Düşüncələrimin içində boğularkən azda olsa üzümə təmiz hava dəysin deyə eyvana çıxmışdım. Cəmi bir neçə saat öncə anladıqlarımın altından qalxa bilməmişdim. Bu gedişlə qalxa biləcəyimidə düşünmürdüm. Anlamırdım, niyə hər şey mənim istədiyimin tam əksinə olurdu? Niyə hər şey hər dəfəsində daha da çıxmaza doğru gedirdi? Axı niyə mən onu sevirdim? Niyə o məni sevmirdi.. Nə qədər öhdəsindən gəlməyə çalışsamda, olmurdu, özgüvənsizlik, inamsızlıq ruhumda baş alıb gedir, boş fikirlər düşünməkdən başqa işi gücü olmayan beynimə negativlik yükləyirdi.
Bilirdim. Filmlərdə falan deyirdilər ya, mən sənin məni sevə bilmə ehtimalını sevdim..
Bilirdim, hiss edirdim, anlayırdım. Onun məni sevə bilmə ehtimalı belə yox idi. O kim, mən kim?
Düzdür.. O mənim ən yaxın dostum idi. Amma mən onun sadəcə dostu idim, yaxınlıqdan hər hansı bir söz belə gedə bilməzdi.
O xalxınuşağı idi. Həkim olacaq, gələcəyi parlaq idi. Mən isə.. sabah, belə nə iş görə biləcəyimi bilməyən axmaq. Dırnaqarası peşəyə sıxınmış çarəsiz. Üniversitet hər şey deyildi bilirdim amma içimdəki mən hayqırırdı dayanmadan. "Sən ona belə qəbul ola bilməyən bacarıqsızın birisən" deyə.
Dərin nəfəs aldım. Tərslikdən hava o qədər isti idi ki, ağaclarda tək bir yarpaq belə tərpənmirdi. Telefonumu əlimə aldım. Ona yazmaq istədim. Yazmaq istədim ki, Chucky mənəm Sərxan. Bunu edə bilərdimmi? O qədər də cəsarətli deyildim doğrusu.
Telefonumu yenidən yerinə qoyacaqkən bir bildiriş gəldi. Mesajın Əzizə olan hesabıma gəldiyini sanırdım lakin gözlədiyimin əksinə yazan Sərxan idi. Həm də Chucky hesabına.
Xalxınuşağı: Səsin-küyün gəlmir, məşhur Chucky? Nə məsələdir, incimisən məndən yoxsa? (02:33)
Chucky: Niyə yatmamısan? (02.34)
Xalxınuşağı: Yuxum gəlmədi, həm də sən yazmadın, narahat oldum. (02.34)
Narahat olmuşdu, mənim üçün?
Chucky: Nə zamandan bəri mənim üçün narahat olursan, xalxınuşağı? (02.34)
Xalxınuşağı: Bilmirəm.. (02.35)
Xalxınuşağı: Bu arada nə gözəl ləqəbim var imiş, eyni səninki kimi. (02.35)
Chucky: Ləqəb deyil, həqiqətdir. Hamı sənin kimi tibbə qəbul olmağı bacarmır. Ya da ki 600 balı keçə bilmir. (02.35)
Xalxınuşağı: İnan mənə o qədər də böyüdüləsi deyil. (02.36)
Xalxınuşağı: Alt tərəfi ağ xalatla xəstəxanada ömür çürüdəcəyəm. (02.37)
Chucky: Ən azından ailənin fəxrisən. (02.37)
Xalxınuşağı: Sən, məni tanıyırsan. Həm də çox yaxşı tanıyırsan. (02.37)
Xalxınuşağı: İcazə ver, mən də səni tanıyım. (02.38)
Chucky: Əslində məni çox yaxşı tanıyırsan Sərxan. / bu mesaj göndərilmədi.
Chucky: Sadəcə görməzdən gəlməyə çalışırsan və inan mənə çox yaxşı bacarırsan. / bu mesaj göndərilmədi.
Chucky: Təxminən səninlə yaşıdam. (02.39)
Yalan.
Chucky: Müəlliməm. (02.39)
Yalan sayılmazdı.
ŞİMDİ OKUDUĞUN
Sənin Əbədi Dostun
Romance{İçinizi isidəcək şipşirin bir dostluq hekayəsi} 🪐 Qəlbim sanki onun ovuclarında sıxılıb, əzilirmiş kimi hiss edirdim, amma mən buna artıq alışmışdım. Mən onun dostu idim. Nə olursa olsun, sadəcə onun dostu olaraq da qalacaqdım. Eynən onun ded...