İlk.

16 3 0
                                    

O ilk aylar idi qəlbə bənzəri olmayan ümidlər dolduran.
O ilk xatirələr idi insanı sonsuz çıxmaza yola salan.
O ilk ağrılar idi ürəyimə tikan kimi batıb heç çıxmayan.
O ilk xəyal qırıqlığı idi ürəyimə soyuq titrəmələr salan.
O ilk baxışlar idi nə etsəm də ağlımdan əsla çıxmayan.
O ilk qəmzələr idi hər zaman gülümsəmə səbəbim olan.
O ilk sevgi idi məni hər gün fərqli bir əhvala salan.
O ilk qüssə idi gözümdən yaşın əksik olmasına qoymayan.

Ayrılık şiirleriHikayelerin yaşadığı yer. Şimdi keşfedin