O günün üstündən nə az, nə çox bir həftə keçmişdi. Sərin havalar getmiş, insanı canından bezdirən istilər gəlmişdi. Yay fəslini sevmədiyim, hətta nifrət etdiyim doğru idi. Mənə dondurucu soyuq lazım idi.
Ayaqlarımı stola uzatmış, qulaqcıqlarımla musiqi keyfi yaşayırdım. Bir də, kitab var idi qucağımda, ancaq qapağını aça bilməyəcək qədər yorğun hiss edirdim özümü. Düzdür, kitab oxumaq insanı yormazdı, amma yuxum gəldiyindən gözlərimin bir neçə sətir oxuya biləcəyindən əmin deyildim.
İşə gələndən bəri bütün rəflərin tozunu almış, kitabları yenidən və sırayla yığmışdım. Bunu, Xanım xanım istəmişdi. Bilirəm, bilirəm qəribə səslənir, amma mən ona belə deyirdim, Xanım xanım.
Yay olanda, yaşadığım məhəllənin girişində olan kitabxanada işləyirdim, vaxtımı keçirmək üçün.
"Tək vaxtını keçirmək üçün?"
Ihmm, yaxşı, yaxşı tək vaxt keçirmək üçün yox, eyni zamanda evdəkilərin məzəmmətindən, anamın və atamın ardı arası kəsilməyən tapşırdıqları işlərindən qurtulmaq üçün də işləmək bəhanəsinə sığınmışdım.
Düzdü, burda da işləyirdim, amma kitabların dili yox idi ki, sənə nəsə deyələr. Həm onlarla məşğul olmaq mənə sadəcə zövq verirdi, həm də, kitablardan başqa insanı nə daha yaxşı anlaya bilərdi ki?Xanım xanım isə buranın sahibi idi. 38 yaşı var idi, buna rəğmən hələ də çox gözəl idi. Heç vaxt qısa görmədiyim, upuzun saçları var idi, simasına baxan deyərdi ki, bəlkə də 25 yaşı var. Bu səbəbdən ona Xanım xanım deyirdim və bu, onun özünündə xoşuna gəlirdi.
Yay aylarında Xanım xanım çox zaman rayona, ailəsinin (ana və atasının) yanına gedər, buranı bizə tapşırardı. Mənə və iş yoldaşım olan Elvinə.
Normalda sabahdan saat dördə kimi mən baxardım kitabxanaya, sonra da Elvin gələrdi.
Elvin deyəndə isə ağlıma gələn tək cümlə, ondan zəhləmin getməsi idi. Varlı bir ailənin ərkəsöyün və əzizlənən uşağı idi, özündən razı biraz da narsist.
"Elə ölməz, raket at."
İç səsimin belə deməyinə baxmayın o da bilir ki mən haqlıyam.
Mənə maraqlı olan, niyə işləməsi idi açığı. Xanım xanımdan soruşmuşdum və ailəsi cəza verib demişdi. "Nə etmiş ola bilərki?" deyə maraqlansam da, kitabların kiminsə üçün cəza ola biləcəyi fikri məni iyrəndirmişdi, onu sevmıməyimin ən başlıca səbəbi bu idi.
Dərindən nəfəs alıb qulaqlıqlarımı kənara atdım, telefonum enerjisi yerlərdə sürünürdü və mən ağıllı adapteri evdə qoymuşdum.
Günorta yandırıcı istiyə görə bağladığım pərdəni açıb, günəşin şüalarını qarşıladım. İstiyi sevməsəm belə, günəş altında olmaqdan, həmçinin günəşin şüalarını üzərimdə hiss etməkdən çox çox xoşum gəlirdi.
Birdən tanış bir musiqi səsi eşidəndə dodaqlarımı büzüb, hardan eşitdiyimi xatırlamağa çalışdım.
Teninin üzerinden kayan bi buzdur
Uzak bakışlarımHmm..yaman tanış gəlir, amma mən türk musiqilərinə qulaq asmırdım ki?
Hiç izlememiş olsaydım bu filmi
Canımı acıtırdıMusiqi yenə anidən kəsiləndə, sözləri yadımda saxlayaraq evə gedəndə axtarış etmək qərarına gəldim.
Onsuzda son sözlər yaddaşıma yazılmışdı. Eşq acısından falan bəhs edirdi bu? O zaman salla beybi! Pargalı İbrahim paşanı xatırlayıram uyğunsuz olsa da, "ne aşkı be!" İndi ciddən, nə eşqi? İddiasına varam ki, ayağımızın balaca barmağını harasa (daha çox stolların ayağı) çırpanda daha çox incidir, nə eşq acısı.
ŞİMDİ OKUDUĞUN
Sənin Əbədi Dostun
Romance{İçinizi isidəcək şipşirin bir dostluq hekayəsi} 🪐 Qəlbim sanki onun ovuclarında sıxılıb, əzilirmiş kimi hiss edirdim, amma mən buna artıq alışmışdım. Mən onun dostu idim. Nə olursa olsun, sadəcə onun dostu olaraq da qalacaqdım. Eynən onun ded...