Xəyallarımız əlimizdən gedərkən, biz sadəcə kənardan izləyirdik. Edə biləcəyimiz heç bir şey yox imiş kimi ümidimizi həyatdan üzürdük. Çarəsiz idik sanki. Başqa yol yox idi sanki.
Lakin hər zaman başqa çıxış yolu var idi. Yox idisə də onu özümüz yaratmalı idik.
Yaxşı yadımda idi. Çarəsiz kimi hiss etdiyim o vaxt, dünənki kimi anbaan yadımda idi. O vəziyyətdən çıxsam belə, hər zaman xatırlayırdım.
4 il bundan öncə idi. Üniversitet imtahanı cavabları çıxarkən. Oxumağa çox həvəsim yox idi əslində. Amma çox çalışmışdım. Əlimdən gələni etmişdim üniversitetə daxil olmaq üçün. Amma olmamışdı. Bacara bilməmişdim. Ailəm mənim üçün o qədər əziyyət çəkmişkən mən, heç nə bacarmamışdım.
İmtahanda keçirdiyim stress, qorxu və ağıla belə gəlməyəcək ehtimallar incitmişdi məni. İndi isə xatırladıqca həm özümə əsəbləşir, həmdə gülməyim tuturdu. Nədən qorxurdum axı? Çoxmu qorxulu idi bu imtahan deyilən şey?
Deyildi əlbəttə. Düşündükcə anlayırdım, imtahan qorxumuzu ətrafımızdakı insanlar yaratmışdı.
"Üniversitetə qəbul ol, sonra"
"Get dərs oxu, kəsiləcəksən yoxsa."
"Oxumasan süpürgəçi olacaqsan"
Və bunun kimi minlərlə cümlələr. Hamısı uşaqlıqda beynimizə yeridilmişdi.
İnsanlar bunu anlamalıydı, ali təhsil hər şey deyildi. Üniversitetə daxil olunmasa ölünmürdü.
Bəlkə onda azalardı uşaqların canına qıyması. Bəlkə onda azalardı bu lazımsız imtahan qorxusu.
Köks ötürdüm.
17 yaşımdaydım. İmtahandan kəsilmişdim deyə elə bilirdim ki həyat biletimdə kəsilib. Ailəmin əziyyətini əlində, ümidlərini gözlərində qoymuşdum. Öz fikrimcə artıq həyatım bitmişdi. Yaşamağımın da mənası yox idi.
Cavabları öyrənən kimi özümü evdən çölə atmışdım. Bacarıqsızlığımdan qaçmağa çalışırdım sanki. Eyni zamanda özümdəndə. Özümdəndə, qaçırdım mən.
Məhəlləmizdəki tərk edilmiş binaya gəlmişdim. Ayaqlarım məni buraya gətirmişdi. Bilmirdim, bəlkə də öz istəyimlə gəlmişdim. Çünki o an sadəcə ölmək istəyirdim. Sabahı düşünməyəcək qədər gözüm kor olmuşdu sanki. Yüksək binadan özümü aşağı atmaq üçün də çox cəsarətli hiss edirdim. Qəribə idi ki, heç vaxt cəsarətli biri olmamışdım.
O an dünyaya hər kəsdən xəbərsiz əlvida deyəcəkkən, onunla qarşılaşmışdım. Tamda ümidimi kəsmişkən rastlamışdım mən ona. O ana kimi sadəcə uşaqlıq dostum idi Sərxan. O andan sonra isə, məni həyata bağlayan ümidim olmuşdu. O andan sonra heç vaxt dost kimi görməmişdim onu. Özümü günahkar görsəmdə hər şeydə, öhdəsindən gələ bilmirdim. Ona deyə bilməyəcək qədər də cəsarətsiz idim. Binadan özümü ata bilərdim bəlkə də o ankı cəsarətlə, indi isə o cəsarətim yox olmuş, yerini peşmanlığa buraxmışdı. Ona qarşı hiss etdiyim duyğular gün keçdikcə məni içimdən öldürürdü. Axı o mənim ümidim idi..
Mənə hər şeyin ali təhsil olmadığını Sərxan öyrətmişdi. Yenidən həyata qayıtmağı da. Ətrafla səmimi olmağı da o öyrətmişdi.
Mən şanslı idim, çünki onun kimi bir dostum var idi. (nə qədər belə səslənməyi sevməsəmdə)
İntihar edən çox gənclərimizin isə ümidi ola biləcək dostu yox idi. Dəstək ola biləcək heç kimləri yox idi. Onlar çıxış yolunu sadəcə özlərinə cəza verməkdə görmüşdülər sanki.
Xəbərsiz idilər bəlkə də. Çıxış yolunu özlərinin yarada biləcəyindən..***
Salam hər kəsə. Cavablar sonrası bu bölümü yazmağı biraz tezləşdirmək qərarına gəldim.
Bölümü, həyatdan əlini üzmüş bütün gənclərimizə və intihar edən tanışım, Şəbnəmə həsr edirəm.
Hər şeyə rəğmən, hüzur içində yat, Şəbnəm.
Note: bölüm intihara təşviq deyildir! Sadəcə intihar edənlərin arxasından gərəksiz danışılmasının qarşısını almaq üçün kiçik də olsa bir addım atmaq üçün yazılmışdır.
ŞİMDİ OKUDUĞUN
Sənin Əbədi Dostun
Romance{İçinizi isidəcək şipşirin bir dostluq hekayəsi} 🪐 Qəlbim sanki onun ovuclarında sıxılıb, əzilirmiş kimi hiss edirdim, amma mən buna artıq alışmışdım. Mən onun dostu idim. Nə olursa olsun, sadəcə onun dostu olaraq da qalacaqdım. Eynən onun ded...