Əsil dostluğun başlanğıcı

24 13 3
                                    

~Günlər sonra
25 noyabr idi. Yeni il karnavalı haqqında danışıqlar gedirdi. Mənimsə heç həvəsim yox idi. Rəqs beynimə düşmüşdü. Amma sinifdə bir ağıllı yox idi mənim istədiyim dansı edə biləcək.

Rəfiqələrimi rəqs üçün dəli etmişdim. Hamısı mənim üçün əl ayaqa düşmüşdülər.

Sinifdə heç kim vals oynamaq istəmirdi. Hərə bir şeyə mız qoyurdu. Biri deyirdi "Çox yaxınçılıq olur". Biridə "Gəlin bəy tans edir biz niyə edək?" -deyirdi. Bütün həvəsim ölürdü.

Birdən ağlıma biri gəldi. Ahu Cavadzadə. Ahu məktəbə tez-tez gəlmirdi. Keçən il yaxın idik. Amma birdən aramıza soyuqluq girdi.  Axrıncı dəfə vinetka çəkilişi üçün gəlmişdi. Tez nömrəsini qurupdan tapdım. Ahuya yazdım rəqs barəsində.

"Olsa istəyərəm məndə." Deyə mesaj yazdı. O an həyəcanlandım. İkimiz birlikdə rəqs axtarmaqa başladıq. Bəzi səbəblərdən tez sağollaşdıq. "27 noyabr rayona gələcəm, daha ətraflı danışarıq. Başqa nəsə tapsan at mənə."-dedi.

***
28 Noyabr idi. Ahuyla oturmuşdum. Rəqs barəsində söhbət edirdik. Çox gözəl bir musiqi və rəqs tapmışdıq. Sinifdən Dərya və Məsumənidə rəqsə saldıq. Mənim əksimə Ahu şirindili olduğu üçün onlarıda razı sala bilmişdi. Partnyorlarımız bəlli idi.

Partnyorlar:
Fərya Həsənova-Eldar Zeynalzadə
Ahu Cavadzadə-Babək Həsənzadə
Dərya Mirzəyeva-Məhəmməd İsmayılov
Məsumə Mirsalayeva-Vasif Babazadə

Həftədə 4 dəfə məşq edirdik. Ya məktəbdə ya da kiminsə evində toplaşacağdıq.
I-GÜN(15:00-dan 17:00-a kimi)
III-GÜN(16:00-dan 18:00-a kimi)
V-GÜN(13:00-dan 15:00-a kimi)
VII-GÜN(10:00-dan 13:00-a kimi)

İlk Məşqimiz məktəbdə olmuşdu. Təzə başlamışdıq deyə çoxda yaxşı edə bilmirdik. Bu günlərdə mən Ahuyla əvvəlki yaxınlığıma qayıtmışdım. Bir yerdə yeyib, bir yerdə içirdik. Yavaş-yavaş Ahuya güvənməyə başlamışdım. Ahunun evi bizim evə çox yaxın idi. Yəni dayısının evində qalırdı. Bir-birimizin evinə gedir gəlirdik.

***
~Mesaj səsi
"Hooo Fəryaaaa. Oyannnn məktəbə bir yerdə gedəciyik."
                       Göndərən:Ahu S (7:00)
Mesajı oxuyub telefonu söndürdüm. Sonra yox cavab verim dedim.

"Tamam Ahu durdum."
                    Sizin tərəfinizdən
                                göndərildi(07:01)

Mesajımı atdım. Bir az vpda statuslara falan baxdım. 4 dəq keçdiyini gördüm. Tez yatağımdan qalxıb hazırlaşmaqa başladım.

35 dəq sonra tam hazır idim. Sonuncu dəfə güzgüdə özümə baxdım. Xəfif çəhrayı rənginə çalan glossumu dodaqlarıma sürtüm və sevimli parfümümdən bir neçə fıs üzərimə sıxdım.

Çantamı və telefonu alıb kolidora qaçdım. Qapıda Ahuya mesaj atdım.

"Can hazıram 3 dəq çıxıram."
                Sizin tərəfinizdən
                                göndərildi(07:49)

***

Ahuyla birlikdə məktəbə gəlmişdik.
Pilləkənləri çıxanda Mihranda o görgüsüz dostu Kamalla aşağı düşürdülər. Bizi görüb yol verdilər. Ayda sadəcə 1 dəq göz-gözə gəldik. O an dedim ki "Dayan zaman daha davam etmə. Qoy doya-doya izləyək bir-birimizi. Axı mən onu xəyal etməkdən yorulmuşam. Nolar bir azda baxım gözlərinə."

Ahu anlamış kimi gülümsəyirdi.

Mən:Nə? Niyə elə gülümsündün?
Ahu:Fərya sən o oğlana aşiq olmusan?

Əlim ayağım bir-birinə dolaşdı. Çünkü ilk dəfə idi ki ətrafımdan biri mənə bu sözü deyirdi. Amma Ahuda az deyildi. Bir baxışda tutdu. Saçımı qulağımın arxasına qoyub. Dərindən nəfəs aldım.

Mən:Yoxe nə əlaqə?
Ahu:Məni tanımırmışsan kimi danışma qız. Bilirsən mən baxışdan belə hər şeyi anlayıram. O oğlanla eyni hazırlıqa gedirdim 9-da oxuyanda. Pis oğlan deyil. Salam, Sağolumuzda var idi. Sonra mən İsmayılla sevgili oldum. Bilirdində qoymurdu oğlanlarla danışmaqa falan. Adı nəydi bu oğlanın yadımdan çıx-
Mən:Mihran.
Ahu:Hə Mihran. Sən bu Mihranı haradan tanıyırsan?

Artıq 3-cü mərtəbəyə çıxmışdıq. Sinif qapısının önündə idik.

Mən:Qonşumuzdur. Yəni uşaqlıqdan çoxda olmasa bir yerdə böyümüşük.

Daha sonra sinif otaqına daxil olduq.

Xəbərsiz SevgimHikayelerin yaşadığı yer. Şimdi keşfedin