O səhər gecənin kədərli qaranlığının arxasından gələn və işığı ilə sanki hüznü silə biləcəyini vəd edən yalançı bir günəşlə birlikdə açılmışdı. Günəş bəlkə də kainatın ən böyük saxtakarı olmaq şərəfinə sahibdir. Kainatın kiçik bir küncündə heç bir ulduzun edə bilmədiyini edib, həyat yaratdığı üçün bizim ona minnətdar olmağımızı gözləyir. Amma, günəş üçün şəxslərin varlığı bir istilik təşkil etmir. Kimlər yaşayır, kimlər ölür, kimlər öldü? O gün də bəlkə də günəşin yoxluğundan istifadə edərək gecə bir həyatı almışdı. Bir gənc az öncə yaşayarkən az öncə ölmüşdü. Son dəfə gözlərini açmış və son dəfə də gözlərini bağlamışdı. Gənc bir elm adamı.
Səhər açılanda bu xəbər bütün ölkəyə yayılmışdı. Hər kəsin yaxşı tanıdığı və bu kədərli hadisədən sonra sosial şəbəkələrin bir müddət əsas mövzusu olan bu insan qısa zamanda da unudulmuşdu. Ruhan Muradsoy. Amma hər zaman unudulmuşluq pərdəsini aralayıb, unudulmuşlar cərgəsinə boyun uzadan kimsə çıxır. Məhz, onlar bu insanları bizə xatırladır və bəlkə də onların görünməyən tərəfini bizə göstərməyə başlayır. Beləcə, sonun bitdiyi yerdə yeni bir başlanğıc başlayır
YOU ARE READING
Ölüm sonrası düşüncələr
Mystery / ThrillerKeçmişdən gələn səslər özü ilə nələr gətirər?