Ayazın dilindən:
Bakıya qayıtmağa məcbur idim. Hər şey üst-üstə gəlirdi. İş o qədər çox və yorucu idiki, artıq bilmirdim nə edim. Şirkətimin Türkiyədə olan hissələrini satıb Bakıya qayıtdım, bəlkə burada nəyisə düzəldə bilərdim. Hava limanına gəlmişdim, təyyarənin vaxtını gözləyirdim. 1 oturacaq kənarda bir qız oturmuşdu. Sarı uzun saçları var idi sanki qızıl rəngində, gözəlliyi ilə gözlərindəki yorğunluğu gizlədirdi sanki. Yəqin ki, bu üzü heç vaxt unutmazdım. Qəfil onun da gözləri mənə ilişdi, sonra çəkib yenidən pəncərədən baxmağa başladı. Təyyarənin vaxtı gəlmişdi. Yəqinki bir neçə saata Bakıda olardım.Artıq Bakıda idim. Heç darıxmamışdım bura üçün amma nəyinsə yaxşı olacağına inanırdım. İşləri yoluna qoymağa çalışacaqdım. Burada evim var idi ailəmdən qalan. Ora getdim. Əşyalarımı yerləşdirib dincəldim. Duş alıb çıxdım, ac deyildim. İstanbuldan gətirdiyim sənədləri və bir miqdar pulu kassaya qoydum. Səhər şirkətə gedəcəkdim buna görə tez yatmalı idim. İllərdi getmirdim, məni nəyin qarşılayacağını bilmirdim.
Maşını şirkətin qarşısında saxlayıb düşdüm. İçəri girən kimi bütün gözlər üzərimdə idi. Hər kəs gülər üzlə xoşgəldiniz deyirdi. Daimi olaraq əlaqədə qaldığım işçilər, özünə varlı ər axtarmağa çalışan katibələr, işləməkdən saçlarını daramağa belə vaxtları olmayan insanlar...hamısı üzümə baxıb gülürdü. Qoyub getdiyim kimi idi bura. Hər kəsi salamlayıb öz ofisimə getdim. İllər sonra burada olmaq çox qəribə hiss idi. Ayxan girdi içəri. Mən olmadığım müddətdə yerimə buranı idarə edən dostum idi o. Qucaqlaşıb görüşdük. "Qardaşım xoşgəldin" dedi. Xoş gördüm deyə cavab verdim. Üz-üzə əyləşib söhbət etməyə başladıq. Bu müddətdə şirkətdə olan hər şeyi bilirdim, hər gün yazıb danışırdı. Yenə də birdə üzərindən keçdi əsas məsələlərin. Çox güvənirdim ona, qardaşım dediyim tək insan idi.
Uzun müddət keçmişdi. Şirkətdə hər şeyi yoluna qoymuşdum həmçinin həyatımdada. Sakit-səssiz yoluma davam edirdim. Səhər evdən işə getmək üçün çıxdım, həddən artıq maşın var idi. İçəri girdim. Qeydiyyat bölməsindəki işçi qız yeni bir işçi gəldiyini,Ayxanın bu gün olmayacağını, mənim maraqlanacağımı dedi. Yaxşı deyib liftə mindim. Yuxarı qalxıb otağa girdim. Başımı qaldıranda şoka düşmüşdüm. Uzun sarı saçları, gözləri...tanış idi. Bu o idi, həyatımda heç vaxt üzünü unuda bilməyəcəyim o qız. Tanıdığımı bəlli etməməyə çalışdım çünki deyəsən o xatırlamırdı. "Siz idiniz işə müraciət edən" deyə soruşdum. "Bəli bəli mənəm" deyib başını yellədi. Əyləşib özünü tanıtmağını istədim. "Adım Nil, 20 yaşım var, Economy sahəsini bitirmişəm, ingilis və alman dilini səlis, rus və ispan dilini qismən bilirəm, Bakıya bir ay var gəlmişəm, bu işi mənə Kənan məsləhət gördü" dedi.... " Deməli Nil, mən Ayaz, şirkətin ciosu. İşə qəbul olundun Aden. Nəsə bir problem olanda Ayxan bəyə ya da mənə yaxınlaşa bilərsən" dedim. Sevinci gözlərindən bəlli idi amma sakitcə çox sağolun deyib ayağa qalxdı. "Mən sabahdan başlayım işə ya bu gündən?" deyə sual verdi. "Sabahdan başla, mail vasitəsi ilə sizə bütün lazımı məlumatlar göndəriləcək Nil" deyə cavabladım. Sağollaşıb çıxdı. Ətiri...saçları... Nə olmuşdu mənə? Nələr olurdu? Mən bu hissləri keçirməyəli illər olmuşdu.
4 il əvvəl sevirdim birini, adı Leyla idi. Çox sevirdik bir-birimizi ya da mən elə düşünürdüm. Leyla birdən birə ayrıldı çıxıb getdi. Heç bir səbəb, söz demədən qəfil çıxıb getdi. Ondan sonra kiməsə nə güvənə nə də sevə bildim. Nə isə deyib çıxdım otaqdan, ofisimə girib yarım qalan işləri həll etməyə başladım.
