Yenə eyni saatda gənc adam evindən çıxaraq, qapısını örtüb, bütün ciddiliyi ilə avtomobilinə mindi. Təqribən son bir ayda etdiyi kimi günün sonunda yenə eyni yola sürər. Gecənin verdiyi qaranlıqla, küçə lampalarının asfalt yolu aydınlatdığı bir vaxtda gənc adam sanki qaraya boyanmış rəngi ilə gecəyə qarışmışdı: qara ayaqqabılar, qara cins şalvar, qara idman tərzi köynək və qara kapüşon...
Bir az qarşıda- köhnə bir evin qapısında dayanmış, yenə eyni nöqtəyə, eyni pəncərəyə diqqətini vermişdi. Gün içində bir kölgə kimi gənc qızın ətrafında fırlanır və eyni bu saatda, həmin üzü gözləyirdi.
Əslində bir neçə ay ərzində gənc qız haqqında hər şeyi öyrənmişdir. Nələri sevər, nələri sevməz, haralara gedər, kimlərlə oturub-qalxar, nələrə əsəbləşər, nələrə gülər və nə vaxt pəncərəsinə çıxıb, qəhvəsi ilə birilikdə gecəni seyr edər.
Xoşbəxt olduğunu görəndə adam qaşlarını çatdı və gözlərini qıyaraq əsəbinə hakim olmağa çalışdı. Qızın xoşbəxt olduğu an dedimsə gülüşlər saçdığını qeyd etmirəm. Qızın üzü çox vaxt soyuqluğu ilə əhatə olunaraq, kənardan hər zaman kədərli və uzaq görünür. Xoşbəxt olduğunda isə çox da biruzə verməz, lakin hər şeyi ilə gülmək ona bu qədər yaraşırkən...
Ancaq bu qara adam onun hər şeyini bilirdi, məsələn, əgər qız gün içində bir şeyə əsəbləşsə, sol əlində tutduğu qəhvə kubokunu hər beş saniyədə bir, əgər sevinclidirsə iki əliylə tutub qısa zaman aralıqları ilə içər, tam əksinə qəmginsə, bu da adamın ən sevdiyi vəziyyətdir, qəhvəsindən bir qurtum aldıqdan sonra pəncərəsinin qarşısına qoyub, daha sonra soyuduğunun fərqinə vararaq içdən bir "of" deyib yerindən qalxar. Ha... bir də gün ərzində elə də fərqli bir şeylər baş verməyibsə gecə pəncərədən baxmaz. Və daha çox şey..."Qara adam" cəld hərəkətlə avtomobilinə tərəf gedib, qapısını açaraq hirslə örtərək bütün sürətiylə ordan uzaqlaşdı.
Bir il ərzində içində böyütdüyü intiqamına bir ay əvvəlcədən başlamışdır. Artıq böyük oyunlar oynamalıydı.
Ona görə intiqam əvvəlcə süründürüb, ağrını hiss etdirərək, ən sonda ölümü izləyərək bitəcəkdir, həm də ən böyük ZƏRBƏ ilə...
ESTÁS LEYENDO
Zərbə! Ara verildi...
Ficción Generalİllər sonra Həyatını dəyişən sadəcə iki insan oldu: Biri kölgəsi ilə onu qaranlığa həbs etmiş Qara Adam... Digəri isə Tünd qəhvəyi gözlərində mənliyini unudaraq yox olduğu Cənab Özündənrazı... Bu hekayə xoşbəxtliyi itirmiş bir qızın hekayəsi, sonu u...