🌠 b e ş

115 24 106
                                    

🎈...❤

-Heç nə olmayıb. Nə danışacaqdın?

-İçəri keçək, - dedi sellofan torbaları əlimdən alanda.

-Oy, oy, xoş gəlmisən, Sərxan balam. - Anam mənə belə belə davranmırdı. Bəlkə Sərxan onun öz övladı idi deyə? Anlamırdım. Yoxsa övladlıq idim, mənim xəbərim yox idi?

-Xoş gördük, Ramilə xala. Nə var, nə yox?

-Şükür. Siz keçin balkona, sizə çay süzüm.

-Yox, mən istəmirəm.- Əlindəki sellofandaki kolanı göstərdi, -Coco-cola almışam.

Mənə sağlamlıq barədə dərs keçən Sərxan,  ciddisən?

-Min dəfə demişəm, o ziyanlı şeyləri içməyin! Nə qədər olar?

-Yaxşı Ramilə sultan, əsəbləşmə.

Balkona keçdik. Bura, bizim uşaqlıqdan bəri sevimli məkanımız idi. Burada oynayar, burada danışardıq.

Stulun birini çəkib, paketin içindəkiləri çıxarmağa başladı. Cips, kola, sprite, günəbaxan tumu, dondurma almışdı.

Dondurma,  üstəlik hava soyuq ikən!
Yay olmağına baxmayaraq,  neçə gün idi ki yağış yağırdı, havalarda sərinləmiş,  mənə cənnəti yaşadırdı.

Amma yenə də bu havada dondurma yeməyəcəyimdən əmin idim.  Belə havada boğaz ağrısı çəkərək özümə zülm vermək fikrim heç yox idi.

Paketdən son olaraq çıxardığı şeyi dartıb əlindən aldım.

Çiyələkli süd idi, sevirdim. O olmasa yaşaya bilmərəm dərəcə də yox amma. Narahat olmayın.

Kolanın ağzını açıb, anamın gətirdiyi stəkana tökdü.

-Bilirsən, nə olub?

-Deməmiş necə bilə bilərəm Sərxan?- Stulu çəkib oturdum.

"Amma bilirsən"

Sən sus!

-Biri var, telegramdan ağzına gələni yazır mənə.

-Nəəə? Sənin kimi mala kim yazar?

"SƏN MAL"

Bu mövzuda haqlısan, mən mal.

-Gülməli deyil.

-Yaxşı, yaxşı. De görüm sonra nə oldu?

-Mənə ilk başda Chucky'yəm yazdı. Əslində tam olaraq elə yazmadı, amma nəysə.

Narahat olma, nə yazdığımı yaxşı bilirəm.

-Sonra Chucky'lik eləməyə başladı!

Qəhqəhə atdım, -Özün kimi birisini tapmısan. Ya da bilmirəm, o səni tapıb?

-Eh, Fındıq. Sənə də bir şey demək olmur.

-Tamam, susdum. - əlimlə ağzımı bağlayırmış kimi etdim.

-Əngəlləmək istədim, amma - Cümləsini yarıda kəsdim.

-Dur təxmin edim, marağından əngəlləmədin, hə?

Üzgün üz ifadəsiyə başını yellədi.

-Məni bu qədər yaxşı tanıyan bir sən varsan..bir də..

Qaşlarımı çatıb ona baxdım. Kim bir də?

-Bir də bu yazan. Axı necə? 

Hər ikisi də mən olduğuma görə sevinə bilərik a dostlar!

-İndi neyləyəcəksən? - Cips paketini açıb içindən birini götürdüm.

-Kim olduğunu, məni haradan tanıdığını öyrənməliyəm.

-Eee, ondan sonra?

-Əngəlləyəcəm gedəcək.

Aldığım cavab xəyal qırıqlığı dənizində üzməyimi özünə öhdəlik bilmişdi. Necə desəm, bunu gözləmirdim, mənim gözümdə Sərxan birinin duyğularını bu dərəcədə incitməyin gözə almazdı.

-Bəs onun duyğuları?

-Nə duyğusu Əzizə? Əylənməyə adam axtarır,  amma o mən deyiləm.

Gözlərini bir nöqtəyə dikib dayandı. Bunu fürsət bilərək dediklərimin arxasını gətirdim.

-Hər halda sənə qarşı nəsə hiss etməsə yazmazdı. Məncə, ona bir şans verməlisən.

-Bu, dediyin qədər asan deyil. Kim olduğunu bilmirəm, nə bilim haranın dəlisidir?

Köks ötürdüm.

-Məndən bu qədər, özün bilərsən. Qarışmıram.

Ona, belə asan istədiklərini verməyəcəkdim. Mənim kim olduğumu öyrənməyəcəkdi. Öyrənməməliydi.

**

Salamm! Necəsiz?

Oylamağı və şərh yazmağı unutmayın.
Sizi sevirəm <3

Bu arada kitab üzü..çox möhtəşəm deyilmi??

LilithZaraVenus çox sağol 🔮

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

LilithZaraVenus çox sağol 🔮

Sənin Əbədi Dostun Hikayelerin yaşadığı yer. Şimdi keşfedin