Keçmiş bölümlərdən xatırlatma
- Onu təzə tanıdığım dövrlərdə ən böyük məqsədinin nə olduğunu soruşmuşdum. O da mənə bilirsiniz, nə demişdi? Mən dünyanı dəyişəcəm.
- Dəyişdi də - dözməyən Aida yenə dilləndi. Amma bu dəfə özünü göstərmək üçün yox, səmimiyyətlə, içindən gələn güclü həqiqəti hayqırmaq istəyi ilə dünyaya pıçıldamışdı.
- Dəyişdi də - Amil müəllim təkrarladı
***
Amil Nəzərov, unutdun.
- Nəyi unutdum?
- Ruhanı. Ona verdiyin sözü. Onun yolunu və onun dediklərini - qalın kişi səsi sərt səs tonu ilə danışırdı.
- Unutmadım. Böyük adam oldum. Ruhanın dünyasına sahib çıxdım.
***
- Sən Ruhanın dünyamızı məhv etdiyini düşünürsən?
- Əlbəttə, bizə önəmsizlik və saxtakarlıq dünyası miras qoyub.
- Nə demək istəyirsən?
- Yalan bir dünyada yaşadığımızı - İlkinin emosiyalarının tonu ilə səsi də qalxdı - o eqoist, narsist hamımızı bir qəfəsin içinə atdı.
***
Amil Nəzərov anladığı həqiqətin dəhşəti ilə gözlərini yumaraq arxaya söykəndi. Həqiqət heç vaxt bu qədər dəhşətli olmamışdı. Qulaqlarında illər öncə Ruhan Muradsoyun televiziyadan eşitdiyi cümləsi səsləndi:
- Artıq heç kim birdəfəlik ölməyəcək.İNDİ YA DA İLLƏR ÖNCƏ
Həyatın özü bəşərə təqdim etdiyi əzab və həzlərlə dolu girdabı dünyanın ən böyük yalan illuziyasına çevirərək ona ölümü unutdurur. Bir sonun ola biləcəyi fikrinin praktiki realistikasından uzaqlaşan hər bir insan özünü ümid adlanan narkotikin asılısına çevirərək sonun ondan çox uzaq olacağına inanır. Bütün inanclar kimi bu xülya da əslində insanın reallıqdan qaçışı və içində təhlükələri gizlədən gözəl görkəmli Pandorasıdır. Hər kəs gözlərinə örtdüyü bu irrasionallıq pərdəsi ilə o qədər adiləşməyə razı olur ki, kainatın əşrəfi olmağa potensiallı varlıq sosial şəbəkə fenomeni olmaq üçün hər cür rəzil təlxəkliyi etməyi özünə rəva bilir. Bir şiri əlləri ilə boğan kişilərin nəslinin davamçıları özünü alçaldıb yerin dibinə qərq edənə qədər ulu nənəsi böyük qəbilənin ən böyük işıq qaynağını qorumaq olan, amma indi sadəcə qadın bədəninə sahib olduğu üçün layiq olmadığı bütün xoşbəxtlikləri əziyyət çəkmədən qazanmaq istəyən bir varlığın arxasınca sürünür. Modern dövr əslində dəyər kimi təqdim edilsə də sadəcə müştəri sayının artması üçün ortaya buraxılan " qadın və kişi bərabərdir" şüarına qarşı çıxanlara acıq üçün qadınların siqaret çəkib, içki içdiyi və bunu azadlıq simvolu sayaraq kapitalist şirkətlərə finansal dəstək edənlərlə dolu bir zamandır. İnsanların azadlığı və mənəvi dəyərləri artıq kapitalizmin icazə verdiyi qədərdir. Var olan gözəllik standartları, azadlıq konsepti, həyatın mənası ilə bağlı fikirlər, motivasiya videoları, yaradılan bütün hüquq anlayışları, müasir sevgi və onun sekslə birləşməsi, nəyi təbliğ etməsindən asılı olmayaraq filmlər, seriallar, musiqilər və kitablar, cibimizdə gəzdirdiyimiz cihazlarla hər günün bütün saatlarında evimizə və yanımıza buraxdığımız minlərlə insan və onların əlindən tək qala bilmədiyimiz üçün düşüncələrimizdən uzaqlaşan, özümüzdən başqa heç kim üçün darıxmayan biz. Bütün bunlar kapitalizmə xidmət edərək insanları bir qrup zombiyə çevirir. Qlobal quldarlıq dövründə yaşayaraq bu zaman diliminə modernlik deyən insanlar artıq öz təbiətini göstərən hər kəsə mədəniyyətsiz və eqoist etiketlərini yapışdırır. Mədəniyyət və azadlıq modern dövrdə insanın özünə xəyanət etməsidir. Və insan hər zaman xəyanəti çox sevib. Yaşanılanlar postmodernist bir stressdi. Bütün bunları görmək, anlamaq və hiss etmək insanı elə çarəsiz, qopmuş və tənha edir ki, bu qədər mənasız bir dünyada hər şeyə romantik məna yükləyən insanların arasında yaşamaq bu əbləh matriksin pərdəsini aralayıb reallığı görən insan üçün qarşısı alınmaz əzaba çevrilir.
YOU ARE READING
Ölüm sonrası düşüncələr
Mystère / ThrillerKeçmişdən gələn səslər özü ilə nələr gətirər?