Epiloq əvəzinə

23 2 6
                                    

Bununla birlikdə ruhların sizin önünüzdə səcdə etməsinə sevinməyin, adınızın göylərdə yazılmış olduğuna sevinin.
İncil, Luka 10-20

Onun günahkar olub-olmadığını bilmirəm. Bildiyim bir şey var. Kor idim, amma indi görürəm.
İncil, Yuhanna 9-25

Bu sətirləri oxumaya bilərsiniz, çünki kitab bitib və Ruhanın hekayəsi tragedik bir xoşbəxtliklə başa çatıb. Amma hekayəsinin görkəmi üçün yaratdığı dünyanın həqiqətlərinə göz yummaq yəqin ki, heç bir yazıçının bacarmadığı bir şeydir. Son zamanlarda yaşadığı hadisələrdən dolayı demək olar ki, şəhərdəki hər kəsin adını eşitdiyi psixoloq Fərqan bir axşam getdiyi bir toydan çıxıb küçənin tənhalığına atılanda telefonuna zəng gəldi.
- Alo, Fərqan bəy necəsiniz?
- Çox sağolun, siz necəsiniz?
- Şükür Allahın böyüklüyünə. Fərqan bəy, sizə bir işim düşüb. Burda bizim bir pasiyent var. Onunla bağlı yaman çətinə düşmüşük. Problemin nə olduğunu heç cür tapa bilmirik.
- Narahat olmayın, mən taparam.

Pasiyent 36 yaşında bir elm adamı idi. Almaniyada böyük bir institutda çalışırdı. Elədiyi elmi kəşflər hər kəsin diqqətini çəkməyi bacarmışdı. Amma aylar öncə birdən-birə sayıqlamağa və yaddaş pozuntusu yaşamağa başlamışdı. Bu simptomlar başlayarkən Avropanın ən yüksək keyfiyyətli xəstəxanalarında olmayıb, Azərbaycanda olması da başqa bir tərslik idi. Həkimlər bütün bunlara nəyin səbəb olduğunu aydınlaşdırmamış xəstə səbəbsiz yerə komaya düşmüşdü. Yaxınları tərəfindən həkimlərə xəstənin gündəliyi və şəxsi diktafonunu yazdığı səs qeydləri təqdim edilmişdi. Həkimlər bunları gözdən keçirən kimi için içində psixoloji faktorların olduğunu anlamışdılar və Fərqan Kərimli məhz o vaxt yada düşmüşdü.
Fərqan bir müddət əvvəl əlindən alınan psixoloq lisenziyasının yenidən verilməsinin həvəsi ilə qollarını çırbalayıb özünü işə vermişdi. Özünü tamamilə işinə həsr etmək onun hər zaman yaxşı bacardığı bir şey olmuşdur. Xəstəyə aid bütün yazıları oxuduqdan və səs qeydlərini dinlədikdən sonra məsələni iç üzü ona agah olmuşdu.
Ruhan Muradsoy. Yetim və dahi. Özünü heç vaxt doğru ifadə etmədiyini düşünür və boğazına sarılmış tənhalığın qara pəncələrindən qurtulmağın mümkün olmadığı fikrini müdafiə edirdi. Hiss etdiyi təklik və sevgisizlik o qədər böyük idi ki, Ruhanın beyni artıq bu reallığa dözmək istəməyərək özünü söndürmüşdü. Tənhalığın ən böyük təhlükəsi insanı öz zehninin içindəki dünyada yaşadaraq, ən böyük xoşbəxtliyi orda tapmağa məhkum edir. Kifayət qədər tənha qalan bir insan tənhalığı artıq çıxara bilmədiyi bir paltar kimi geyinməyə başlayır. Tənhalıqla bütöv vücud olmuş şəxslər artıq təsəllini sadəcə xarici dünyadan ayrılaraq, zehinlərində yaşamaqda görürlər. Ruhanın beyni də bunu edirdi. Və Fərqan o beyinin içində nələrin baş verdiyini təxmin edə bilirdi. Ruhan öz yaratdığı dünyada sevdiyi insanla yaşayır. Heç vaxt qovuşmadığı, qovuşulmayan sevgi ilə. Amma qoy olsun. Fərqan Ruhanın çarpayısının önündə duraraq, onun ölmüş bədən kimi solan vücuduna baxır və fikirləşirdi ki, bəlkə də onu sağaltmamaq ona ediləcək ən böyük yaxşılıq olacaq. Bəlkə də, icazə vermək lazımdır ki, Ruhan Muradsoy öz ölüm sonrası düşüncələrində yaşasın.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 21, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Ölüm sonrası düşüncələr Where stories live. Discover now