Ahunun otağında oyurmuşduq. Başımıza nə çarə qılacağımızı fikirləşirdik. Saat 22:13 idi. Evə getməyimə az qalmışdı. Buradan bizim evə 15-20 dəq yol idi.
Ahu:Azzz ağlıma fikir gəldi.
Mən:Nə?
Ahu:Babamgilə deyərik Mihran sənin böyük qardaşındı.
Mən:Nəəəəəəəəəəəə!
Ahu:Hə yoxsa başqa çarə yoxdu.
Mən:Birdə denən əkizdilər qoy tam olsun.Tam o an telefonuma ard-arda mesajlar gəldi. Telefonumu açıb baxdım.
"Atdığın konumdayam."
"Şey çölə çıxa bilərsiz?"
"Ya da yoxe narahat etməyim."
@mihran_abbasovAhu:Mənə bax içəri çağır gedək qabağına.
Mən:Bir evə oğlan atmadığımız qalmışdı.
Ahu:Yeri, yeri.Ahunun otağından çıxdım. Daha sonrada evdən həyətə çıxdım. Darvazanın qapısını açdım. Qarşımda qara sweetenin kapşonunu başına keçirmiş Mihranı gördüm. Əlləri cibində idi. Qara sport şalvar geyinmişdi. Ayaqlarında isə qara convers var idi. Sweetinin üzərindən dəri pencək geyindiyini, həyəti işıqlandıran işıqın ona yansımasından anlamışdım.
Mənsə saçımı topuz etmişdim. Əynimdə isə qara sport dəstim var idi. Ayaqımda qara corab və Ahunun nənəsinin şəpisi var idi.
Mən:Buyur, içəri keç.
Mihran:Narahat etməyim.Arxadan qapının önündə olan Ahu bizə baxıb.
Ahu:Narahat etmirsən gəl keç.
Məndə Ahudan baxışlarımı çəkib Mihrana yönəltdim.
Mən:Gəl bir az otur. Sonra gedərsən. Həm də havada soyuqdu.
Həyqi hava çox soyuğ idi. Külək düz üzümüzə şiddətlə füləyirdi. Bir az kənara keçdim. Mihran həyətə girdi bə evə tərəf addımladı. Mənsə darvazanı örtdüm. Pencərədən Ahunun nənəsi səsləndi.
Ahunun nənəsi:Ahu kimdi bala gələn?
Ahu:Fəryanın qardaşıdı. Fəryanı aparmağa gəlib.
Ahunun nənəsi:Hara tələsirlər. Evə dəvət et mənim balam.
Ahu:Dəvət elədim gəlir.Mihranla evə girdik. Hiss edirdim Mihran Ahuyla mənə qəribə baxışlar atırdı. Evə girəndə Ahunun nənəsi və Babası gəldilər.
Ahunun nənəsi:Xoş gəlmisən mənim balam. Keç otur.
Ahu:Tanış edim. Mihran Fəryanın qardaşıdı. (Mənə baxıb özün gülməmək üçün sıxaraq) Əkiz qardaşıdı.
Ahunun babası:Hə nə yaxşı. Amma heç oxşamırlar.
Ahu:Ay baba ayrı yumurta əkizidilər. Eyni yumurta əkizləri oxşuyur.Divanda oturan Mihran bu olanlara gülməmək üçün özün sıxmaqdan qıpqırmızı olmuşdu. Mən isə özümü pencərədən həyətə tullamaq istəyirdim. İllahi bu nə sınaq idi. Biz sınanırdıq.
Bir az keçmişdi. Ahunun nənəsi Mihran üçün süfrə qurmuşdu. Telefonuma zəng gəldi. Telefonumu yandırdım ekranda "Ata" yazısını gördüm. Tez telefonu açdım.
Mən:Alo! Hə ata.
Ata:Haçan evə gəlmək fikrin var?Ahunun otağına keçdim tez.
Mən:Narahat olmayın. 15 dəq həlirəm. Ahunun babası gətirəcək.
Ata:Hə lap yaxşı. Mən hələ bilməzdim onsuz.Atama danışmağa imkan vermədən telefonu söndürdüm. Bu kişinin soyuq qanlılığı məni əsəb edirdi. İnsan övladına niyə bu qədər soyiqqanlı olar? Bu fikirlərimi bölən Ahu oldu.
Ahu:Fərya gəl çay içirik.