Adenin dilindən:
Yuxu kimi idi hər şey. Otaqdan çıxdım amma hələ də özümə gələ bilmirdim. Sanki yuxuda idim amma ayıla bilmirdim. İçimdə kəpənəklər uçuşurmuş kimi hiss edirdim. Kənanın ofisinə getdim. Məni görəndə " Sən niyə ağarıb bozarmısan? Nə oldu? Qəbul olunmadın?" deyə sual verdi. "Yox, qəbul olundum. Sevincdəndi yəqin" deyərək mənasız cavab verdim. Kənan ilə sağollaşıb evimə getdim. Evə girib su içdim ki bəlkə özümə gələ bilim. Hələ də inana bilmirdim, haradan hara...Bu insan inanmazdım birdən qarşıma çıxsın amma həyat qəribədir, dünyada balaca. İstanbulda bir dəfə sevdiyim insan olmuşdu, onunda sonu aldadılmağımla bitmişdi. Ondan sonra məndə nə sevgi qalıb nə də güvən. Paltarlarımı dəyişib özümü duşa atdım. Duşdan sonra divanda oturub tv izləməyə başladım. Birdən telefonuma zəng gəldi, gizli nömrə idi. İlk açmağda tərəddüd etdim çünki bu nömrəmi çox az adam bilirdi. Nə isə deyib açdım. Alo, alo dedim cavab verən olmadı. Məndə zəngi söndürüb kənara qoydum telefonu. 5-10 dəqiqə sonra yenidən zəng gəldi. "Alo, kimsiz siz?" deyə qışqırdım. Yenə səssizlik...yenidən söndürdüm zəngi. Kim ola bilərdi axı, kim niyə mənə gizli nömrə ilə yığsın deyə fikirləşməkdən başım partlayırdı.Səhər açıldı, işimin ilk günü idi. Alarmın irgənc səsinə oyandım, söndürüb duşa girdim. Biraz makiyaj və sadə geyim geyinib mətbəxə girdim. Canım heç nə yemək istəmirdi, su içib çıxdım. Kənana yığdım, yolda olduğumu dedim. O da 1 saata işdə olacaqdı. Çatmışdım artıq. İçəri girib qeydiyyat bölməsinə yaxınlaşdım, yeni işçi olduğumu və ad soyadımı dedim. 13-cü mərtəbəyə qalxacağımı dedi və liftə doğru getməyə başladım. Mindim və 13-ü basdım. Lift birdən 7 də dayandı, açılanda onun ilə göz-gözə gəldim. İkimizdə gülər üzlə salamlaşdıq. İçimdəki kəpənəklər yenə uçuşmağa başladı. İçimdən "Aden bəsdir, özünə gəl" deyə səslər gəlirdi. İkimizdə eyni mərtəbədə düşdük. Sağollaşıb ofisimə girdim. Bura çox böyük idi. Həyatımda heç belə göstərişli bir yerdə işləməmişdim. Çantamı qoyub əyləşdim. Kompüteri açıb mailimə göndərilən işlərə göz atıb maraqlanmağa başladım.
Ayazın dilindən:
Liftin açılmağı ilə göz-gözə gəlmişdik onun ilə. Onu görəndə bütün əsəbim, sinirim getmişdi. Gülərüzü ilə salam vermişdi mənə. Məndə gülərüz ilə qarşılıq vermişdim. İkimizdə eyni mərtəbədə düşmüşdük. Sağollaşıb getdi. Gedərkən ona tərəf əsən xəfif rüzgar ilə sarı saçlarındakı o təmiz, vanilli qoxunu hiss etdim. Bir insan necə belə qoxa bilərdi? Cənnət kimi idi, heç bir qadına bir parfüm bu qədər yaraşa bilməzdi. Bu düşüncələrdən çıxmağa çalışaraq işimin başına keçdim. Murad girdi içəri, çox xırda işlərimi o görərdi. "Ayaz bəy, axtardım tapdım onun haqqında. Bakıya yeni gəlib, bir neçə ay olar. Ailəsi İstanbuldadır. Eşitdiyimə görə atası normal adam deyil. Narkotik satışı, insan alveri və s. bunlar kimi çox şey var. Anası normal sıradan insandır. Atasından hamısı çox çəkibmiş ən çoxda o. Bakıya gizli qaçıb gəlib. Hər kəs orada onu axtarır. Atası tapsa əgər öldürəcəyini deyib. Qardaşı var, özündən 5 yaş balaca, bu qədər." Əsəbdən səsim güclə çıxırdı. Murada çıxmağını deyib ayağa qalxdım. Otaqdan dəli kimi bir ora bir bura gəzirdim. Necə ola bilərdi axı, bu cür qıza niyə bu qədər zülm veriblər ki qaçıb ölkə dəyişib. Atasının əməlləri daha da betər. O qız hal hazırda sadəcə öz ayaqları üstündə zorlada olsa dayanmağa çalışır. İçimdə əsəb, kin, hüzün...hər şey var idi. Mən niyə bu qədər maraqlanırdım onla axı? Niyə?
ŞİMDİ OKUDUĞUN
Uzaqlardan Yaxınlara
RomanceSizcə də qəribə deyil? Hər cür insan var, hər gün yüzlərlə görürük. Yarısı dünyanın problemini və dərdini yaşayan, yarısı xoşbəxt və öz ayaqları üzərində durmağı bacaran, qalanları isə ailəsi sayəsində həyatın yaxşı tərəfini görə bilən insanlardır...