Məncə hər rəng öz çalarında gözəldir.

14 6 8
                                    

Hazırlıqdan çıxıb evə gedirdim. Yolun o biri üzündə Mihran qulağında qulaqcıqla musiqiyə qulaq asırdı. Başını astaca yana çevirdikdə məni gördü. Addımlarını saxladı. "Orada qal" mənasın verən işarətin göstərdi.

Yolun bir tərəfində mən digər tərəfində isə o qalmışdı. Maşınlar dayanmadan sürətlə keçirdi. İkimizdə hər iki yola diqqətlə baxdıq. Deyəsən o daha maşın gəlmədiyindən əmin olub mənin olduğum tərəfə gəldi.

Artıq yanımda idi.

Mihran:Salam necəsən.

Onu dinlədim, üzümdə mükəmməl bir gülüş yarandı. Yəni elə hiss edirdim. Çox gözlətmədən çavab verdim.

Mən:Salam. Yaxşıyam sağol sən necəsən.
Mihran:Şükür məndə yaxşıyam... Hazırlıqdan gəlirsən?
Mən:Aha. Səndə?
Mihran:Hə, Tarixdə idim. Yolda gördüm dedim bir salam verim. Yəqin evə gedirsən.
Mən:Şey hə evə gedirəm. Amma marketə girməliyəm. İstəyirsənsə bir yerdə gedək.
Mihran:Olar.

İkimizdə yeriməyə başladıq. Marketə buradan 5 dəq yol idi.

Mihran:Nə alacaqsan?
Mən:2 çörək, adicto və cips.
Mihran:Tamam.

Səssizcə yeridik və marketin önündə idik. İkimizdə marketə girdik. Mən 2 çörək və cips alıb kassaya gəldim. Adictoya pulum çatmırdı.

Ay axmaq sənə dedim axı azı 5 manat götür.

Əşii mən nə bilim.

Aldığlarımı ödəyib çölə çıxdım. Mihranın gəlməsini gözlədim. Çox keçmədi ki Mihranda marketdən çıxdı. 1 paçqa siqaret almışdı deyəsən çoxda baxmadım.

Yolumuzu evə çevirdik. Yolda anca məktəbdən və karnavaldan danışdıq. Karnavala çox az qalmışdı. Geyimimi tikdirirdim. Aksesuarlarımı isə Türkiyədən sfariş etmişdim.

Artıq evə çatmışdıq. Küçə darvazasının önündə idik. Tam sağollaşacaqdım ki Mihran cəld hərəkət edib cebindən 3 adicto çıxardı.

Mihran:Adicto alacam dedin. Almadın, dedim mən alım.

Mən bir ona birdə əlindəki adictolara baxdım. Alıb-almamaq arasında qaldım.

***

Dərslərimi edib bitirmişdim. Şkafın üzərində olan adictolara gözüm sataşdı. Almaq istəməmişdim. Lakin Mihran əlimə tutuşdurmuşdu.

Bəlkə bir təşəkkür messjı yazasan?

Yoxe az bu vaxtı narahat etməyim gecdi.

Nə gec?

Telefonda saata baxdım. 23:34 idi.
Daha sonra Mihranın aktif olub olmadığına baxdım. Aktif idi.

"Adictolar üçün çox sağol😇🤞🏻"
                           @iamfaryah

"Dəyməz😊"
                        @mihran_abbasov

5 dəqiqə keçmədi ki yeni bir mesaj gəldi.

"Karnavala hazırlıq necə gedir?"
                        @mihran_abbasov

"Hazırlaşıram. Səndə?"
                         @iamfaryah

"Məndə geyimimi aldım səhər. Səndə necə oldu?"
                        @mihran_abbasov

"Hə son 1 həftə qalıb. Məndə 2 günə falan gedib götürərəm paltarımı dərzidən."
                       @iamfaryah

"Bir sual verə bilərəm?"
                       @mihran_abbasov

"Buyur"
                         @iamfaryah

"Ən sevdiyin rəng hansıdır?"
                        @mihran_abbasov

"Yaşıl və bənövşəyi. Sən?"
                          @iamfaryah

"Məncə hər rəng öz çalarında gözəldir."
                        @mihran_abbasov

Diyosun.

Az deyirdə kişinin oğlu.

Təzədən aşiq oldum demə.

Diyicemm.

Kusucammm

Axı çox gözəl sözdü.

Sənin zövqünə mən.

"Oyyy nə gözəl sözdü bu."
                             @iamfaryah

"Həyqi?"
                          @mihran_abbasov

"Əlbəttə ki həyqi."
                           @iamfaryah

Bir neçə saat belə söhbət etdik. Çox gözəl idi. Başqa bir söhbət açdım.

"Saçlarımı qırmızı etmək istəyirəm. Amma ana qoymur."
                            @iamfaryah

"Niyə qırmızı?"
                         @mihran_abbasov

"Nə bilim yaraşdırıram."
                          @iamfaryah

"Səncə mən nə rəngdə edim😄? Yaşıl yaraşar😂?"
                         @mihran_abbasov

"Yo məncə mavi elə.🤣 Bir söz deyim, öz rəngi daha çox yaxşdı."
                         @iamfaryah

"Elə deyirsən?"
                        @mihran_abbasov

"Aha. Hər kəsə demirəme qədrimi bil."
                          @iamfaryah

"Day bilərikdə😅.
Səndə öz saçına rəng falan vurma."
                         @mihran_abbasov

"Niyə?"
                         @iamfaryah

"Öz rəngi onsuz çox gözəldir. Rəng falan vurub ziyan etmə."
                        @mihran_abbasov

"Tamam. Amma bir ara anadan gizlin etmək ağlımdan keçmədi deyil. Adi çolka kəsəndə belə başlayır deyinməyə."
                        @iamfaryah

"İncitmə Aynur xalanı."
                        @mihran_abbasov

"O məni incitməsin. Mən onu heç incitmərəm."
                        @iamfaryah

"Mən bilirəm sən imcidirsən onu."
                         @mihran_abbasov

Söhbət edə-edə birdə ayıldım gördüm ki saat artıq 02:25-di. Sağollaşdım və pejamalarımı geyinib yerimə girdim. Hər zamanki kimi xəyallara dalaraq yuxuya getdim.

Xəbərsiz SevgimHikayelerin yaşadığı yer. Şimdi keşfedin