Mən:Tamam gəldim, gəldim.Tez Ahunun otağından çıxıb qonağ otağına keçdim. Mihran çay içirdi. Ahuda telefonda kimləsə mesajlaşırdı. Ahunun nənəsigildə mətbəxdə oturmuşdular. Mihranın yanına getdim sonra fikrimi dəyişib onunla üzbəüz olan stola keçdim. Stolu çəkib əyləşdim. Mihranın baxışlarını üzərimdə hiss etdim. Oturub məndə ona baxdım. Fincandaki çaydan 1-2 qurtum içərək məni süzürdü.
Mən:Eee şey.
Sözə başlamışdım ki bilmədim nə deyəm. Əlim ayağım əsdi. Dilim dolaşdı. Ahu hiss etmişdi sanki.
Ahu:Bağışlayasan belə tanıtmalı olduq səni. Yəni böyükləri bilirsəndə.
Mihran özün tuta bilməyib gülməyə başladı. Ahuda güldü. Amma mən gülə bilmədim. Özümü artıq biriymişəm kimi hiss etdim. Yalandan gülümsəməyə çalışdım.
Gülməkləri bitdikdən sonra başladım danışmağa.Mən:Şey artıq gecdi. Gedim day mən.
Ahu:Atan gəlir?
Mən:Yo atamın işi var. Özüm gedəcəm.
Mihran:Helə bir yerdə gedək məndə evə gedirəm.
Mən:Olar.Durub Ahunun otağına getdim kurtqamı götürmək üçün. Kurtqamı götürüb qapı önünə gəldim. Çox keçmədi ki Mihranda gəldi. Mətbəxdən Ahunun nənəsi səsləndi.
Ahunun nənəsi:Gedirsiz?
Mən:Hə gedirik. Gecəniz xeyrə
Ahunun nənəsi: Hə gedin mənim balam. Diqqətli gedin. Mihran mənim balam bacından muğayat ol.Özümü gülməmək üçün sıxdım.
Mihran:Hə narahat olmayın. Gücəniz xeyirə.
Ahunun nənəsi:Xeyirə qarşı.Mən öndən, Mihran arxamdan. Onunda arxasından Ahu çıxdı. Mihran ayaqqabılarını geyinirdi. Məndə gedib ayaqqabılarımı gələcəkdim ki Ahu qolumdan tutub, qulağıma fısıltı ilə söz deməyə başladı.
Ahu:Bu kıyağımıda unutma.
Ahuya gülərək ayaqqabılarımı geyindim.
***
Yolda yan-yana gedirdik. Untandığımdan nəsə demək istəsəmdə deyə bilmirdim. Bi anlıq cəsarətlə
Mən:Sabah məktəbə gələrsən?
Mihran cebindən paket çıxardı və paketi açıb içindən bir siqaret götürdü. Yola baxaraq danışmağa başladı.
Mihran:Hə gələcəm.
Siqareti yandırıb bir nəfəs çəkdi. Sonra siqaretin külünü havaya sovurdu. Siqaret çəkdiyini bildiyim üçün bu məni təəccübləndirmədi.
Mihran:Bəs sən? Gələcəksən?
Mən:Hə gələcəm.Baxışlarımı başqa tərəfə çəkərək demişdim. Siqaretin iyini heç sevmirdim. Amma çəkən birinədə pis baxmırdım.
Mihran:Karnavala az qalıb.
Mən:Hə son 2 həftə. Siz bir şey fikirləşmirsiniz?
Mihran:Biz yeyib içməyə gedirik.Deyib gülməyə başladı. Məndə güldüm.
Mən:Yo ciddən.
Mihran:Biz yəqin karnavaldan sonra içməyə gedərik.
Mən:İçmək? Sən içirsən?Bu həqiqətən məni təəccübləndirmişdi. Nəsə ağlımdan keçmirdi.
Mihran:Şey. Hə arada. Bizim uşaqlarla falan gedəndə.
Mən:Anladım.
Mihran:Bir şey soruşa bilərəm?
Mən:Buyur.
Mihran:Sən keçən il İlyasla-Sözün davam etməyə imkan vermədən. Cavab verdim.
Mən:Dost idik. Amma mən abartmışdım. İlyasda səhv anlamışdı.
Mihran:Hə o İlyas belədi.Qurtarmış siqareti atdı və paçqadan yenisini götürdü.
ŞİMDİ OKUDUĞUN
Xəbərsiz Sevgim
ChickLitYuxuda görüb insan kiməsə aşiq ola bilər? Məncə hə. Çünkü bunu mən yaşamışdım. Mən illərdir tanıdığım insana sadəcə yuxumda aşiq olmuşdum. Ətraflı başqa gün danışacam sizə.