🌠 Ü Ç

157 37 166
                                    

🪐...🤎

Chucky: Sabahın xeyir. (13:13)

Xalxınuşağı: ahhahahshahshshs (13:21)

Xalxınuşağı: Sabah? Sən saatlarını itirmisən dostum. (13:21)

Xalxınuşağı: Gecə yemək yeyirsən, günortaya sabah deyirsən. (13:21)

Xalxınuşağı: Sağlamlığının canına oxuyursan qısacası. (13:21)

Xalxınuşağı: Nəysə. (13:21)

Xalxınuşağı: Gələk o suala. (13:22)

Xalxınuşağı: Kimsən? (13:22)

Chucky: Hmm, kiməm? (13:33)

-Əzizə! Ay Əzizəəə!

Əsəblə yanaqlarımı şişirdim. İmkan verməzdi də beş dəqiqə oturaq!

-Nə var ay mama?

-Canına azar var! Heç demirsən beş saatdı bu arvad hardadır? Ölümü, qalıbmı? Neynirsən e soruşub, nəynizə lazımam?

Yerimdən qalxıb anama sarı getdim. Həmişə ki halları idi deyə alışmışdım.

Neynək? Axı bircə dənə anam var?

"Camaatın min dənə anası var axı."

Kəs səsini heç nəyə yaramayan iç səs!

-Yaltaqlanma. - deyib anam yüngülvari itələdi məni.

-Nolub, yenə niyə əsəbisən?

-Əsəbi olmayım neyləyim mən!- Gözünün üstünə düşən saçları əli ilə geriyə yığdı. -Baş açmıram sizdən, əsas da səndən! Nə tapıbsan o telefonda? Dur bir işimə kömək elə!

-Ey ay mama, nə vaxt dedin?

Anam üzümə 'səndən adam olmaz' nəzərləriylə baxıb:

-Gərək mən deyəm?! Özün düşünə bilmirsən?- dedi.

-Mama, münəcciməm mən? Hardan bilim axı sən iş görürsən, nə bilim mən?

Dediklərimə cavab vermədən az öncə söylədiklərinə əlavə etdi:

-Düşünmə! Düşünüb eləmə, nəyinə lazımdı? Nökərəm sizin qabağında mən!

Yenə eyni mövzu..
Yenə həmin şeylər.
Ey ay mama, ey..

-Di yaxşı, bəsdir. De görüm neynəmək lazımdı?

-Paltarları sər, evi süpür. Mən də yemək bişirirəm.- Şkafdan bıçağı götürüb ləyənin içinə qoydu. Sonra gözlərini yenə mənə dikdi.

-Dediklərimi eliyəndən sonra gedib çörək alarsan.

-Eyy!- deyə mızıldadım, -Olmadı ki bu! Ayxana, ya da Almaza de də! Gərək həmişə mən gedim? Nə idi günahım?

"Evin balacası olmaq."

-Əzizə Allaha and olsun durub səni ayağımın altına alacam. Dur də!

Bərkdən ofuldayıb paltaryuyan maşının ağzını açıb paltarları səbətə doldurdum. İndi ki ünvanım balkon idi; Paltarları sərmək üçün.

Bir gözüm sərgidə, bir gözüm də üst mərtəbəki balkonda ola-ola bir təhər paltarları sərdim. Başda otağım olmaqla evə süpürgə çəkib, rahatlıqla divana yayılmışdım ki anam başımın üstünü cəllad misalı kimi kəsib çatıq qaşlarla məni izləyirdi.

-Gedirəm! Yaxşı!

Divandan ölü misalı tək qalxıb, ayaqlarımı sürüyə-sürüyə pul götürdüm, başmaqlardan birini ayağıma keçirdim. Bərbad gündəydim.

Böyük təəsüflər olsun ki bina evinin dördüncü mərtəbəsində qalırdıq və mənim pilləkənləri sürünə-sürünə düşməyim lazım idi. Lənətə gələsən!

Nəhayət bir ömür əzab kimi görünən o pillələri düşüb marketin yolunu tutdum. Tam da binanın yanını dönəcəyim sırada, içimdəki səs "yuxarı bax" deyə fısıldadı.
Onun sözündən çıxmayıb dediyini etdim. O idi, balkonda oturub bir əlində stəkanı ilə (böyük ehtimal çay içirdi) mənə baxırdı. Ona baxdığımı görəcək mənə əl salladı.

Eyni şəkildə ona qarşılıq verib yoluma davam etdim. Gözündən uzaqlaşandan sonra cibimə tıxışdırdığım telefonu alıb telegrama girdim.

Chucky: Gəl yenidən tanış olaq. (15:03)

Chucky: Salam, mən Chucky, sənin əbədi dostun. (15:03)

Chucky: Oyun oynayaq? (15:04)

***

Oylamağı və şərh yazmağı unutmayın!
Sizi sevirəm<3

Sənin Əbədi Dostun Hikayelerin yaşadığı yer. Şimdi keşfedin