə keçəcəyini düşünməyə başladım.
07:00 da alarmın səsinə oyandım. Rahat geyinib yürüyüşə çıxmaq istədim. Hava soyuq idi. Qulaqcıqda "only love can hurt like this" səslənirdi. Bağımlıyam bu mahnıya, qadının səsi insanın duyğularına o qədər təsir edirki... Yolun kənarında bir neçə pişik var idi, yanlarına gedib sığallamağa başladım. Onlarda kimsəsiz idi, analarından uzaq idi bəlkə də. Marketdən biraz yemək alıb onlara verdim sonra yenidən yoluma davam etdim. Saat 9 tamam idi ki evə girdim. Dəhşət ac idim. Mətbəxə keçib kiçik bir səhər yeməyi hazırladım. Yeməyimi bitirdikdən sonra planımın davamını hazırlamağa keçdim. Okay gəldim, azda olsa pulum var bəs hara qədər? Axır əvvəl bitəcək bu pul. Mən İstanbulda ekonomi oxumuşdum amma burda orda öyrəndiklərimlə necə işləyərəm heç bir fikrim yoxdur. Googleda iş elanlarına baxdım, çoxda iç açıcı görsənmirdilər. Biri gözümə sataşdı amma çox qəribə şərtləri var idi. Bir neçəsinin nömrəsini götürüb başladım yığıb görüş təyin etməyə.
2həftə sonra
Axşam idi. İşdən çıxıb evə doğru gedirdim. Ac və yuxusuz idim. Bu arada az maaşlıda olsa iş tapmışdım bir şirkətin qeydiyyat bölməsində. Nəhayət evə çatmışdım, biraz atışdırıb yatağımda oturdum. Ailəmi fikirləşirdim yəni əvvəllər olan ailəmi. Görəsən nə edirdilər? gedişimdən 2 həftədən çox keçmişdi. Fuad necə idi? anam necə idi? Güya atam olan şəxs necə idi? Suallar beynimi yeyirdi.
Səhər qapımın dəli kimi döyülməyinə oyandım. Kim olduğu haqqda heç bir fikrim yox idi. Yavaş və yuxulu şəkildə yataqdan qalxıb qapıya baxmağa getdim. Qapımı açmağımla şok keçirtməyim bir oldu...
ŞİMDİ OKUDUĞUN
Uzaqlardan Yaxınlara
RomanceSizcə də qəribə deyil? Hər cür insan var, hər gün yüzlərlə görürük. Yarısı dünyanın problemini və dərdini yaşayan, yarısı xoşbəxt və öz ayaqları üzərində durmağı bacaran, qalanları isə ailəsi sayəsində həyatın yaxşı tərəfini görə bilən insanlardır...