Dar və səssiz küçələrdən keçirdim. Sərin küləyi üzümə füləyirdi. Hava qaralmaq üzəri idi. Sweetmin papaqını başıma taxdım. Çiynimdə sürüşüb düşmək üzəri olan çiyin çantamı tutub özümə doğru çəkdim. Sonra çiynimə qoydum. Cebimdəki telefonu yandırıb çalan musiqinin səsini çoxaltdım. "Evgeny Grinko-Valse" musiqisi ifa olunurdu.
Saat 7 radələrində idi. Küçədə heç kim yox idi. Sanki mühit yalnız başıma bu musiqini dinləməyimi istəyirdi. Hər notu ayrı bir həzz verirdi insana. O musiqinin dadını çıxararaq evə doğru gedirdim. Birdən zəng gəlməyə başladı və o an bütün dadım korlandı. Ekranda anamın adını görüb telefonu tez açdım.
Ana:Alo, Qızım haradasan?
Mən:Alo, ana yoldayam gəlirəm. Hətta bizim aranın başındayam.Daha sonra telefonu söndürdüm. Yoluma davam etdim. Məhələyə girəndə ilk gözüm Mihrangilin qapısına sataşdı. Mihranı 11 il idi ki tanıyırdım və 3 ay idi ona qarşı duyğularım var idi.
Yuxuda görüb insan kiməsə aşiq ola bilər? Məncə hə. Çünkü bunu mən yaşamışdım. Ətraflı başqa gün danışacam sizə. Amma hazırda hava soyuqdu və mənim ediləsi dərslərim var.
***
93 gün! Elədə az gün deyil hə? 3 ay öncə kimsə mənə desəydi ki sən bu insanı sevəcəksən qəti inanmazdım. Hətta o insanla deyinərdim ki, elə şey əsla ola bilməz. İndi bir halıma baxın.
İnstagramda takibləşirik bir-birimizlə. Amma nə o yazır,nə mən. Rəfiqəmin səyi ilə bir dəfə çox çəkinərək yazmışdım ona. Axrıncı danışmamızda mənim ad günüm idi.
Elə darıxıram ki, helə istəyirəm danışaq. Lakin yalnış anlaşılmaqda istəmirəm. Qalmışam bilmirəm nə edəm. Bir güvəndiyim adamda qalmayıb ki ağıl alam o insandan.
Offf özümü çox qəribə hiss edirəme.Hesabını ayda 1,2 dəfə yoxlayırdım. Ən birinci dəfə 5, ən sonuncu dəfə 7 qızı (məndə daxil olmaqla) takib edirdi. Fake hesabla takib etdiyi qızlara takib atmışdım. İnstagram nə bir story, nə də bir post paylaşırdı. Hətta profil fotosu belə yox idi. Bəzən onun asosial olduğunu falan düşünürdüm.
Sizə demişdim ki eyni məktəbdə oxuyuruq? Hər gün məktəbə həyəcanla onu görmək üçün gedirəm. Bir dəfə onunla danışmağa belə çalışmışdım. Pilləkənləri çıxanda qarşılaşmışdıq. "Salam" demişdim. Amma o mənim üzümə belə baxmamışdı. Çox pis olmuşdum. Yəqin mən onun üçün o qədər lazımsızam ki o mənim üzümə belə baxmaqa tənəzzül etməmişdi.
Düşüncələrimi bir kənara atdım. Çünkü saat 8 idi və mən dərs etməmişdim. Telefonumu zaretqaya qoyub kitablarımı açıb dərs etməyə başladım.
***
Səhər telefonumun zəng səsi ilə oyandım. Saat 7:05 idi. Tez durub işllərimi həll etməyə başladım. Məktəb formamı geyinib saçımı daradım və açıq buraxmaq istədim. Gözümə şəffaf mascara, dodaqlarıma isə gloss sürtüb kolidora ayaqqabılarımı geyinmək üçün qaçdım. Tam evdən çıxacaqdım ki anam mənə səsləndi.Ana:Fərya! Qızım çantanı unutdun.
Anam çantam ilə mənə doğru yaxınlaşdı. Çantamı əlindən alıb.
Mən:Çox sağol anacan.
Ana:Allah zehin açıqlığı versin uşaqlar. Özünüzdən muğayat olun. Dərslərinizədə yaxşı-yaxşı qulaq asın.Mən, Bacım Zahidə, qardaşım Yusif evdən bir yerdə çıxdıq.
Hər kəsə Salam. Bu mənim ilk ana dilində yazdığım bir məktəbli eşq romanıdır. İnşallah bəyənərsiniz. Vote verməyi unutmayın. Sizləri sevirəm.
Mihran və Fəryanın sevgisinə hazırsınız mı?
ŞİMDİ OKUDUĞUN
Xəbərsiz Sevgim
ChickLitYuxuda görüb insan kiməsə aşiq ola bilər? Məncə hə. Çünkü bunu mən yaşamışdım. Mən illərdir tanıdığım insana sadəcə yuxumda aşiq olmuşdum. Ətraflı başqa gün danışacam sizə.