Səni sevməyi vərdiş etmişəm.
Gözlərimi yalnız səni görməyə öyrəşdirmişəm.
Hərkəsə səni sevdiyimi söyləmişəm.
Sən nə etmisən yar?Hər gecə yuxularımda səni səsləmişəm.
Hər səhər oyananda isə yuxuları gerçək sanıb sevinmişəm.
Hər dua etdiyimdə səni diləmişəm.
Sən nə etmisən yar?Hamıdan azar eşitsəmdə səni sevməyə davam etmişəm.
Kimsə oxumasa belə həmişə yazmağa davam etmişəm.
İstəməsəndə məni, səni istəməyə davam etmişəm.
Sən nə etmisən yar?Gözləməsəndə məni, bir ömür səni gözləməyi niyyət etmişəm.
Bir daha belə sevməməyə də and içmişəm.
Sənsiz bir anım belə olsun istəməmişəm.
Sən nə etmisən yar?