Səndən vazgeçmək

163 91 22
                                    

Vazgeçmək asan bir şey imiş kimi gəlirdi səndən əvvəllər
Amma gəldi, yolumu kəsdi qara gözlərin
İnan, heç bilmədim necə vuruldum gözlərinə
Əslində çox asan imiş bağlanmaq sənə

Kimə desəm unut dedi, baxma dedi, burax dedi
Amma mən bacarmadım, qulaq asmadım kimsənin sözünə
Bəlkə bir gün bir ümid gələrsən deyə.
İstərsən bütün ömrümü həvalə edərəm sənə
İstərsən, unutmaram, gözləyərəm bir ömür səni.

Təki sən gələsən, sən olasan gözümün ağı qarası
Təki sən olasan başımın tacı.
Amma ola bilmərsən, yoxdu səndə o şəxsiyyət
Amma ola bilmərsən, yoxdu səndə o namus, o qeyrət.

Sən gəlmədin deyə, mən tez keçən günlərə küsdüm
Sən gəlmədin deyə, mən sənsizliyə küsdüm, sənə küsdüm.
Amma sən heç bilmədin sənə olan həsrətimi
Onsuzda bilsəydin də dəyişməzdi hisslərin.
Son dəfə deyim, biləsən sevirəm səni
Üzümə baxmasan belə, gözləyirəm yalnız səni.

Ayrılık şiirleriHikayelerin yaşadığı yer. Şimdi keşfedin